Fransa BMT Təhlükəsizlik Şurasının daimi üzvü statusundan sui-istifadə edir - Prezident

"1975-ci ildə Qəmər Adaları İttifaqının Mayot da daxil olmaqla arxipelaqın müstəqilliyini elan etməsinə və BMT Baş Assambleyasının (BA) Qəmər dövlətinin Mayot adası üzərində suverenliyini təsdiq etməsinə baxmayaraq, Fransa bu gün də Mayot adasını öz departamenti kimi idarə etməkdə davam edir".

Bizim.Media xəbər verir ki, bu fikirlər Azərbaycan Prezidenti İlham Əliyevin Bakı Təşəbbüs Qrupunun təşkilatçılığı ilə noyabrın 21-də Bakıda "Dekolonizasiya: Qadınların gücləndirilməsi və inkişafı" mövzusunda keçirilən konfransın iştirakçılarına ünvanladığı müraciətində yer alıb.
 

MÖVZU İLƏ BAĞLI:

İlham Əliyevdən Fransaya ÇAĞIRIŞ: “Üzr istəməlidir" 


"BMT BA 20-dən artıq qətnamə qəbul edərək Qəmərin Mayot adası üzərində suverenliyini təsdiq edib. BMT həmçinin Fransa hökuməti tərəfindən Qəmər arxipelaqının Mayot adasında təşkil edilmiş referendumları pisləyib və etibarsız hesab edib.

Eyni zamanda Qəmər arxipelaqının Mayot adasında bundan sonra Fransa tərəfindən hər hansı digər formada referendum və ya məsləhətləşmələr təşkil edilməsini, adıçəkilən adada istənilən formada Fransız müstəmləkəçiliyini leqallaşdıran hər hansı bir xarici qanunu rədd edib.

Həmin qətnamədə BMT Mayot adasının Fransa tərəfindən işğalını BMT-nin üzvü olan Qəmərin milli birliyinə kobud qəsd kimi qiymətləndirilib. BMT BA-nın çoxsaylı qərarlarına baxmayaraq, Fransa beynəlxalq hüququ kobud şəkildə pozaraq Mayot adasında bundan sonra da referendumlar keçirib. Bu səbəbdən referendumların nəticələri qeyri-qanunidir.

BMT ilə yanaşı Afrika İttifaqının İcraedici Şurası və İslam Əməkdaşlıq Təşkilatı da Mayot adasının Qəmərə aid olması ilə bağlı qərarlar qəbul edib.

Beynəlxalq təşkilatların və beynəlxalq birliyin çağırışlarına məhəl qoymayan Fransa 2003-cü ildə Mayotu öz konstitusiyasına daxil edib. 2011-ci ildə Mayot Fransanın 101-ci departamenti, 2014-cü ildə isə Avropa İttifaqının ultra-periferik bölgəsi olmuşdur. Mayota Aİ-nin ultraperifirik bölgəsi statusunun verilməsi faktı Mayotun Fransanın tərkib hissəsi kimi tanınmasıdır.

Göründüyü kimi Fransa BMT Təhlükəsizlik Şurasının daimi üzvü statusundan sui-istifadə edərək və beynəlxalq hüququn norma və prinsiplərini kobud şəkildə pozmaqda davam edərək başqa ölkənin ərazisini zorakı yolla öz ərazisinə qatıb. Bu açıq-aşkar işğal və anneksiyadır", - dövlət başçısı qeyd edib.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Strateji tərəfdaşlığın regional modeli: Azərbaycan Gürcüstan əlaqələri

Strateji tərəfdaşlığın regional modeli: Azərbaycan Gürcüstan əlaqələri

Ay orbitindən inanılmaz görüntülər: Yer “batdı”, Günəş “yoxa çıxdı” – FOTO

Ay orbitindən inanılmaz görüntülər: Yer “batdı”, Günəş “yoxa çıxdı” – FOTO

Sürətlə yeriyən hər kəs 3 ortaq psixoloji xüsusiyyət daşıyır

Sürətlə yeriyən hər kəs 3 ortaq psixoloji xüsusiyyət daşıyır

ABŞ İrana qarşı nüvə silahından istifadə edəcək? - Ağ Ev BƏYANAT YAYDI

ABŞ İrana qarşı nüvə silahından istifadə edəcək? - Ağ Ev BƏYANAT YAYDI

Səhhətinə görə konsertini LƏĞV ETDİ

Səhhətinə görə konsertini LƏĞV ETDİ

Şəkidə 400 abonent susuz qalıb – SƏBƏB

Şəkidə 400 abonent susuz qalıb – SƏBƏB

Namiq Nəbiyevə HÖKM OXUNDU

Namiq Nəbiyevə HÖKM OXUNDU

“Faizsiz kredit”də REALLIQ – Marketinq hiyləsi kimlərə sərf edir?

“Faizsiz kredit”də REALLIQ – Marketinq hiyləsi kimlərə sərf edir?

Hərbçilərimiz Türkiyədə beynəlxalq hərbi təlimdə - FOTO

Hərbçilərimiz Türkiyədə beynəlxalq hərbi təlimdə - FOTO

Karyera, sevgi, pul - Bu bürclər üçün hər şey dəyişir

Karyera, sevgi, pul - Bu bürclər üçün hər şey dəyişir

Dəmiryolu vağzallarına dair tələblər müəyyənləşdi – QƏRAR

Dəmiryolu vağzallarına dair tələblər müəyyənləşdi – QƏRAR

43 müəssisədə yoxlamalar: Tonlarla zəhərli maddə aşkarlandı - FOTO

43 müəssisədə yoxlamalar: Tonlarla zəhərli maddə aşkarlandı - FOTO

Dağıstanda regional fövqəladə vəziyyət ELAN EDİLDİ

Dağıstanda regional fövqəladə vəziyyət ELAN EDİLDİ

"Qızımın toyu təxirə düşdü" - Video

"Qızımın toyu təxirə düşdü" - Video

Ali Məhkəmə Plenumunun növbəti iclası keçirildi - Foto

Ali Məhkəmə Plenumunun növbəti iclası keçirildi - Foto

“Yeraltı”da yeni sima - hər şey dəyişir - FOTO

“Yeraltı”da yeni sima - hər şey dəyişir - FOTO

İran bu VİDEO ilə meydan oxudu

İran bu VİDEO ilə meydan oxudu

İşdən qanunsuz çıxarılan 44 nəfər əvvəlki işlərinə BƏRPA OLUNDU

İşdən qanunsuz çıxarılan 44 nəfər əvvəlki işlərinə BƏRPA OLUNDU

Bakı Şəhəri üzrə Təhsil İdarəsində YENİ TƏYİNATLAR

Bakı Şəhəri üzrə Təhsil İdarəsində YENİ TƏYİNATLAR

“Sabah” “Araz Naxçıvan”la oyuna itki ilə ÇIXACAQ

“Sabah” “Araz Naxçıvan”la oyuna itki ilə ÇIXACAQ

Biləsuvarda 600 abonentin qazı kəsiləcək

Biləsuvarda 600 abonentin qazı kəsiləcək

Ağdamda məktəb direktoru ilə xadimənin DAVA ETMƏSİNİN səbəbi bilindi

Ağdamda məktəb direktoru ilə xadimənin DAVA ETMƏSİNİN səbəbi bilindi

“Daha güclüsü gəlir?” - Seysmoloqdan Xəzərdəki zəlzələlərlə bağlı açıqlama

“Daha güclüsü gəlir?” - Seysmoloqdan Xəzərdəki zəlzələlərlə bağlı açıqlama

“İmişli” – “Turan Tovuz” oyununda heç-heçə - VİDEO

“İmişli” – “Turan Tovuz” oyununda heç-heçə - VİDEO

End of content

No more pages to load

RADİO