Çinin “Amerikan diplomatiyasına” özünəməxsus cavabı

Son günlərdə Çin və İran xarici işlər nazirləri iki ölkə arasında 25 illik strateji tərəfdaşlığı təsdiq edən razılaşma imzalayıb. Razılaşmaya əsasən hər iki ölkə qarşıdakı 25 il ərzinə qarşılıqlı münasibətləri daha da genişləndirəcək, müxtəlif istiqamətlərdə birgə fəaliyyətlər icra edəcək.

Çin razılaşmadan irəli gələn şərtlər daxilində İranın nüvə, kommunikasiya, dəmir yolları, liman və bank sektoruna 400 milyard dollar dəyərində investisiya yatıracaq. Bunun qarşılığında isə İran Çinə böyük miqdarda xam neftin satışını həyata keçirəcək.

İlk baxışda imzalanmış razılaşma Çinin öz sənayesinin inkişaf tempini qorumaq üçün gərəkli enerji ehtiyacı ilə əlaqələndirilə bilər.
 

MÖVZU İLƏ BAĞLI:

İran son bir ildə 100 milyard dollar itirib


Çünki Çin qlobal miqyasda öz iqtisadi gücünü qoruyub saxlamaq üçün ucuz xam neftin alınmasına ehtiyac duyur. Qərbin təcrid siyasəti nəticəsində dünyanın önəmli neft istehsalçılarından olan İranın əsas alıcısı da məhz Çindir. Qərbin sanksiyaları və İranın üzləşdiyi iqtisadi problemlər xam neftin alınmasında Çinin mövqelərini daha da gücləndirir. Çin asan şəkildə daha aşağı qiymətə İran neftinin alışını həyata keçirə bilir. 

Çin növbəti 25 ildə nəyi hədəfləyir?

Digər tərəfdən Çin xarici işlər nazirini mətbuat konfransında “İran bəzi ölkələr kimi bir telefon zəngi ilə mövqe dəyişdirmir” deyə ifadə etməsi bir sıra maraqlı məqamlardan xəbər verir. İlk növbədə Çinli nazirinin bu açıqlaması bəzi ölkələrə mesaj xarakteri daşısa da, əslində Çinin son illərdə güvənilən və uzunmüddətli tərəfdaşlıq axtarışında olduğunu göstərir.

Eyni zamanda razılaşmanın 25 il müddətinə imzalanması da Çinin ikitərəfli əlaqələrdə uzun müddətli planlara sahib olduğunu göstərir.

Bu planlar hər nədirsə, Çin qarşıdan gələn 25 illik müddətdə öz enerji mənbələrinin davamlı olacağından əmin olmaq istəyir. İran da bu baxımdan Çin üçün etibarlı tərəfdaş hesab oluna bilər. lakin bunun üçün ilk növbədə İranla Qərb arasında davam edən ziddiyyət də gərək 25 il davam etsin.

Çinin İrana 400 milyard dollarlıq investisiya yatırması məhz bu istiqamətə yönəlib və Qərbin sanksiyalarının və təcrid siyasətinin tamamilə sıradan çıxması deməkdir. ABŞ-ın Yaxın Şərqdəki siyasi kursuna zərbə olaraq qiymətləndirilə biləcək bu addım birbaşa Çinin maraqlarına xidmət edir.

İranın gücləndirilməsi nə üçün vacibdir?

Hazırda Bayden administrasiyası İranla yaşanan problemin aradan qaldırılmasını hədəfləyir. İranın dialoqa dəvət edilməsi və danışıqlar üçün yaşıl işıq yandırılması da ABŞ rəhbərliyinin problemlə daha çox vaxt ayırmaq istəmədiyini göstərir. Oxşar tendensiyas Ukayna məsələsi və Rusiya ilə də bağlıdır. ABŞ Çin-in təsirlərinin hər keçən günü daha da genişləndiyinin və ABŞ üçün real təhlükə olduğunun da fərqindədir. 

Son illərdə baş verən siyasi proseslər Çinin ABŞ-la birbaşa rəqabət aparmaqda istəkli olmadığını göstərir. ABŞ-ın digər regionlardakı rəqibləri ilə problemlərini həll etməsi Çinin maraqlarına uyğun deyil.

Çünki bu halda Çin ABŞ-ın tək rəqibi olacaq və qonşu dövlətlərlə münasibətlərini nəzərə aldıqda Çin bu rəqabətdə elə də həvəsli görünmür. 

Çin investisiyaları nəticəsində İranın güclənməsi bölgədə İsraili tətikləyəcək, dolayısı ilə də ABŞ-ın Yaxın Şərqdəki siyasi kursunu dəyişməsinə səbəb olacaq. ABŞ İranın “nüvə problemi”, İranın Yaxın Şərqdəki ekspansiv siyasətinin qarşısının alınması, Yaxın Şərqdəki müttəfiqlərinin təhlükəsizliyinin təmin olunması kimi məsələlərlə daha yaxından məşğul olmalı olacaq. 

Digər tərəfdən Rusiyanın Avropa üzərində hərbi təzyiqinin artması, Ukraynanın Şərqində, Qarabağda və Yaxın Şərqdə güclənməyə çalışması ABŞ-ın bu bölgələri də daha çox diqqətdə saxlaması və buradakı müttəfiqlərinin təhlükəsizliyi kimi məsələləri də gündəmə gətirəcək. 

Çin ABŞ-ın dünyanın bütün bölgələrində münaqişələr aparmaqda maraqlı olmadığını, bü cür konvensional münaqişələrin ABŞ-ı zəiflədəcəyini yaxşı başa düşür.

Rusiya və İranın vasitəsi ilə ABŞ-ın yeni münaqişələrə daxil edilməsi isə Uzaq Şərqdə Çinin imkanlarını daha da genişləndirəcək. Çünki bu şərtlər daxilində ABŞ-ın Çini birbaşa hədəf alması təxirə düşəcək və Çin öz iqtisadi potensialını gücləndirmək üçün fürsət əldə edəcək.

Çinin mart ayı ərzində Rusiya və İranla əlaqələrdə maraqlı olması məhz bu amildən xəbər verir.

Çin hər iki ölkəyə gərəkli istisadi investisiyanı təmin edəcək, əvəzində isə bu ölkələr ABŞ-la Çin arasında fort-post rolunu oynacaq, ABŞ-ın təsir gücünü önəmli ölçüdə zəiflədəcəklər. Çin isə bu müddətdə iqtisadi inkişafının tempini daha da artıraraq ABŞ-ı geridə qoymaq istiqamətində önəmli addım atmış olacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

“Zirə”dən vacib qələbə - VİDEO

“Zirə”dən vacib qələbə - VİDEO

Serbiyalı nazirdən Belqrad-Bakı aviareysi ilə bağlı AÇIQLAMA

Serbiyalı nazirdən Belqrad-Bakı aviareysi ilə bağlı AÇIQLAMA

Bakıdakı kütləvi dava ilə bağlı DİN-dən AÇIQLAMA

Bakıdakı kütləvi dava ilə bağlı DİN-dən AÇIQLAMA

Xırdalanda yük avtomobili PROBLEMİ: "Təhlükəli vəziyyət yaranıb" - VİDEO

Xırdalanda yük avtomobili PROBLEMİ: "Təhlükəli vəziyyət yaranıb" - VİDEO

Bakıda kütləvi dava - ANBAAN VİDEO

Bakıda kütləvi dava - ANBAAN VİDEO

Trampı öldürməyə cəhd edən şəxslə bağlı açıqlama: "O, dəli deyil"

Trampı öldürməyə cəhd edən şəxslə bağlı açıqlama: "O, dəli deyil"

Belqrad–Bakı reysi Heydər Əliyev Beynəlxalq Aeroportunda belə qarşılandı - FOTO-VİDEO

Belqrad–Bakı reysi Heydər Əliyev Beynəlxalq Aeroportunda belə qarşılandı - FOTO-VİDEO

Pul probleminə görə MTV-dəki verilişi bağlandı - VİDEO

Pul probleminə görə MTV-dəki verilişi bağlandı - VİDEO

Mehriban Əliyeva bədii gimnastika üzrə Avropa kubokunu izlədi - FOTO

Mehriban Əliyeva bədii gimnastika üzrə Avropa kubokunu izlədi - FOTO

Avropa İttifaqının yüksək səviyyəli nümayəndə heyəti İrəvana gəlib

Avropa İttifaqının yüksək səviyyəli nümayəndə heyəti İrəvana gəlib

"Bakı Marafonu 2026"nın start və finiş zonasında konsert keçirildi - FOTO

"Bakı Marafonu 2026"nın start və finiş zonasında konsert keçirildi - FOTO

ABŞ hərbçiləri Mərakeşdə itkin düşdü

ABŞ hərbçiləri Mərakeşdə itkin düşdü

Cüdo millimiz “Böyük Dəbilqə”ni 3 medalla başa vurdu

Cüdo millimiz “Böyük Dəbilqə”ni 3 medalla başa vurdu

Xəzərdə artan zəlzələ aktivliyi - TƏHLÜKƏ GÖZLƏNİLİR?

Xəzərdə artan zəlzələ aktivliyi - TƏHLÜKƏ GÖZLƏNİLİR?

Nəsrin Cavadzadə ərə gedir - TOYUDUR

Nəsrin Cavadzadə ərə gedir - TOYUDUR

Pilotlarımız İranın hər yerinə çata bilir - Netanyahu

Pilotlarımız İranın hər yerinə çata bilir - Netanyahu

Belqrad və Bakı arasında birbaşa uçuşlar başladı

Belqrad və Bakı arasında birbaşa uçuşlar başladı

Tbilisidə Azərbaycan vətəndaşı saxlanıldı

Tbilisidə Azərbaycan vətəndaşı saxlanıldı

Çempion "Sabah" Şamaxıdan 3 xalla qayıdır -VİDEO

Çempion "Sabah" Şamaxıdan 3 xalla qayıdır -VİDEO

Gül dərmək niyə risklidir? — Əli dinc durmayanlara XƏBƏRDARLIQ

Gül dərmək niyə risklidir? — Əli dinc durmayanlara XƏBƏRDARLIQ

"Xruşşovka"lar sökülür?

"Xruşşovka"lar sökülür?

İsveçdən tarixi addım: Rusiya ərazisindəki hərbi hədəfləri kosmosdan izləyəcək

İsveçdən tarixi addım: Rusiya ərazisindəki hərbi hədəfləri kosmosdan izləyəcək

Altıncı “Yüksəliş” müsabiqəsinin Ümumi biliklər imtahanı keçirildi

Altıncı “Yüksəliş” müsabiqəsinin Ümumi biliklər imtahanı keçirildi

“Bakı Marafonu 2026”ın qaliblərinə mükafatı Leyla Əliyeva təqdim etdi

“Bakı Marafonu 2026”ın qaliblərinə mükafatı Leyla Əliyeva təqdim etdi

End of content

No more pages to load

RADİO