ABŞ Dövlət Departamenti: “İrəvanda antisemitizm artıb” 

Ermənistanda antisemit əhval-ruhiyyənin artımı müşahidə olunur. Bu fakt ABŞ Dövlət Departamentinin ölkələr üzrə insan hüquqları barədə 2020-ci il hesabatında əks olunub. ABŞ Dövlət Departamentinin hesabatında qeyd olunub ki, Ermənistanda yəhudi əhalinin sayı 500-1000 nəfər arasındadır:

"Sosial şəbəkələrdə bəzi antisemit fikirlər yer alıb. Hökumət bu cür fikirləri pisləməyib. Ermənistanda sentyabrın 27-dən antisemit əhval-ruhiyyənin artımı müşahid olunub.

Yəhudi icmasının üzvlərinin və digər müşahidəçilərin fikrincə, bu, əsasən Azərbaycanın İsrail istehsalı olan silahlardan istifadə etməsi ilə bağlıdır. Antisemit xarakterli paylaşımların sayı artıb. Yəhudi icmasının üzvləri ictimai nəqliyyatda da onlara qarşı antisemit ifadələrin səsləndirildiyini bildiriblər".

Bizim.Media olaraq mövzu ilə bağlı sualı millət vəkili, Azərbaycan Demokratik İslahatlar Partiyasının sədri Asim Mollazadəyə ünvanladıq.

Deputat vurğuladı ki, Ermənistanda antisemitizm yeni bir məsələ deyil:

“Ermənistan yarandığı gündən Njde və Himmler (Henrix Himmler - yəhudi soyqırımının təşkilatçılarından biri) ideologiyası ilə yaşayır. Yəni hazırki erməni ideologiyasının müəllifləri II Dünya savaşında faşistlərə qoşularaq yəhudilərin qətlində iştirak ediblər. Bundan başqa həmin ermənilər digər Sovet İttifaqı vətəndaşlarını da öldürüblər.
 

Bu “ənənə”lər emənilərdə həmişə qorunub. İndi də var. Bu gün Ermənistanda demək olar ki, yəhudi qalmayıb.


Çünki Ermənistanda yəhudilərə qarşı olan bu hisslər təkcə II Qarabağ savaşından sonra yox, həmişə olub. Ümumiyyətlə ermənilər yaşadığı yerdən asılı olmayaraq antisemitizmlə məşğuldurlar. Çünki ermənilərin əqidəsi Henrix Himmlerin ideologiyasına bağlıdır. Ermənilər faşistlərə, nasizm qatillərinə hər yerdə heykəllər qoyurlar”.

ABŞ Dövlət Departamentinin hesabatında qeyd olunur ki, Ermənistanda antisemitizm artıb. Elə Vaşinqtonun özü, yaxud digər qərb, əsasən də Avropa ölkələri bununla bağlı İrəvana təzyiq göstərə və ya sanksiya tətbiq edə bilərlərmi?
 

“Çox təəssüf ki, dünya Ermənistanın bu cinayətlərinə göz yumur. Erməni diasporu geniş təşkilatlanıb.


Onlar siyasi və media korrupsiyasından istifadə edərək ermənilərin bu tip cinayətlərini həmişə ört-basdır edə bilirlər. Ermənilər türklərə qarşı (bura Azərbaycan türkləri də aiddir) açıq nifrəti sərgiləyirlər. Əslində bunun özü də insanlığa qarşı cinayətdir.

Lakin görürsünüz ki, illər boyu Ermənistana heç bir qınaq yoxdur” deyən Asim Mollazadə bunu dünyadakı ədalətsiz yanaşmanın təzahürü adlandırdı.

Anar Rəhimov, Bizim.Media  


 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Bu il hepatit diaqnozu qoyulanların sayı AÇIQLANDI

Bu il hepatit diaqnozu qoyulanların sayı AÇIQLANDI

Bakı Qızlar Universitetində oxuyan tələbələrin taleyi necə olacaq? – Rəsmi qərar

Bakı Qızlar Universitetində oxuyan tələbələrin taleyi necə olacaq? – Rəsmi qərar

Qarabağ kanalında bir nəfər batıb – FHN axtarış aparır

Qarabağ kanalında bir nəfər batıb – FHN axtarış aparır

Baş nazirdən görkəmli alim Kərim Kərimovla bağlı QƏRAR

Baş nazirdən görkəmli alim Kərim Kərimovla bağlı QƏRAR

Həyətdə od qalayanların NƏZƏRİNƏ – Cəriməsi VAR

Həyətdə od qalayanların NƏZƏRİNƏ – Cəriməsi VAR

Notarius məhkəmə zalında həbs edildi

Notarius məhkəmə zalında həbs edildi

Bakı Qızlar Universiteti bağlandı

Bakı Qızlar Universiteti bağlandı

Anar Ələkbərov: "44" bədii filmi üzərində işi yekunlaşdırdıq" - FOTO

Anar Ələkbərov: "44" bədii filmi üzərində işi yekunlaşdırdıq" - FOTO

CeyLo əkizləri ilə Romada – FOTO

CeyLo əkizləri ilə Romada – FOTO

Pavel Durov Rusiyada terrorçular və ekstremistlər siyahısına daxil edildi

Pavel Durov Rusiyada terrorçular və ekstremistlər siyahısına daxil edildi

Bu il neçə nəfərə evlərində sosial xidmət göstərilib?

Bu il neçə nəfərə evlərində sosial xidmət göstərilib?

Qaxda dəhşətli qəza: 1 ölü, 3 yaralı var – ÖZƏL

Qaxda dəhşətli qəza: 1 ölü, 3 yaralı var – ÖZƏL

Zaur həyat yoldaşı ilə istirahətə getməməsi HAQDA: “Bir-birimizə yapışmalı deyilik” - VİDEO

Zaur həyat yoldaşı ilə istirahətə getməməsi HAQDA: “Bir-birimizə yapışmalı deyilik” - VİDEO

Qismət qapıları açılır: Arzuları gerçəkləşəcək 5 bürc

Qismət qapıları açılır: Arzuları gerçəkləşəcək 5 bürc

Mərkəzi Bank uçot dərəcəsi ilə bağlı qərarını AÇIQLAYACAQ

Mərkəzi Bank uçot dərəcəsi ilə bağlı qərarını AÇIQLAYACAQ

Doktorantura səviyyəsi üzrə ixtisasların sayı ARTDI

Doktorantura səviyyəsi üzrə ixtisasların sayı ARTDI

Qobu sakinlərinin SU PROBLEMİ: "Bir ildir bu vəziyyətdəyik" - VİDEO

Qobu sakinlərinin SU PROBLEMİ: "Bir ildir bu vəziyyətdəyik" - VİDEO

17 min yerdən 3800-ü BOŞ qaldı - Magistraturada yüksək bal toplayanlar niyə azalır?

17 min yerdən 3800-ü BOŞ qaldı - Magistraturada yüksək bal toplayanlar niyə azalır?

Azərbaycandan Qarsa ilk reys – FOTO

Azərbaycandan Qarsa ilk reys – FOTO

Bakıda qızıl medal qazanan erməni güləşçi: “Azərbaycana təşəkkür edirəm”

Bakıda qızıl medal qazanan erməni güləşçi: “Azərbaycana təşəkkür edirəm”

Sabunçu xəstəxanasında BİABIRÇILIQ: "Dedilər ki, gipsi və binti özün al" - VİDEO

Sabunçu xəstəxanasında BİABIRÇILIQ: "Dedilər ki, gipsi və binti özün al" - VİDEO

Jurnalistika üzrə qabiliyyət imtahanı keçiriləcək – TARİX AÇIQLANDI

Jurnalistika üzrə qabiliyyət imtahanı keçiriləcək – TARİX AÇIQLANDI

DİQQƏT! Bu ərazilərdə işıq olmayacaq

DİQQƏT! Bu ərazilərdə işıq olmayacaq

İlham Əliyev Qırğızıstana getdi

İlham Əliyev Qırğızıstana getdi

End of content

No more pages to load

RADİO