İlham Əliyev - "Zəngəzur indi Türk Dünyasının birləşməsi rolunu oynayacaq"

“Müharibə başa çatdı, münaqişə tarixdə qaldı. Yeni imkanlar yarandı. Onların arasında hesab edirəm ki, ən vacib imkan nəqliyyat imkanlarıdır”.

Bizim.Media xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 31-də Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının videokonfrans formatında qeyri-formal Zirvə görüşündə çıxışı zamanı deyib.
 

MÖVZU İLƏ BAĞLI:

"Bu ilin sonunda Azərbaycan Türk Şurasındakı sədrliyini qardaş Türkiyəyə təhvil verəcək" - Prezident


Prezident bildirib ki, bu gün biz artıq Zəngəzur dəhlizi üzərində çox fəal çalışırıq:

“Naxçıvanda keçirilmiş Zirvə görüşündə mən demişdim ki, vaxtilə Zəngəzuru Azərbaycandan alıb Ermənistana birləşdirmək türk dünyasının coğrafi parçalanması idi. Çünki əgər xəritəyə baxsaq, görərik ki, sanki bizim bədənimizə xəncər saplanmışdır, türk dünyası parçalanmışdır.

Qədim Azərbaycan torpağı olan Zəngəzur indi türk dünyasının birləşməsi rolunu oynayacaq.

Çünki Zəngəzurdan keçən nəqliyyat, kommunikasiya, infrastruktur layihələri bütün türk dünyasını birləşdirəcək, eyni zamanda, digər ölkələr üçün əlavə imkanlar yaradacaq, o cümlədən Ermənistan üçün. Ermənistanın hazırda onun müttəfiqi olan Rusiya ilə dəmir yolu əlaqəsi yoxdur. Bu dəmir yolu əlaqəsi Azərbaycan ərazisindən yarana bilər.

Ermənistanın onun qonşusu olan İranla dəmir yolu əlaqəsi yoxdur. Naxçıvan vasitəsilə bu dəmir yolu təmin edilə bilər.

Azərbaycan Naxçıvan Muxtar Respublikası vasitəsilə Türkiyə ilə birləşir, Orta Asiya Avropa ilə birləşir. Yəni, yeni nəqliyyat dəhlizi yaranmaqdadır. Artıq Azərbaycan bu işlərə start vermişdir. Əminəm ki, tərəfdaş ölkələr də bu imkanlardan istifadə edəcəklər”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Bu il hepatit diaqnozu qoyulanların sayı AÇIQLANDI

Bu il hepatit diaqnozu qoyulanların sayı AÇIQLANDI

Bakı Qızlar Universitetində oxuyan tələbələrin taleyi necə olacaq? – Rəsmi qərar

Bakı Qızlar Universitetində oxuyan tələbələrin taleyi necə olacaq? – Rəsmi qərar

Qarabağ kanalında bir nəfər batıb – FHN axtarış aparır

Qarabağ kanalında bir nəfər batıb – FHN axtarış aparır

Baş nazirdən görkəmli alim Kərim Kərimovla bağlı QƏRAR

Baş nazirdən görkəmli alim Kərim Kərimovla bağlı QƏRAR

Həyətdə od qalayanların NƏZƏRİNƏ – Cəriməsi VAR

Həyətdə od qalayanların NƏZƏRİNƏ – Cəriməsi VAR

Notarius məhkəmə zalında həbs edildi

Notarius məhkəmə zalında həbs edildi

Bakı Qızlar Universiteti bağlandı

Bakı Qızlar Universiteti bağlandı

Anar Ələkbərov: "44" bədii filmi üzərində işi yekunlaşdırdıq" - FOTO

Anar Ələkbərov: "44" bədii filmi üzərində işi yekunlaşdırdıq" - FOTO

CeyLo əkizləri ilə Romada – FOTO

CeyLo əkizləri ilə Romada – FOTO

Pavel Durov Rusiyada terrorçular və ekstremistlər siyahısına daxil edildi

Pavel Durov Rusiyada terrorçular və ekstremistlər siyahısına daxil edildi

Bu il neçə nəfərə evlərində sosial xidmət göstərilib?

Bu il neçə nəfərə evlərində sosial xidmət göstərilib?

Qaxda dəhşətli qəza: 1 ölü, 3 yaralı var – ÖZƏL

Qaxda dəhşətli qəza: 1 ölü, 3 yaralı var – ÖZƏL

Zaur həyat yoldaşı ilə istirahətə getməməsi HAQDA: “Bir-birimizə yapışmalı deyilik” - VİDEO

Zaur həyat yoldaşı ilə istirahətə getməməsi HAQDA: “Bir-birimizə yapışmalı deyilik” - VİDEO

Qismət qapıları açılır: Arzuları gerçəkləşəcək 5 bürc

Qismət qapıları açılır: Arzuları gerçəkləşəcək 5 bürc

Mərkəzi Bank uçot dərəcəsi ilə bağlı qərarını AÇIQLAYACAQ

Mərkəzi Bank uçot dərəcəsi ilə bağlı qərarını AÇIQLAYACAQ

Doktorantura səviyyəsi üzrə ixtisasların sayı ARTDI

Doktorantura səviyyəsi üzrə ixtisasların sayı ARTDI

Qobu sakinlərinin SU PROBLEMİ: "Bir ildir bu vəziyyətdəyik" - VİDEO

Qobu sakinlərinin SU PROBLEMİ: "Bir ildir bu vəziyyətdəyik" - VİDEO

17 min yerdən 3800-ü BOŞ qaldı - Magistraturada yüksək bal toplayanlar niyə azalır?

17 min yerdən 3800-ü BOŞ qaldı - Magistraturada yüksək bal toplayanlar niyə azalır?

Azərbaycandan Qarsa ilk reys – FOTO

Azərbaycandan Qarsa ilk reys – FOTO

Bakıda qızıl medal qazanan erməni güləşçi: “Azərbaycana təşəkkür edirəm”

Bakıda qızıl medal qazanan erməni güləşçi: “Azərbaycana təşəkkür edirəm”

Sabunçu xəstəxanasında BİABIRÇILIQ: "Dedilər ki, gipsi və binti özün al" - VİDEO

Sabunçu xəstəxanasında BİABIRÇILIQ: "Dedilər ki, gipsi və binti özün al" - VİDEO

Jurnalistika üzrə qabiliyyət imtahanı keçiriləcək – TARİX AÇIQLANDI

Jurnalistika üzrə qabiliyyət imtahanı keçiriləcək – TARİX AÇIQLANDI

DİQQƏT! Bu ərazilərdə işıq olmayacaq

DİQQƏT! Bu ərazilərdə işıq olmayacaq

İlham Əliyev Qırğızıstana getdi

İlham Əliyev Qırğızıstana getdi

End of content

No more pages to load

RADİO