İlham Əliyev Pakistanın Keçid Hökumətinin Baş naziri ilə GÖRÜŞDÜ - FOTO/VİDEO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin noyabrın 9-da Daşkənddə Pakistan İslam Respublikasının Keçid Hökumətinin Baş naziri Ənvər-ul-Xak Kakar ilə görüşü olub. 

Bizim.Media xəbər verir ki, görüşdə Azərbaycan ilə Pakistan arasında əlaqələrin mövcud vəziyyətindən məmnunluq ifadə olunub. 

Pakistanın Baş naziri Azərbaycanı antiterror tədbirlərinin uğurla başa çatması və Azərbaycanın suverenliyinin tam şəkildə təmin olunması münasibətilə təbriklərini çatdırıb. Pakistanın həmişə Azərbaycanın haqlı və ədalətli mövqeyini dəstəklədiyini vurğulayıb. 

Dövlət başçısı təbriklərə görə təşəkkürünü bildirib, Ermənistanın Azərbaycana qarşı 30 ilə yaxın davam edən işğalı dövründə, həmçinin 44 günlük Vətən müharibəsində Pakistanın ölkəmizə göstərdiyi siyasi-diplomatik dəstəyini və Ermənistanın işğalçı dövlət kimi tanımasını yüksək qiymətləndirib. 
Prezident İlham Əliyev Azərbaycanın Cəmmu və Kəşmir məsələsində BMT Təhlükəsizlik Şurasının müvafiq qərarlarını rəhbər tutaraq haqq-ədalətin tərəfdarı olduğunu diqqətə çatdırıb. 

Görüşdə ölkələrimiz arasında iqtisadi-ticari münasibətlərin, biznes dairələri arasında əlaqələrin genişləndirilməsi məsələlərinə toxunulub. Hökumətlərarası Komissiyanın fəaliyyətinin vacibliyi qeyd edilib. Həmçinin enerji və nəqliyyat bağlantıları sahələrində əməkdaşlıq məsələlərinə dair fikir mübadiləsi aparılıb. 

İmtiyazlı ticarət münasibətlərinin ölkələrimiz arasındakı ticarət dövriyyəsinin həcminin artırılmasına müsbət təsir göstərəcəyi qeyd edilib. İnformasiya-kommunikasiya texnologiyaları, turizm sahələrində əməkdaşlığın, iki ölkənin şəhərləri arasında bu yaxınlarda birbaşa hava əlaqəsinin yaradılmasının müsbət addım olduğu bildirilib, bunun turizm sahəsində əməkdaşlığa və insanlar arasındakı təmaslara müsbət təsir göstərəcəyi vurğulanıb. İki ölkə arasında beynəlxalq təşkilatlar çərçivəsində uğurlu əməkdaşlığın davam etdirilməsinin vacibliyi qeyd olunub. 

Söhbət zamanı dünyada islamofobiya meyillərinin artmasından narahatlıq ifadə edilib. 

 

Bizim.Media
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Qusarda oğul anasını döydü

Qusarda oğul anasını döydü

Bu sakinlər FHN-in köməyi ilə təxliyə olunub - FOTO

Bu sakinlər FHN-in köməyi ilə təxliyə olunub - FOTO

Bələdiyyəyə niyə və nə qədər pul ödənilməlidir?

Bələdiyyəyə niyə və nə qədər pul ödənilməlidir?

Tovuzda 19 yaşlı qız oğurlandı - 4 nəfər tutuldu

Tovuzda 19 yaşlı qız oğurlandı - 4 nəfər tutuldu

Abşeronun torpaqsız qalan bələdiyyələri – ARAŞDIRMA

Abşeronun torpaqsız qalan bələdiyyələri – ARAŞDIRMA

Küçədə tapılan uşaqla bağlı XƏBƏR

Küçədə tapılan uşaqla bağlı XƏBƏR

Elnarədən sonra bu məşhur müğənni də kəndinə SU ÇƏKDİRDİ - FOTO

Elnarədən sonra bu məşhur müğənni də kəndinə SU ÇƏKDİRDİ - FOTO

“Zirə”nin legioneri Xorvatiya klubunun transfer HƏDƏFİNDƏ

“Zirə”nin legioneri Xorvatiya klubunun transfer HƏDƏFİNDƏ

Dollar almaq istəyənlərin NƏZƏRİNƏ

Dollar almaq istəyənlərin NƏZƏRİNƏ

Azərbaycanda ən ucuz un Şabrandadır – QİYMƏT CƏDVƏLİ

Azərbaycanda ən ucuz un Şabrandadır – QİYMƏT CƏDVƏLİ

Bu uşağın valideynləri axtarılır

Bu uşağın valideynləri axtarılır

Gəncəyə həsr edilən sənədli film - VİDEO

Gəncəyə həsr edilən sənədli film - VİDEO

İtkin düşən kişinin meyiti qayalıqda tapıldı

İtkin düşən kişinin meyiti qayalıqda tapıldı

Bir nəfəri oğurlayan dəstə üzvləri YENİDƏN məhkəmə qarşısında

Bir nəfəri oğurlayan dəstə üzvləri YENİDƏN məhkəmə qarşısında

Xəzərdə yenidən ZƏLZƏLƏ OLDU

Xəzərdə yenidən ZƏLZƏLƏ OLDU

Yaxın Şərqdə müharibə onlayn ticarəti vurur – Bahalaşma gözlənilir?

Yaxın Şərqdə müharibə onlayn ticarəti vurur – Bahalaşma gözlənilir?

Magistraturanın II cəhdində iştirak etmək istəyənlərin NƏZƏRİNƏ

Magistraturanın II cəhdində iştirak etmək istəyənlərin NƏZƏRİNƏ

İranla müharibədə neçə amerikalı hərbçi yaralanıb?

İranla müharibədə neçə amerikalı hərbçi yaralanıb?

Yağışın fəsadları belə aradan qaldırılır – FOTO - VİDEO

Yağışın fəsadları belə aradan qaldırılır – FOTO - VİDEO

Oğlunu güllələyən atadan XƏBƏR VAR

Oğlunu güllələyən atadan XƏBƏR VAR

Qızılın SON qiyməti

Qızılın SON qiyməti

"Turan Tovuz" bu gün "İmişli"nin qonağı olacaq

"Turan Tovuz" bu gün "İmişli"nin qonağı olacaq

Vyetnam Kommunist Partiyasının rəhbəri prezident seçildi

Vyetnam Kommunist Partiyasının rəhbəri prezident seçildi

Lerikin bu kəndlərində işıq olmayacaq

Lerikin bu kəndlərində işıq olmayacaq

End of content

No more pages to load

RADİO