İlham Əliyev Füzuli rayonunda Qarğabazar kəndinin təməlini qoyub - YENİLƏNİB -FOTO/VİDEO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 8-də Füzuli rayonunda Qarğabazar kəndinin təməlini qoyub.

Bizim.Media xəbər verir ki, Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov kənddə görüləcək işlər barədə dövlətimizin başçısına məlumat verib.

Bildirildi ki, Füzuli Beynəlxalq Hava Limanından 10 kilometr məsafədə, rayonun cənub-qərbində yerləşən kəndin inzibati ərazisinə Yal-Pirəhmədi və Sərdarlı kəndləri də daxildir. Qarğabazar kəndinin layihələndirilən ümumi ərazisi 152,6 hektardır. Kəndə 2 min nəfərin köçürülməsi planlaşdırılır.  

Burada ümumilikdə 527 fərdi ev tikiləcək. Kəndin inşasının birinci mərhələsində 181 fərdi evin tikilməsi üçün 35,5 hektar torpaq sahəsi ayrılıb.

Bu mərhələdə kəndə 181 ailənin - 629 nəfərin köçürülməsi planlaşdırılır. 

Qeyd edildi ki, kənddə çoxfunksiyalı inzibati binanın, Bayraq meydanının, mədəniyyət evinin, kafe-restoranın, mərasim evinin, aptekin, idman klubunun, ailə sağlamlıq mərkəzinin, 384 şagird yerlik orta məktəbin, 128 yerlik uşaq bağçasının, istirahət və yaşıllıq zonalarının, bazar kompleksinin, kitabxananın, ticarət obyektinin, qonaq evinin, məscidin və digər zəruri obyektlərin tikilməsi planlaşdırılıb.

Kənd tarixi ənənələri qorumaqla müasir üslubda layihələndirilib. Enerjiyə qənaət etmək məqsədilə alternativ enerjidən istifadə və istilik tutumlu evlərin inşası nəzərdə tutulub. 

Prezident İlham Əliyev Qarğabazar kəndinin təməlini qoyub. 

Məlumat verildi ki, kənddə tarixi memarlıq abidələri – Şah Abbas karvansarası və Şah Abbas məscidi də bərpa olunacaq.

Qarğabazar kəndi Şəki-Qarabağ-Hindistan ipək ticarəti yolu üzərində yerləşdiyindən bu yoldan istifadə edən tacirlər uzun yolun yorğunluğunu çıxarmaq üçün Qarğabazar karvansarasında gecələyirdilər. Qarabağın ən qədim məscidlərindən olan, 1684-cü ildə inşa edilən Şah Abbas məscidi el arasında Hacı Qiyasəddin məscidi kimi də tanınır.

*** 17:03

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 8-də Füzuli rayonunda Qarğabazar kəndinin təməlini qoyub. 

Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı Prezidentin mətbuat xidməti yayıb.
 








Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Qusarda oğul anasını döydü

Qusarda oğul anasını döydü

Bu sakinlər FHN-in köməyi ilə təxliyə olunub - FOTO

Bu sakinlər FHN-in köməyi ilə təxliyə olunub - FOTO

Bələdiyyəyə niyə və nə qədər pul ödənilməlidir?

Bələdiyyəyə niyə və nə qədər pul ödənilməlidir?

Tovuzda 19 yaşlı qız oğurlandı - 4 nəfər tutuldu

Tovuzda 19 yaşlı qız oğurlandı - 4 nəfər tutuldu

Abşeronun torpaqsız qalan bələdiyyələri – ARAŞDIRMA

Abşeronun torpaqsız qalan bələdiyyələri – ARAŞDIRMA

Küçədə tapılan uşaqla bağlı XƏBƏR

Küçədə tapılan uşaqla bağlı XƏBƏR

Elnarədən sonra bu məşhur müğənni də kəndinə SU ÇƏKDİRDİ - FOTO

Elnarədən sonra bu məşhur müğənni də kəndinə SU ÇƏKDİRDİ - FOTO

“Zirə”nin legioneri Xorvatiya klubunun transfer HƏDƏFİNDƏ

“Zirə”nin legioneri Xorvatiya klubunun transfer HƏDƏFİNDƏ

Dollar almaq istəyənlərin NƏZƏRİNƏ

Dollar almaq istəyənlərin NƏZƏRİNƏ

Azərbaycanda ən ucuz un Şabrandadır – QİYMƏT CƏDVƏLİ

Azərbaycanda ən ucuz un Şabrandadır – QİYMƏT CƏDVƏLİ

Bu uşağın valideynləri axtarılır

Bu uşağın valideynləri axtarılır

Gəncəyə həsr edilən sənədli film - VİDEO

Gəncəyə həsr edilən sənədli film - VİDEO

İtkin düşən kişinin meyiti qayalıqda tapıldı

İtkin düşən kişinin meyiti qayalıqda tapıldı

Bir nəfəri oğurlayan dəstə üzvləri YENİDƏN məhkəmə qarşısında

Bir nəfəri oğurlayan dəstə üzvləri YENİDƏN məhkəmə qarşısında

Xəzərdə yenidən ZƏLZƏLƏ OLDU

Xəzərdə yenidən ZƏLZƏLƏ OLDU

Yaxın Şərqdə müharibə onlayn ticarəti vurur – Bahalaşma gözlənilir?

Yaxın Şərqdə müharibə onlayn ticarəti vurur – Bahalaşma gözlənilir?

Magistraturanın II cəhdində iştirak etmək istəyənlərin NƏZƏRİNƏ

Magistraturanın II cəhdində iştirak etmək istəyənlərin NƏZƏRİNƏ

İranla müharibədə neçə amerikalı hərbçi yaralanıb?

İranla müharibədə neçə amerikalı hərbçi yaralanıb?

Yağışın fəsadları belə aradan qaldırılır – FOTO - VİDEO

Yağışın fəsadları belə aradan qaldırılır – FOTO - VİDEO

Oğlunu güllələyən atadan XƏBƏR VAR

Oğlunu güllələyən atadan XƏBƏR VAR

Qızılın SON qiyməti

Qızılın SON qiyməti

"Turan Tovuz" bu gün "İmişli"nin qonağı olacaq

"Turan Tovuz" bu gün "İmişli"nin qonağı olacaq

Vyetnam Kommunist Partiyasının rəhbəri prezident seçildi

Vyetnam Kommunist Partiyasının rəhbəri prezident seçildi

Lerikin bu kəndlərində işıq olmayacaq

Lerikin bu kəndlərində işıq olmayacaq

End of content

No more pages to load

RADİO