Prezident və birinci xanım Şuşada “Yasəmən” otelinin AÇILIŞINDA - FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva noyabrın 7-də Şuşada “Yasəmən” otelinin açılışında iştirak ediblər. 

Bizim.Media xəbər verir ki, dövlətimizin başçısına və birinci xanıma oteldə yaradılan şərait barədə məlumat verildi. 
 

MÖVZU İLƏ BAĞLI:

Mehriban Əliyeva Şuşadan FOTOLAR paylaşıb 


Otuzillik işğaldan Prezident İlham Əliyevin rəhbərliyi ilə azad edilən ərazilərdə Azərbaycan dövləti tərəfindən həyata keçirilən bərpa və quruculuq işlərinə Heydər Əliyev Fondu da öz töhfəsini verməkdədir.

Qədim Qarabağ torpağında Fond tərəfindən dini, tarixi-mədəni abidələrin, məscidlərin bərpası üzrə layihələrin icrasına start verilib.

Heydər Əliyev Fondunun Qarabağdakı layihələri Ağdam Cümə məscidi, Zəngilan şəhər məscidi, Şuşada Aşağı Gövhər Ağa məscidi, Yuxarı Gövhər Ağa məscidi, Saatlı məscidi, Mamayı məscidi və bulağı, Molla Pənah Vaqifin muzey-məqbərə kompleksi, Mehmandarovların malikanə kompleksi, Şuşada Yaradıcılıq Mərkəzi, Üzeyir Hacıbəylinin ev-muzeyi və digər tarixi-mədəni abidələrin bərpa və yenidən qurulmasını, Şuşada yeni məscidin inşasını əhatə edir.

Tarixi Zəfərimizin növbəti ildönümü ərəfəsində Şuşada bərpası başa çatan və təqdim edilən layihələrdən biri də “Yasəmən” otelidir. 

Bildirildi ki, XIX əsrin ortalarında Qarabağ memarlıq məktəbinə xas tərzdə inşa edilmiş, Şuşa şəhərinin Köçərli küçəsində yerləşən üç yaşayış binası işğal zamanı dağıdılaraq istifadəyə yararsız vəziyyətə salınıb.

Heydər Əliyev Fondu ərazidə layihələndirmə işləri apararaq, 2022-ci ilin may ayından etibarən həmin yaşayış binalarının təmir-bərpa işlərinə başlayıb. Bərpa zamanı binalarda təməlbərkitmə işləri görülüb, divarlarda daxili bərkitmə işləri aparılıb. Mərmi düşməsi nəticəsində binanın dağılmış hissələri yenidən tikilib. Sonradan inşa olunmuş əlavə tikililər isə sökülüb. 

Fond tərəfindən bərpa edilən binalar hazırda otel kimi istifadəyə verilib. Autentik üslubda bərpa edilən “Yasəmən” otelinin eksteryer və interyeri buraya gələnləri orta əsr Şuşasına qaytarır. Otel “double”, “twin” və “junior” otaqların olduğu iki korpusdan, restoran və bir neçə terrasdan ibarətdir.

Qonaqlar otelin həyətində dövrünün üslubuna uyğun salınan bağçada və terrasda dincələ, şəhərin mənzərəsini seyr edə bilərlər.

Terrasdan Mehmandarovların malikanə kompleksinə və ümumi şəhərə gözəl mənzərə açılır. Otelin interyeri, otaqları xüsusi dizayn edilib. Buradakı hər bir element, əşya məhz bu dizayna uyğun seçilib. Bu da qonaqlarda nostalji hisslər yaradır. 

Otellə tanışlıq zamanı Prezident İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya Mehmandarovlar malikanə kompleksinin yuxarı hissəsində bərpa olunacaq binalar barədə də məlumat verildi. 

Dövlətimizin başçısı və birinci xanım otelin həyətində yasəmən ağacı əkdilər. 

Şuşa işğaldan azad edildikdən sonra şəhərdə qısa müddətdə “Qarabağ”, “Xarıbülbül” otelləri, Şuşa Otel-Konqres Mərkəzi Kompleksinin açılışı olub və artıq “Yasəmən” oteli də şəhərin tarixi mənzərəsinə daha bir gözəllik qatmaqla qonaqların istifadəsinə verilir. 


































Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Cənubi Koreya prezidentinin üzrünə Kim Çen İndən REAKSİYA

Cənubi Koreya prezidentinin üzrünə Kim Çen İndən REAKSİYA

Bakıda mənzillərin artan satış və kirayə QİYMƏTLƏRİ

Bakıda mənzillərin artan satış və kirayə QİYMƏTLƏRİ

İsraildən iranlılara xəbərdarlıq:"Bu gün saat 21.00-a qədər..."

İsraildən iranlılara xəbərdarlıq:"Bu gün saat 21.00-a qədər..."

Aprelin pensiyasını gözləyənlərin NƏZƏRİNƏ

Aprelin pensiyasını gözləyənlərin NƏZƏRİNƏ

Zəngilan sakinlərinə şad xəbər

Zəngilan sakinlərinə şad xəbər

Rusiya məktəblərində QANLI İNSİDENT– Şagird müəllimi bıçaqla öldürdü - VİDEO

Rusiya məktəblərində QANLI İNSİDENT– Şagird müəllimi bıçaqla öldürdü - VİDEO

Rusiya bu “respublika”nı terror təşkilatı ELAN ETDİ

Rusiya bu “respublika”nı terror təşkilatı ELAN ETDİ

“Xamenei huşsuz vəziyyətdədir”

“Xamenei huşsuz vəziyyətdədir”

Sumqayıtda dəm qazından zəhərlənən 5 uşağın vəziyyəti AĞIRDIR

Sumqayıtda dəm qazından zəhərlənən 5 uşağın vəziyyəti AĞIRDIR

Ukraynadan Rusiyanın ən böyük limanına növbəti hücum – VİDEO

Ukraynadan Rusiyanın ən böyük limanına növbəti hücum – VİDEO

“Napoli” “Qarabağ”ın futbolçusundan İMTİNA ETDİ

“Napoli” “Qarabağ”ın futbolçusundan İMTİNA ETDİ

Gürcüstanda azərbaycanlı merin qardaşı TUTULDU

Gürcüstanda azərbaycanlı merin qardaşı TUTULDU

Biləsuvarda evindən meyiti tapılan 41 yaşlı qadının ölümü ilə bağlı TƏFƏRRÜAT – ÖZƏL

Biləsuvarda evindən meyiti tapılan 41 yaşlı qadının ölümü ilə bağlı TƏFƏRRÜAT – ÖZƏL

Bu ərazilərdə su kəsiləcək

Bu ərazilərdə su kəsiləcək

Milli Məclisin növbəti iclasının VAXTI və GÜNDƏLİYİ

Milli Məclisin növbəti iclasının VAXTI GÜNDƏLİYİ

Qaradağda əməliyyat: 5 nəfər tutuldu - VİDEO

Qaradağda əməliyyat: 5 nəfər tutuldu - VİDEO

Bakıda film kimi QƏZA – Nəzarətsiz qalan azyaşlılar bir qadının ölümünə SƏBƏB OLDU

Bakıda film kimi QƏZA – Nəzarətsiz qalan azyaşlılar bir qadının ölümünə SƏBƏB OLDU

Dövlət qurumlarının informasiya sistemlərinə edilən kiberhücumların sayı açıqlandı – FOTO

Dövlət qurumlarının informasiya sistemlərinə edilən kiberhücumların sayı açıqlandı – FOTO

Xocavəndə növbəti köç YOLA SALINDI

Xocavəndə növbəti köç YOLA SALINDI

Bu əməliyyatlar da sığorta hesabına ediləcək – RƏSMİ

Bu əməliyyatlar da sığorta hesabına ediləcək – RƏSMİ

Azərbaycanda kafelər 9-da bağlanacaq? — AÇIQLAMA

Azərbaycanda kafelər 9-da bağlanacaq? — AÇIQLAMA

Rusiya ordusu Ukraynada avtobusa zərbə endirdi: 3 ölü, 12 yaralı var - FOTO

Rusiya ordusu Ukraynada avtobusa zərbə endirdi: 3 ölü, 12 yaralı var - FOTO

BU FÜRSƏT xaricdə işləmək istəyənlər üçündür

BU FÜRSƏT xaricdə işləmək istəyənlər üçündür

Gəncədə iki nəfər bıçaqlandı

Gəncədə iki nəfər bıçaqlandı

End of content

No more pages to load

RADİO