Prezident və birinci xanım Şuşada “Qızlar gimnaziyası” binasında

Noyabrın 7-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şuşa şəhərində “Qızlar gimnaziyası” tarixi abidə binasında həyata keçiriləcək işlərlə tanış olublar. 

Bizim.Media xəbər verir ki, dövlət başçısına və birinci xanıma tarixi abidə barədə məlumat verilib. 

Bildirilib ki, Şuşada müstəqil qız məktəbi 1875-ci il oktyabrın 26-da Şuşa əhalisinin təşkil etdiyi “Xeyriyyə cəmiyyəti” tərəfindən təsis olunub. 

Dini etiqadından və mənşəyindən asılı olmayaraq, bütün qızlara burada təhsil almaq imkanı yaradılmışdı. Tədris planına rus dili, hesab, ana dilində oxuma, yazma, hüsnxət, rəsm, rəsmxət, ümumi coğrafiya, tarix, ölkəşünaslıq daxil idi. Eyni zamanda, məktəbdə milli mahnılar öyrədilir, təbiət, tarix və fizikadan dərs verilirdi. Məktəbdə təhsil ödənişli olsa da, kasıb ailələrin övladları təhsil haqqından azad idilər. Əlavə təhsil haqqı verənlərə fransız və alman dilləri də tədris edilir, musiqi öyrədilirdi. 

Qızların rus dilində təhsilinə diqqəti artırmaq və xərcin bir qismini xəzinədən ödəmək şərti ilə Şuşa qız məktəbi 1894-cü ildə Şuşa Marinski qız məktəbi adını aldı və dördsinifli məktəbə çevrildi. Məktəb 120 şagirdlə fəaliyyətə başladı. Artıq 1895-1896-cı tədris ilində burada 147 qız təhsil alırdı. Bu məktəbin təşkili azərbaycanlı qızların da rus dilində təhsilinə şərait yaratmışdı.

Şuşa Marinski qız məktəbi qadınların təhsili sahəsində, azərbaycanlı qızların dünyəvi təhsil almasında mühüm rol oynayıb. 1894-cü ildə Şuşada iki şəxsi qız məktəbinin əsasında Müqəddəs Mariya qız məktəbi yaradılmış, bununla da azərbaycanlı qızların Avropa təhsilinə yolları açılmışdı. 
Qeyd edilib ki, bina sovet dövründə internat məktəbi kimi də fəaliyyət göstərib. Gələcəkdə buranın dekorativ tətbiqi sənət mərkəzi və mədəni sahələr üzrə inzibati bina kimi istifadə olunması planlaşdırılır. 

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

İran yaponiyalı jurnalisti həbsdən azad etdi

İran yaponiyalı jurnalisti həbsdən azad etdi

Cənubi Koreya prezidentinin üzrünə Kim Çen İndən REAKSİYA

Cənubi Koreya prezidentinin üzrünə Kim Çen İndən REAKSİYA

Bakıda mənzillərin artan satış və kirayə QİYMƏTLƏRİ

Bakıda mənzillərin artan satış və kirayə QİYMƏTLƏRİ

İsraildən iranlılara xəbərdarlıq:"Bu gün saat 21.00-a qədər..."

İsraildən iranlılara xəbərdarlıq:"Bu gün saat 21.00-a qədər..."

Aprelin pensiyasını gözləyənlərin NƏZƏRİNƏ

Aprelin pensiyasını gözləyənlərin NƏZƏRİNƏ

Zəngilan sakinlərinə şad xəbər

Zəngilan sakinlərinə şad xəbər

Rusiya məktəblərində QANLI İNSİDENT– Şagird müəllimi bıçaqla öldürdü - VİDEO

Rusiya məktəblərində QANLI İNSİDENT– Şagird müəllimi bıçaqla öldürdü - VİDEO

Rusiya bu “respublika”nı terror təşkilatı ELAN ETDİ

Rusiya bu “respublika”nı terror təşkilatı ELAN ETDİ

“Xamenei huşsuz vəziyyətdədir”

“Xamenei huşsuz vəziyyətdədir”

Sumqayıtda dəm qazından zəhərlənən 5 uşağın vəziyyəti AĞIRDIR

Sumqayıtda dəm qazından zəhərlənən 5 uşağın vəziyyəti AĞIRDIR

Ukraynadan Rusiyanın ən böyük limanına növbəti hücum – VİDEO

Ukraynadan Rusiyanın ən böyük limanına növbəti hücum – VİDEO

“Napoli” “Qarabağ”ın futbolçusundan İMTİNA ETDİ

“Napoli” “Qarabağ”ın futbolçusundan İMTİNA ETDİ

Gürcüstanda azərbaycanlı merin qardaşı TUTULDU

Gürcüstanda azərbaycanlı merin qardaşı TUTULDU

Biləsuvarda evindən meyiti tapılan 41 yaşlı qadının ölümü ilə bağlı TƏFƏRRÜAT – ÖZƏL

Biləsuvarda evindən meyiti tapılan 41 yaşlı qadının ölümü ilə bağlı TƏFƏRRÜAT – ÖZƏL

Bu ərazilərdə su kəsiləcək

Bu ərazilərdə su kəsiləcək

Milli Məclisin növbəti iclasının VAXTI və GÜNDƏLİYİ

Milli Məclisin növbəti iclasının VAXTI GÜNDƏLİYİ

Qaradağda əməliyyat: 5 nəfər tutuldu - VİDEO

Qaradağda əməliyyat: 5 nəfər tutuldu - VİDEO

Bakıda film kimi QƏZA – Nəzarətsiz qalan azyaşlılar bir qadının ölümünə SƏBƏB OLDU

Bakıda film kimi QƏZA – Nəzarətsiz qalan azyaşlılar bir qadının ölümünə SƏBƏB OLDU

Dövlət qurumlarının informasiya sistemlərinə edilən kiberhücumların sayı açıqlandı – FOTO

Dövlət qurumlarının informasiya sistemlərinə edilən kiberhücumların sayı açıqlandı – FOTO

Xocavəndə növbəti köç YOLA SALINDI

Xocavəndə növbəti köç YOLA SALINDI

Bu əməliyyatlar da sığorta hesabına ediləcək – RƏSMİ

Bu əməliyyatlar da sığorta hesabına ediləcək – RƏSMİ

Azərbaycanda kafelər 9-da bağlanacaq? — AÇIQLAMA

Azərbaycanda kafelər 9-da bağlanacaq? — AÇIQLAMA

Rusiya ordusu Ukraynada avtobusa zərbə endirdi: 3 ölü, 12 yaralı var - FOTO

Rusiya ordusu Ukraynada avtobusa zərbə endirdi: 3 ölü, 12 yaralı var - FOTO

BU FÜRSƏT xaricdə işləmək istəyənlər üçündür

BU FÜRSƏT xaricdə işləmək istəyənlər üçündür

End of content

No more pages to load

RADİO