ABŞ rəsmilərinə SƏRT CAVAB: “Azərbaycanla təhdid dili ilə danışmaq qəbuledilməzdir”

Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadənin ABŞ Dövlət Departamenti rəsmilərinin Azərbaycan əleyhinə bəyanatlarına cavabı verib. 

XİN-dən Bizim.Media-ya verilən məlumata görə, 31 oktyabr 2023-cü il tarixində Senatın Təxsisatlar Komitəsində çıxışı zamanı ABŞ dövlət katibi Antoni Blinken digər məsələlərlə yanaşı münaqişə nəticəsində Ermənistanda yaranmış ağır humanitar ehtiyacların həlli üçün əlavə maliyyəyə ehtiyac olduğunu bildirib, daha sonra isə 2 noyabr 2023-cü il tarixində Dövlət Departamenti “Amerikanın Səsi” xəbər agentliyinin sualına cavab olaraq vurğulayıb ki, ABŞ Ermənistanın suverenliyini və ərazi bütövlüyünü qəti şəkildə dəstəkləyir, bu suverenliyin və ərazi bütövlüyünün istənilən şəkildə pozulması ciddi nəticələrə gətirib çıxaracaq. 

Bununla bağlı Ayxan Hacızadə qeyd edib ki, təəssüflər olsun ki, ABŞ onilliklər ərzində vasitəçi olsa da, Azərbaycanın suverenliyinin və ərazi bütövlüyünün dəstəklənməsini, Ermənistan tərəfindən həyata keçirilən etnik təmizlənmənin qurbanı olmuş azərbaycanlı qaçqın və məcburi köçkünlərə humanitar yardım göstərilməsi məsələsini heç zaman bu qədər qətiyyətlə təşviq etməyib: 
"Bununla yanaşı, ABŞ beynəlxalq öhdəliklərə uyğun olaraq, o cümlədən BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi çərçivəsində Azərbaycan ərazilərinin işğaldan azad edilməsinə, Ermənistan silahlı qüvvələrinin çıxarılmasına, o cümlədən erməni qondarma rejiminin ləğvinə heç vaxt çağırış etməyib. 

Əksinə, ABŞ Ermənistanı yanlış istiqamətə yönəldib, separatçıların qeyri-qanuni fəaliyyətinin müdafiəsi məqsədilə ABŞ-a səfər etmələri üçün imkanlar yaratmaqla və maliyyə vəsaiti ayırmaqla Azərbaycan ərazilərində qanunsuz rejimin saxlanılmasına dəstək verib. 

Əgər ABŞ Azərbaycana, habelə beynəlxalq sülh və təhlükəsizliyə qarşı təhdidlərə fərqli münasibət göstərsəydi Azərbaycana qarşı təhdidlərin güc yolu ilə həllinə ehtiyac qalmazdı və məsələ sülh yolu ilə həll olunardı.

Məhz ABŞ-ın da iştirak etdiyi vasitəçilik cəhdlərinin nəticə verməməsi və Ermənistanın işğalçı siyasətinin qarşısının alınmaması Azərbaycanı öz torpaqlarını hərbi yolla azad etməyə sövq edib. Buna görə də, digər faktlarla yanaşı, ABŞ da keçmiş münaqişənin sülh yolu ilə həlli istiqamətində fəaliyyətsizliyinə görə məsuliyyət daşıyır. 
Sülhün və sabitliyin təmin edilməsi qarşısında əsas maneə olan təcavüzkar dövlət Ermənistanı regionumuzda cəsarətləndirmək siyasətinə son qoyulması vacibdir. 

Azərbaycanla təhdid dili ilə danışmaq qəbuledilməzdir. Azərbaycana qarşı hər hansı qeyri-dost hərəkət müsbət nəticə verməyəcək və bu cür hərəkətlərə adekvat cavab veriləcək". 

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Maya Sandudan MDB ilə bağlı fərman: Moldova rəsmən bu birlikdən çıxdı

Maya Sandudan MDB ilə bağlı fərman: Moldova rəsmən bu birlikdən çıxdı

AFFA bu klubları cərimələdi – SİYAHI

AFFA bu klubları cərimələdi – SİYAHI

Partiyalar maliyyə hesabatlarını MSK-ya təqdim etdi – SİYAHI

Partiyalar maliyyə hesabatlarını MSK-ya təqdim etdi – SİYAHI

Yağışlı yolda sürət həddini aşıb divara çırpıldı - FOTO-VİDEO

Yağışlı yolda sürət həddini aşıb divara çırpıldı - FOTO-VİDEO

Azərbaycanda uşaqlara ən çox qoyulan adlar açıqlandı - RƏSMİ

Azərbaycanda uşaqlara ən çox qoyulan adlar açıqlandı - RƏSMİ

Nura Suri həbs olunan məşhurların müdafiəsinə qalxdı

Nura Suri həbs olunan məşhurların müdafiəsinə qalxdı

Sabiq nazirin nəvəsi faciəvi şəkildə öldü

Sabiq nazirin nəvəsi faciəvi şəkildə öldü

Rusiya və Ukrayna arasında cəsədlərin mübadiləsi olacaq

Rusiya və Ukrayna arasında cəsədlərin mübadiləsi olacaq

Saatlarla gəzməyi dayandırın: Elm ömrü uzatmağın "qısa yolunu" açıqladı

Saatlarla gəzməyi dayandırın: Elm ömrü uzatmağın "qısa yolunu" açıqladı

Şeyxin işdən çıxarılan oğlunun yerinə bu şəxs təyin EDİLDİ - FOTO

Şeyxin işdən çıxarılan oğlunun yerinə bu şəxs təyin EDİLDİ - FOTO

Tabut başında biabırçılıq: Ölən kişinin dul arvadı ilə sevgilisi əlbəyaxa oldu – ANBAAN VİDEO

Tabut başında biabırçılıq: Ölən kişinin dul arvadı ilə sevgilisi əlbəyaxa oldu – ANBAAN VİDEO

Bakıda motosiklet sürücülərinin törətdiyi ağır qəzalar – ANBAAN VİDEO

Bakıda motosiklet sürücülərinin törətdiyi ağır qəzalar – ANBAAN VİDEO

Uzanan münaqişələr, nəticəsiz SAVAŞLAR... – Azərbaycan nümunəsinin UNİKALLIĞI

Uzanan münaqişələr, nəticəsiz SAVAŞLAR... – Azərbaycan nümunəsinin UNİKALLIĞI

Avtomobil yağları kəskin BAHALAŞDI

Avtomobil yağları kəskin BAHALAŞDI

Yaşar Əməşov yüksək vəzifəyə TƏYİN OLUNDU

Yaşar Əməşov yüksək vəzifəyə TƏYİN OLUNDU

Pakistanlı nazir: İslam dünyasının iki düşməni var

Pakistanlı nazir: İslam dünyasının iki düşməni var

Azərbaycanda həyat yoldaşının soyadını götürən KİŞİLƏRİN sayı açıqlandı

Azərbaycanda həyat yoldaşının soyadını götürən KİŞİLƏRİN sayı açıqlandı

Şəhid atası vəfat etdi - FOTO

Şəhid atası vəfat etdi - FOTO

Yük avtomobili ödənişli yolda aşdı - FOTO

Yük avtomobili ödənişli yolda aşdı - FOTO

Cəlilabadda qadın "qazpulu"na görə anasının qulaqlarını cırdı

Cəlilabadda qadın "qazpulu"na görə anasının qulaqlarını cırdı

Seda Sayan: "Bu corabı mənə Beyons göndərib" - VİDEO

Seda Sayan: "Bu corabı mənə Beyons göndərib" - VİDEO

Şəxsiyyət vəsiqəsi və pasport almaq ONLAYN olacaq?

Şəxsiyyət vəsiqəsi və pasport almaq ONLAYN olacaq?

Kirayədə qalanların DİQQƏTİNƏ – Qeydiyyata düşməsəniz...

Kirayədə qalanların DİQQƏTİNƏ – Qeydiyyata düşməsəniz...

Paris Olimpiadasının yenilənmiş medalları idmançılarımıza TƏQDİM OLUNDU

Paris Olimpiadasının yenilənmiş medalları idmançılarımıza TƏQDİM OLUNDU

End of content

No more pages to load

RADİO