Milli Məclisdə Avropa Parlamentinin 3 deputatının Ermənistana səfəri pisləndi

Milli Məclisdə Avropa Parlamentinin 3 deputatının Ermənistana səfəri pisləndi
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsi Avropa Parlamentinin deputatları Nikolas Bay, Mariyon Marişal və Vinçenzo Sofonun riayət etməli olduqları bütün qayda və davranış normalarını pozaraq, özünü ləğv etmiş və Azərbaycanın Qarabağ regionundan qaçmış keçmiş separatçı rejimin nümayəndələri ilə birbaşa əlaqə yaratması ilə bağlı təxribat xarakterli, qeyri-etik və faktiki olaraq qanunsuz, davamlı olaraq təkrarlanan hərəkətlərinə görə dərin narahatlığını və narazılığını ifadə edərək qəti şəkildə etirazını bildirir.

Bu hərəkətlər 30 il ərzində cinayətləri xarici havadarları tərəfindən ört-basdır edilən separatçılara açıq dəstək verməklə yanaşı, qondarma “demokratiya” carçılarının həqiqi niyyətlərinin bariz nümunəsidir.

Bizim.Media  xəbər verir ki, bu barədə Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin Avropa Parlamentindən olan bir sıra deputatın Ermənistana səfəri ilə bağlı bəyanatında bildirilib.

Bəyanatda, həmçinin deyilir:

“Təəssüf ki, öz ənənəvi siyasətlərini davam etdirən Avropa Parlamentinin nümayəndələri hələ 1988-ci ildə Ermənistanın azərbaycanlıları kütləvi şəkildə qovduğu zaman “Sovet Ermənistanında vəziyyət” adlı qətnamə qəbul edərək, Ermənistanın ərazi iddialarına dəstək ifadə etmiş və bu ölkədə yaşayan azərbaycanlıların hüquqlarının pozulmasına göz yumub.

Ümumbəşəri insan haqlarını, qanunun aliliyini və demokratiya dəyərlərini pərdələməyə çalışan fransız deputatlar başda olmaqla, Avropa Parlamentinin nümayəndələri Cənubi Qafqaz bölgəsinin daxili işlərinə kobud şəkildə müdaxilə edir, həmçinin regiona xaos və qeyri-sabitlik gətirməyə çalışırlar.

Özünü ləğv etmiş rejimin keçmiş “lideri” ilə görüşən Avropa Parlamentinin bir sıra üzvləri daha əvvəl qeyd edilən məqsədi güdərək, “xristian dəyərlərini” qorumaq pərdəsi arxasında nə dərəcədə riyakar olduqlarını bir daha beynəlxalq ictimaiyyətə nümayiş etdiriblər.

Baş verən hadisələr, bu qurumun parlamentarilərinin islamofobiya, Azərbaycana, Türkiyəyə, ümumiyyətlə, dünyadakı insanlığa qarşı nifrət və xristianlığın üstünlüyünü aşkar şəkildə nümayiş etdirmələri Avropa Parlamentinin hansı səviyyədə olmasının birbaşa göstəricisidir.

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsi təəssüf hissi ilə bildirir ki, avropalı parlamentarilərin artıq tendensiyaya çevrilən bu cür davranışları nəinki qəbuledilməzdir, həm də Azərbaycanla Ermənistan arasında gedən sülh prosesini ilk mərhələdəcə məhv etməyə yönəlmişdir.

Həmin dağıdıcı qüvvələr öz mənfəətlərini güdərək, regionumuzu yenidən müharibə və xaos vəziyyətinə sürükləmək istəyirlər.

Biz Avropa Parlamentinin rəhbərliyindən təkcə regionda bu təxribatçı fəaliyyətə müvafiq qiymət verməyə deyil, həm də humanitar məsələlərdən siyasi və təxribatçı məqsədlər üçün istifadənin dayandırılmasını, həmçinin Cənubi Qafqaz bölgəsinin daxili işlərinə qarışmamağı və bununla da sülh prosesinə zərər verməməyi tələb edirik”.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Son xəbərlər bildirişlə telefonunuzda.
YükləApp Store YükləGoogle Play

SON XƏBƏRLƏR

Bakının bu ərazilərində qaz olmayacaq

Bakının bu ərazilərində qaz olmayacaq

Mehriban Əliyevadan Türkiyənin Cümhuriyyət Bayramı münasibətilə paylaşım – FOTO

Mehriban Əliyevadan Türkiyənin Cümhuriyyət Bayramı münasibətilə paylaşım – FOTO

Abşeronda kişi borc aldığı arvadını bıçaqladı

Abşeronda kişi borc aldığı arvadını bıçaqladı

18-ci mərtəbədən yıxılsa da, SAĞ QALDI

18-ci mərtəbədən yıxılsa da, SAĞ QALDI

“ChatGPT” tibbi tövsiyə verdi, qadın vəfat etdi - Şirkət məhkəməyə VERİLDİ

“ChatGPT” tibbi tövsiyə verdi, qadın vəfat etdi - Şirkət məhkəməyə VERİLDİ

Pensiyalar nə qədər artırılacaq?

Pensiyalar nə qədər artırılacaq?

Dünyaya ata olmaq üçün gələn 3 bürc

Dünyaya ata olmaq üçün gələn 3 bürc

Kredit verilməsi ilə bağlı tələblər dəyişir: Nələri bilmək lazımdır? – Video

Kredit verilməsi ilə bağlı tələblər dəyişir: Nələri bilmək lazımdır? – Video

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” - Onlar da əhaliyə xəbərdarlıq etdi

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” - Onlar da əhaliyə xəbərdarlıq etdi

Tramp Hörmüz boğazına da öz adını verir

Tramp Hörmüz boğazına da öz adını verir

ABŞ-da nüvə kompleksində YANĞIN – İkinci “Çernobıl” faciəsi baş verəcək?

ABŞ-da nüvə kompleksində YANĞIN – İkinci “Çernobıl” faciəsi baş verəcək?

Cərrah xəstəni özündən 55 kilometr məsafədə əməliyyat etdi

Cərrah xəstəni özündən 55 kilometr məsafədə əməliyyat etdi

Yağıntılı hava davam edəcək?

Yağıntılı hava davam edəcək?

Hansı mallar satışdan geri çağırılıb, məhv ediləcək? – Yeni qanunun DETALLARI

Hansı mallar satışdan geri çağırılıb, məhv ediləcək? – Yeni qanunun DETALLARI

Seçkidə məğlub olsa da, özünü prezident ELAN ETDİ

Seçkidə məğlub olsa da, özünü prezident ELAN ETDİ

Bakıda körpəsini qonşuya əmanət edən ana evə qayıdanda meyitini tapdı - Təfərrüat

Bakıda körpəsini qonşuya əmanət edən ana evə qayıdanda meyitini tapdı - Təfərrüat

Vətən müharibəsi XRONİKASI: 29 oktyabr – VİDEO

Vətən müharibəsi XRONİKASI: 29 oktyabr – VİDEO

Baş məşqçi huşunu itirdi, həkimlər diaqnoz qoya bilmədi

Baş məşqçi huşunu itirdi, həkimlər diaqnoz qoya bilmədi

Oktyabrın sonu beş bürc üçün ÇOX MARAQLI olacaq

Oktyabrın sonu beş bürc üçün ÇOX MARAQLI olacaq

Baş katib: “Azərbaycanın sədrliyi ilə İƏT-in fəaliyyətinin daha da güclənəcəyinə inanıram”

Baş katib: “Azərbaycanın sədrliyi ilə İƏT-in fəaliyyətinin daha da güclənəcəyinə inanıram”

Yamalın atası yenə insident TÖRƏTDİ

Yamalın atası yenə insident TÖRƏTDİ

Rusiya 4 aydan sonra ilk dəfə Azov dənizindən taxıl gəmilərinin çıxışına İCAZƏ VERDİ

Rusiya 4 aydan sonra ilk dəfə Azov dənizindən taxıl gəmilərinin çıxışına İCAZƏ VERDİ

Kəlbəcərdə ər-arvad qəzaya düşdü - Ölən var

Kəlbəcərdə ər-arvad qəzaya düşdü - Ölən var

Dəriniz quruyur və görməniz zəifləyirsə BU VİTAMİN çatışmazlığınız var

Dəriniz quruyur və görməniz zəifləyirsə BU VİTAMİN çatışmazlığınız var

End of content

No more pages to load

RADİO