Prezident Pakistan Quru Qoşunları komandanını QƏBUL ETDİ - VİDEO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 1-də Pakistan Silahlı Qüvvələrinin Quru Qoşunları komandanı Asim Muniri qəbul edib. 

Bizim.Media xəbər verir ki, dövlət başçısı ölkələrimiz arasında dostluq və qardaşlıq münasibətlərinin müxtəlif istiqamətlərdə, o cümlədən hərbi sahədə uğurla inkişaf etdiyini bildirib. 

Prezident İlham Əliyev Ermənistanın Azərbaycana təcavüzü dövründə Pakistan hökumətinin və xalqının ölkəmizə göstərdiyi davamlı dəstəyi yüksək qiymətləndirib. Dövlət başçısı Pakistanın Ermənistanın təcavüzünə görə bu ölkə ilə diplomatik əlaqələr qurmamasını Azərbaycana göstərilən qardaşlıq münasibətinin nümayişi kimi dəyərləndirib. 
Prezident İlham Əliyev İkinci Qarabağ müharibəsi dövründə də Pakistanın Azərbaycana göstərdiyi siyasi dəstəyə görə minnətdarlığını ifadə edib. 

Dövlət başçısı torpaqlarımızın işğaldan azad olunması kimi tarixi missiyanı başa çatdırdığımızı, suverenliyimizin tam bərpa olunduğunu, işğaldan azad edilmiş ərazilərimizdə genişmiqyaslı yenidənqurma işlərinə başlanıldığını məmnunluqla bildirib. 

Prezident İlham Əliyev Azərbaycan ilə Pakistan arasında hərbi sənaye sahəsində uğurlu əməkdaşlığın olduğunu deyərək, ölkələrimizin birgə hərbi təlim keçirməsinin önəminə toxunub. 

Dövlət başçısı beynəlxalq səviyyədə ölkələrimizin suverenliyi və ərazi bütövlüyü məsələsinə toxunaraq, Azərbaycanın qardaş Pakistanı Cəmmu və Kəşmir məsələsində hər zaman dəstəklədiyini bir daha qeyd edib. 

Prezident İlham Əliyev Asim Munirin səfərinin əməkdaşlığımızın möhkəmlənməsi işinə xidmət edəcəyinə əminliyini bildirib. 

Asim Munir İkinci Qarabağ müharibəsində əldə olunan Qələbə və bu ilin sentyabrında həyata keçirilən antiterror tədbirlərində Azərbaycanın qazandığı uğurlar münasibətilə təbriklərini çatdırıb, bunun Pakistanda böyük sevinclə qarşılandığını qeyd edib.

Qonaq Pakistanın Azərbaycan xalqı ilə qardaşlıq əlaqələri nümayiş etdirərək, Ermənistanı bu günə kimi tanımadığını bir daha vurğulayıb. 

Asim Munir Cəmmu və Kəşmir məsələsində ölkəmizin dəstəyinə görə minnətdarlığını bildirib. 
 

Bizim.Media
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Maya Sandudan MDB ilə bağlı fərman: Moldova rəsmən bu birlikdən çıxdı

Maya Sandudan MDB ilə bağlı fərman: Moldova rəsmən bu birlikdən çıxdı

AFFA bu klubları cərimələdi – SİYAHI

AFFA bu klubları cərimələdi – SİYAHI

Partiyalar maliyyə hesabatlarını MSK-ya təqdim etdi – SİYAHI

Partiyalar maliyyə hesabatlarını MSK-ya təqdim etdi – SİYAHI

Yağışlı yolda sürət həddini aşıb divara çırpıldı - FOTO-VİDEO

Yağışlı yolda sürət həddini aşıb divara çırpıldı - FOTO-VİDEO

Azərbaycanda uşaqlara ən çox qoyulan adlar açıqlandı - RƏSMİ

Azərbaycanda uşaqlara ən çox qoyulan adlar açıqlandı - RƏSMİ

Nura Suri həbs olunan məşhurların müdafiəsinə qalxdı

Nura Suri həbs olunan məşhurların müdafiəsinə qalxdı

Sabiq nazirin nəvəsi faciəvi şəkildə öldü

Sabiq nazirin nəvəsi faciəvi şəkildə öldü

Rusiya və Ukrayna arasında cəsədlərin mübadiləsi olacaq

Rusiya və Ukrayna arasında cəsədlərin mübadiləsi olacaq

Saatlarla gəzməyi dayandırın: Elm ömrü uzatmağın "qısa yolunu" açıqladı

Saatlarla gəzməyi dayandırın: Elm ömrü uzatmağın "qısa yolunu" açıqladı

Şeyxin işdən çıxarılan oğlunun yerinə bu şəxs təyin EDİLDİ - FOTO

Şeyxin işdən çıxarılan oğlunun yerinə bu şəxs təyin EDİLDİ - FOTO

Tabut başında biabırçılıq: Ölən kişinin dul arvadı ilə sevgilisi əlbəyaxa oldu – ANBAAN VİDEO

Tabut başında biabırçılıq: Ölən kişinin dul arvadı ilə sevgilisi əlbəyaxa oldu – ANBAAN VİDEO

Bakıda motosiklet sürücülərinin törətdiyi ağır qəzalar – ANBAAN VİDEO

Bakıda motosiklet sürücülərinin törətdiyi ağır qəzalar – ANBAAN VİDEO

Uzanan münaqişələr, nəticəsiz SAVAŞLAR... – Azərbaycan nümunəsinin UNİKALLIĞI

Uzanan münaqişələr, nəticəsiz SAVAŞLAR... – Azərbaycan nümunəsinin UNİKALLIĞI

Avtomobil yağları kəskin BAHALAŞDI

Avtomobil yağları kəskin BAHALAŞDI

Yaşar Əməşov yüksək vəzifəyə TƏYİN OLUNDU

Yaşar Əməşov yüksək vəzifəyə TƏYİN OLUNDU

Pakistanlı nazir: İslam dünyasının iki düşməni var

Pakistanlı nazir: İslam dünyasının iki düşməni var

Azərbaycanda həyat yoldaşının soyadını götürən KİŞİLƏRİN sayı açıqlandı

Azərbaycanda həyat yoldaşının soyadını götürən KİŞİLƏRİN sayı açıqlandı

Şəhid atası vəfat etdi - FOTO

Şəhid atası vəfat etdi - FOTO

Yük avtomobili ödənişli yolda aşdı - FOTO

Yük avtomobili ödənişli yolda aşdı - FOTO

Cəlilabadda qadın "qazpulu"na görə anasının qulaqlarını cırdı

Cəlilabadda qadın "qazpulu"na görə anasının qulaqlarını cırdı

Seda Sayan: "Bu corabı mənə Beyons göndərib" - VİDEO

Seda Sayan: "Bu corabı mənə Beyons göndərib" - VİDEO

Şəxsiyyət vəsiqəsi və pasport almaq ONLAYN olacaq?

Şəxsiyyət vəsiqəsi və pasport almaq ONLAYN olacaq?

Kirayədə qalanların DİQQƏTİNƏ – Qeydiyyata düşməsəniz...

Kirayədə qalanların DİQQƏTİNƏ – Qeydiyyata düşməsəniz...

Paris Olimpiadasının yenilənmiş medalları idmançılarımıza TƏQDİM OLUNDU

Paris Olimpiadasının yenilənmiş medalları idmançılarımıza TƏQDİM OLUNDU

End of content

No more pages to load

RADİO