Azərbaycan-Böyük Britaniya Hökumətlərarası Komissiyanın 6-cı iclası Bakıda keçiriləcək

Azərbaycan Respublikası Hökuməti ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Hökuməti arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın həmsədrləri, energetika naziri Pərviz Şahbazov və Böyük Britaniyanın Dövlət Katibinin Parlament üzrə müavini, Biznes və Ticarət Departamentində ixracat naziri Malkolm Offordın iştirakı ilə onlayn görüş keçirilib.

Nazirlikdən Bizim.Media-ya bildirilib ki, görüşdə Birgə Hökumətlərarası Komissiyanın fəaliyyəti, o cümlədən 2023-cü ilin dekabrında Bakıda keçirilməsi planlaşdırılan növbəti iclası və ikitərəfli enerji əməkdaşlığı ilə bağlı məsələlər müzakirə edilib.

Hökumətlərarası Komissiyanın Bakıda keçiriləcək 6-cı iclasının qarşılıqlı faydalı əməkdaşlığın inkişafına töhfə verəcəyi bildirilib. Həmçinin iki ölkə arasında “Tərəfdaşlıq və Əməkdaşlıq Sazişi” layihəsinin tezliklə yekunlaşdırılmasının vacibliyi qeyd edilib. 
Söhbət zamanı bərpaolunan enerji sahəsinin inkişafı və enerji keçidi üzrə Azərbaycanın siyasəti ilə bağlı da fikir mübadiləsi aparılıb. Təbii qazın enerji keçidini dəstəkləyən rolu vurğulanıb və ölkəmizin həm təbii qaz sektorunun, həm də bərpaolunan enerjinin inkişafına diqqət yönəltdiyi qeyd olunub.

Bildirilib ki, hazırda həyata keçirilən “yaşıl enerji” layihələri 2030-cu ilədək elektrik enerjisinin istehsal gücündə bərpaolunan enerjinin payının əhəmiyyətli dərəcədə artmasını təmin edəcək. Azərbaycanın neft-qaz layihələrində əsas tərəfdaşı olan bp şirkəti ilə azad edilmiş ərazilərdə “Şəfəq” günəş elektrik stansiyası layihəsi üzrə əməkdaşlıqdan da bəhs edilib və bu layihənin “Səngəçal” terminalının karbonsuzlaşdırılmasında mühüm rol oynayacağı diqqətə çatdırılıb. 
Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər barədə də müzakirələr aparılıb. 

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Aytən Səfərova futbol ulduzlarının VİDEOSUNU təkrarladı

Aytən Səfərova futbol ulduzlarının VİDEOSUNU təkrarladı

ADNSU “QS China Summit 2026”da uğurla iştirak edir – FOTO

ADNSU “QS China Summit 2026”da uğurla iştirak edir – FOTO

Paşinyandan müxalifətə sərt CAVAB: “Bəyanatlarınız müharibəyə gətirib çıxaracaq”

Paşinyandan müxalifətə sərt CAVAB: “Bəyanatlarınız müharibəyə gətirib çıxaracaq”

Siyəzəndə qazın verilməsi dayandırlacaq

Siyəzəndə qazın verilməsi dayandırlacaq

“Ozon” aptek müştərilərə niyə ƏDV çekini VERMİR? – FOTOFAKT

“Ozon” aptek müştərilərə niyə ƏDV çekini VERMİR? – FOTOFAKT

Tahir Gözel “Azərsun Holdinq”in yeni rəhbəri oldu

Tahir Gözel “Azərsun Holdinq”in yeni rəhbəri oldu

Paşinyan: “Ermənistan hakimiyyəti Rusiyanın iradəsinə zidd heç nə etmir”

Paşinyan: “Ermənistan hakimiyyəti Rusiyanın iradəsinə zidd heç nə etmir”

“Üç dövlət olaraq öz taleyimizi özümüz müəyyən etməliyik” - Şamil Ayrım

“Üç dövlət olaraq öz taleyimizi özümüz müəyyən etməliyik” - Şamil Ayrım

Bakıda kafe KÜLƏ DÖNDÜ - VİDEO

Bakıda kafe KÜLƏ DÖNDÜ - VİDEO

“Financial Times” sirləri açdı: İranla atəşkəs ideyasını şəxsən Tramp özü irəli sürüb

“Financial Times” sirləri açdı: İranla atəşkəs ideyasını şəxsən Tramp özü irəli sürüb

“Sumqayıt”ın baş məşqçisi futbolçularla əlbəyaxa dava edib? – KLUBDAN AÇIQLAMA

“Sumqayıt”ın baş məşqçisi futbolçularla əlbəyaxa dava edib? – KLUBDAN AÇIQLAMA

Türkiyəli məşhur müğənni saxlanılıb

Türkiyəli məşhur müğənni saxlanılıb

“Bölgəmizdə müharibənin ən qısa zamanda bitməsini arzu edirəm” – Ziya Öztürklər

“Bölgəmizdə müharibənin ən qısa zamanda bitməsini arzu edirəm” – Ziya Öztürklər

İcra məmurları ilə bağlı yeni qaydalar...

İcra məmurları ilə bağlı yeni qaydalar...

Bu ərazilərdən yağış suları çəkildi - VİDEO

Bu ərazilərdən yağış suları çəkildi - VİDEO

Sumqayıtda qazdan zəhərlənən uşaqlar ailədən alındı - RƏSMİ

Sumqayıtda qazdan zəhərlənən uşaqlar ailədən alındı - RƏSMİ

Xınalıq yolunda SÜRÜŞMƏ – Sürücü son anda XİLAS oldu – VİDEO

Xınalıq yolunda SÜRÜŞMƏ – Sürücü son anda XİLAS oldu – VİDEO

AFFA Ehtiram Quliyevin açıqlamasına görə “Turan Tovuz”u CƏRİMƏLƏDİ

AFFA Ehtiram Quliyevin açıqlamasına görə “Turan Tovuz”u CƏRİMƏLƏDİ

Yüksək vəzifəyə təyin olunan Yaşar Əməşov kimdir? - DOSYE

Yüksək vəzifəyə təyin olunan Yaşar Əməşov kimdir? - DOSYE

Cəlilabadda 58 yaşlı kişini əmisioğlu BIÇAQLADI

Cəlilabadda 58 yaşlı kişini əmisioğlu BIÇAQLADI

Rusiya 1000 əsgərin cəsədini Ukraynaya təhvil verdi

Rusiya 1000 əsgərin cəsədini Ukraynaya təhvil verdi

Tovuzda bir ailə üç uşağından imtina etdi

Tovuzda bir ailə üç uşağından imtina etdi

Avropa çempionu Aida Kərimovaya pul mükafatı təqdim olundu – FOTO

Avropa çempionu Aida Kərimovaya pul mükafatı təqdim olundu – FOTO

Azyaşlı qızına avtomobili idarə etməyə verən ata cəzalandırıldı - VİDEO

Azyaşlı qızına avtomobili idarə etməyə verən ata cəzalandırıldı - VİDEO

End of content

No more pages to load

RADİO