“Paşinyan Azərbaycanla sülh müqaviləsi imzalamaq istəyir” - Metyu Brayza

“Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycanla sülh müqaviləsi imzalamaq istəyir”.

Bizim.Media xəbər verir ki, bunu “Report”a açıqlamasında Ceymstaun Fondunun İdarə Heyətinin üzvü, ABŞ-nin Azərbaycandakı keçmiş səfiri, beynəlxalq ekspert Metyu Brayza deyib.

Onun sözlərinə görə, Ermənistanın baş naziri Nikol Paşinyan başa düşür ki, ölkəsinin firavan gələcəyi ondan Azərbaycan və Türkiyə ilə münasibətləri normallaşdırmağı, o cümlədən nəqliyyat əlaqələrini bərpa etməyi tələb edir: 

“Bu, yeni ticarət və investisiyalara, iş yerlərinin açılmasına, iqtisadi artıma, çiçəklənməyə və Ermənistanın özü üçün siyasi sabitliyə gətirib çıxaracaq. Son illər Paşinyan açıq şəkildə bəyan edib ki, o, Azərbaycanla sülh istəyir. O, doğrudan da, Azərbaycanla sülh müqaviləsi bağlamaq istəyir. Lakin ona indiyədək Qarabağdakı keçmiş radikal millətçi rejim və qeyri-qanuni hərbi birləşmələr mane olurdu. İkinci Qarabağ müharibəsindən üç il sonra həmin ekstremist millətçi rejim və Ermənistanın qeyri-qanuni hərbi birləşmələri Qarabağdan çıxarıldı, yəni sülh müqaviləsinin qarşısında duran son maneələr aradan qaldırıldı”.

Ekspert hesab edir ki, Nikol Paşinyan sülh müqaviləsi üzrə danışıqları intensivləşdirəcək və Ermənistanı iqtisadi tərəfdaş kimi Azərbaycan və Türkiyə ilə əməkdaşlıq içərisində firavan gələcəyə aparacaq:

“Bunu gözləyirəm. Ancaq sözügedən proses hələ bir az vaxt aparacaq, çünki Azərbaycan və Türkiyə ilə davam edən gərginlikdən qazanc və mənfəət əldə edən kifayət qədər erməni siyasətçilər var. Amma fikrimcə, Ermənistanda sülhsevər siyasi qüvvələr getdikcə güclənir”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Aytən Səfərova futbol ulduzlarının VİDEOSUNU təkrarladı

Aytən Səfərova futbol ulduzlarının VİDEOSUNU təkrarladı

ADNSU “QS China Summit 2026”da uğurla iştirak edir – FOTO

ADNSU “QS China Summit 2026”da uğurla iştirak edir – FOTO

Paşinyandan müxalifətə sərt CAVAB: “Bəyanatlarınız müharibəyə gətirib çıxaracaq”

Paşinyandan müxalifətə sərt CAVAB: “Bəyanatlarınız müharibəyə gətirib çıxaracaq”

Siyəzəndə qazın verilməsi dayandırlacaq

Siyəzəndə qazın verilməsi dayandırlacaq

“Ozon” aptek müştərilərə niyə ƏDV çekini VERMİR? – FOTOFAKT

“Ozon” aptek müştərilərə niyə ƏDV çekini VERMİR? – FOTOFAKT

Tahir Gözel “Azərsun Holdinq”in yeni rəhbəri oldu

Tahir Gözel “Azərsun Holdinq”in yeni rəhbəri oldu

Paşinyan: “Ermənistan hakimiyyəti Rusiyanın iradəsinə zidd heç nə etmir”

Paşinyan: “Ermənistan hakimiyyəti Rusiyanın iradəsinə zidd heç nə etmir”

“Üç dövlət olaraq öz taleyimizi özümüz müəyyən etməliyik” - Şamil Ayrım

“Üç dövlət olaraq öz taleyimizi özümüz müəyyən etməliyik” - Şamil Ayrım

Bakıda kafe KÜLƏ DÖNDÜ - VİDEO

Bakıda kafe KÜLƏ DÖNDÜ - VİDEO

“Financial Times” sirləri açdı: İranla atəşkəs ideyasını şəxsən Tramp özü irəli sürüb

“Financial Times” sirləri açdı: İranla atəşkəs ideyasını şəxsən Tramp özü irəli sürüb

“Sumqayıt”ın baş məşqçisi futbolçularla əlbəyaxa dava edib? – KLUBDAN AÇIQLAMA

“Sumqayıt”ın baş məşqçisi futbolçularla əlbəyaxa dava edib? – KLUBDAN AÇIQLAMA

Türkiyəli məşhur müğənni saxlanılıb

Türkiyəli məşhur müğənni saxlanılıb

“Bölgəmizdə müharibənin ən qısa zamanda bitməsini arzu edirəm” – Ziya Öztürklər

“Bölgəmizdə müharibənin ən qısa zamanda bitməsini arzu edirəm” – Ziya Öztürklər

İcra məmurları ilə bağlı yeni qaydalar...

İcra məmurları ilə bağlı yeni qaydalar...

Bu ərazilərdən yağış suları çəkildi - VİDEO

Bu ərazilərdən yağış suları çəkildi - VİDEO

Sumqayıtda qazdan zəhərlənən uşaqlar ailədən alındı - RƏSMİ

Sumqayıtda qazdan zəhərlənən uşaqlar ailədən alındı - RƏSMİ

Xınalıq yolunda SÜRÜŞMƏ – Sürücü son anda XİLAS oldu – VİDEO

Xınalıq yolunda SÜRÜŞMƏ – Sürücü son anda XİLAS oldu – VİDEO

AFFA Ehtiram Quliyevin açıqlamasına görə “Turan Tovuz”u CƏRİMƏLƏDİ

AFFA Ehtiram Quliyevin açıqlamasına görə “Turan Tovuz”u CƏRİMƏLƏDİ

Yüksək vəzifəyə təyin olunan Yaşar Əməşov kimdir? - DOSYE

Yüksək vəzifəyə təyin olunan Yaşar Əməşov kimdir? - DOSYE

Cəlilabadda 58 yaşlı kişini əmisioğlu BIÇAQLADI

Cəlilabadda 58 yaşlı kişini əmisioğlu BIÇAQLADI

Rusiya 1000 əsgərin cəsədini Ukraynaya təhvil verdi

Rusiya 1000 əsgərin cəsədini Ukraynaya təhvil verdi

Tovuzda bir ailə üç uşağından imtina etdi

Tovuzda bir ailə üç uşağından imtina etdi

Avropa çempionu Aida Kərimovaya pul mükafatı təqdim olundu – FOTO

Avropa çempionu Aida Kərimovaya pul mükafatı təqdim olundu – FOTO

Azyaşlı qızına avtomobili idarə etməyə verən ata cəzalandırıldı - VİDEO

Azyaşlı qızına avtomobili idarə etməyə verən ata cəzalandırıldı - VİDEO

End of content

No more pages to load

RADİO