Moskva göz yaşlarına İNANMIR – Ermənistanın xəyanətinin CƏZASI NƏ OLACAQ?

Ermənistanla Rusiya arasındakı söz savaşı artıq diplomatik müstəviyə keçir. Həm Ermənistanın, həm də Rusiyanın rəsmi şəxsləri qarşılıqlı ittihamlar səsləndirirlər. Bu isə o deməkdir ki, münasibətlər “soyuq müharibə” həddinə çatıb. Bu “müharibədə” gələcək qalib bəllidir. Ona görə də bu barədə danışmayacağıq. Lakin tərəflər arasındakı söz savaşında bizim üçün maraqlı olan səslənən bəzi fikirlərdir. 

Bax, bundan danışmaq istəyirik.

Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova ötən gün keçirdiyi brifinqdə Ermənistan Baş naziri Nikol Paşinyanın “WSJ”yə müsahibəsində Rusiya əleyhinə səsləndirdiyi fikirlərə münasibət bildirərkən bir neçə maraqlı faktı etiraf edib. 

Məsələn Mariya Zaxarova xatırladıb ki, Rusiya olmasaydı, 2020-ci ilin payızında regionda vəziyyət İrəvan üçün daha dramatik ssenari üzrə bitərdi. Məlum olduğu kimi 2020-ci ilin noyabr ayının 8-də Azərbaycan Silahlı Qüvvələri azərbaycanlıların Qüdsü sayılan Şuşanı erməni işğalından azad etdi. 

Şuşanın yenidən Azərbaycanın nəzarətinə keçməsinin mənəvi-siyasi əhəmiyyəti ilə yanaşı həm də böyük hərbi əhəmiyyəti vardı. Çünki Şuşadan terrorçu oylağı hesab edilən Xankəndi ovuc içi kimi görünürdü. Üstəlik, Xankəndi ilə Ermənistanı birləşdirən avtomobil yolu da məhz Şuşadan keçir. Bu mənada Şuşa işğaldan azad olunduqdan sonra Xankəndi və digər ərazilərin Azərbaycanın nəzarətinə keçməsi artıq an məsələsi idi. 

Lakin noyabrın 9-da Rusiyanın vasitəçiliyi ilə üçtərəfli bəyanat imzalandı.

Doğrudur, 10 noyabr razılaşması Azərbaycanın milli və dövlət maraqlarına tam cavab verirdi. Lakin,10 noyabr razılaşmasının bir neçə bəndi bu və ya digər səbəblərdən 3 il icra olunmadı.

Nəticədə Azərbaycan ötən ay Qarabağda öz suveren hüquqlarını bərpa etdi. Amma bütün hallarda Rusiya Cənubi Qafqaz siyasətində hər zaman Ermənistana “stavka” edib. Məhz Rusiyanın köməyi sayəsində 1990-cı illərdə Azərbaycanın 20 faiz torpaqları işğal olunub.

Ermənistan iqtisadiyyatı da Rusiyadan asılıdır

Son 30 ildə Ermənistanın dövlət büdcəsinə Moskva davamlı şəkildə maliyyə transferləri edib.

Hazırda Ermənistan iqtisadiyyatı birmənalı şəkildə Rusiyadan asılıdır. Təsadüfi deyil ki, bunu Mariya Zaxarova da qısaca xatırlatma ilə bildirib:

“Ermənistan iqtisadiyyatının sürətli artımı, 2022-ci ildə 12,6 faiz artım olub, əhalinin rifah halının yüksəlməsi Rusiya ilə sıx ticarət iqtisadi əlaqələr, ölkənin Avrasiya İqtisadi İttifaqına üzvlüyü sayəsində mümkün olub. Ermənistan Aİ ölkələrinə ixracının həcmi 2022-ci ildə 1,6 milyard dollar artıb, hansı ki, bu 2021-ci illin göstəricisindən üç dəfə çoxdur. 

Rusiya Ermənistan iqtisadiyyatının əsas investorudur. Rusiya demək olar ki, ölkədə xarici sərmayənin yarısını təmsil edir. Ermənistanda 4,5 mindən çox Rusiya kapitallı şirkət fəaliyyət göstərir və bunlar respublikanın ən böyük vergiödəyicilərinin və işəgötürənlərinin sırasına daxildir”. 

Mariya Zaxarova Ermənistandakı Rusiya hərbi bazasının ölkə üçün effektivliyindən də danışıb:

“Ermənistandakı Rusiya hərbi bazası erməni həmkarları ilə döyüş hazırlığının yüksəldilməsi üçün müntəzəm təlim tədbirləri həyata keçirir”. 

Rusiya XİN-nin sözçüsünün bu fikirləri ermənilərə xatırlatmadan daha çox, xəbərdarlıq mahiyyəti daşıyır. 

Bəs, bundan sonra necə olacaq?

Hadisələrin inkişafı onu göstərir ki, Rusiyanın Ermənistan üzərindən əlini çəkməsi an məsələsidir. Bu isə Ermənistanın sonu deməkdir.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Aytən Səfərova futbol ulduzlarının VİDEOSUNU təkrarladı

Aytən Səfərova futbol ulduzlarının VİDEOSUNU təkrarladı

ADNSU “QS China Summit 2026”da uğurla iştirak edir – FOTO

ADNSU “QS China Summit 2026”da uğurla iştirak edir – FOTO

Paşinyandan müxalifətə sərt CAVAB: “Bəyanatlarınız müharibəyə gətirib çıxaracaq”

Paşinyandan müxalifətə sərt CAVAB: “Bəyanatlarınız müharibəyə gətirib çıxaracaq”

Siyəzəndə qazın verilməsi dayandırlacaq

Siyəzəndə qazın verilməsi dayandırlacaq

“Ozon” aptek müştərilərə niyə ƏDV çekini VERMİR? – FOTOFAKT

“Ozon” aptek müştərilərə niyə ƏDV çekini VERMİR? – FOTOFAKT

Tahir Gözel “Azərsun Holdinq”in yeni rəhbəri oldu

Tahir Gözel “Azərsun Holdinq”in yeni rəhbəri oldu

Paşinyan: “Ermənistan hakimiyyəti Rusiyanın iradəsinə zidd heç nə etmir”

Paşinyan: “Ermənistan hakimiyyəti Rusiyanın iradəsinə zidd heç nə etmir”

“Üç dövlət olaraq öz taleyimizi özümüz müəyyən etməliyik” - Şamil Ayrım

“Üç dövlət olaraq öz taleyimizi özümüz müəyyən etməliyik” - Şamil Ayrım

Bakıda kafe KÜLƏ DÖNDÜ - VİDEO

Bakıda kafe KÜLƏ DÖNDÜ - VİDEO

“Financial Times” sirləri açdı: İranla atəşkəs ideyasını şəxsən Tramp özü irəli sürüb

“Financial Times” sirləri açdı: İranla atəşkəs ideyasını şəxsən Tramp özü irəli sürüb

“Sumqayıt”ın baş məşqçisi futbolçularla əlbəyaxa dava edib? – KLUBDAN AÇIQLAMA

“Sumqayıt”ın baş məşqçisi futbolçularla əlbəyaxa dava edib? – KLUBDAN AÇIQLAMA

Türkiyəli məşhur müğənni saxlanılıb

Türkiyəli məşhur müğənni saxlanılıb

“Bölgəmizdə müharibənin ən qısa zamanda bitməsini arzu edirəm” – Ziya Öztürklər

“Bölgəmizdə müharibənin ən qısa zamanda bitməsini arzu edirəm” – Ziya Öztürklər

İcra məmurları ilə bağlı yeni qaydalar...

İcra məmurları ilə bağlı yeni qaydalar...

Bu ərazilərdən yağış suları çəkildi - VİDEO

Bu ərazilərdən yağış suları çəkildi - VİDEO

Sumqayıtda qazdan zəhərlənən uşaqlar ailədən alındı - RƏSMİ

Sumqayıtda qazdan zəhərlənən uşaqlar ailədən alındı - RƏSMİ

Xınalıq yolunda SÜRÜŞMƏ – Sürücü son anda XİLAS oldu – VİDEO

Xınalıq yolunda SÜRÜŞMƏ – Sürücü son anda XİLAS oldu – VİDEO

AFFA Ehtiram Quliyevin açıqlamasına görə “Turan Tovuz”u CƏRİMƏLƏDİ

AFFA Ehtiram Quliyevin açıqlamasına görə “Turan Tovuz”u CƏRİMƏLƏDİ

Yüksək vəzifəyə təyin olunan Yaşar Əməşov kimdir? - DOSYE

Yüksək vəzifəyə təyin olunan Yaşar Əməşov kimdir? - DOSYE

Cəlilabadda 58 yaşlı kişini əmisioğlu BIÇAQLADI

Cəlilabadda 58 yaşlı kişini əmisioğlu BIÇAQLADI

Rusiya 1000 əsgərin cəsədini Ukraynaya təhvil verdi

Rusiya 1000 əsgərin cəsədini Ukraynaya təhvil verdi

Tovuzda bir ailə üç uşağından imtina etdi

Tovuzda bir ailə üç uşağından imtina etdi

Avropa çempionu Aida Kərimovaya pul mükafatı təqdim olundu – FOTO

Avropa çempionu Aida Kərimovaya pul mükafatı təqdim olundu – FOTO

Azyaşlı qızına avtomobili idarə etməyə verən ata cəzalandırıldı - VİDEO

Azyaşlı qızına avtomobili idarə etməyə verən ata cəzalandırıldı - VİDEO

End of content

No more pages to load

RADİO