Prezidentdən Səhiyyə Nazirliyi ilə bağlı FƏRMAN

Prezidentdən Səhiyyə Nazirliyi ilə bağlı FƏRMAN
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Səhiyyə Nazirliyi haqqında Əsasnamədə dəyişiklik edilib. 

Bizim.Media xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Fərman imzalayıb. 

Fərmana əsasən, Səhiyyə Nazirliyinin saxlanması xərcləri və fəaliyyəti, habelə maddi-texniki təminatı Azərbaycan Respublikasının dövlət büdcəsi, büdcədənkənar vəsait və qanunda nəzərdə tutulmuş digər mənbələr hesabına maliyyələşdirilir.

Eyni zamanda nazirlik müvafiq sahədə dövlət tənzimləməsini həyata keçirir, tibbi xidmətlərin keyfiyyətinə nəzarəti təmin edir. 

- “Tibbi sığorta haqqında” qanuna uyğun olaraq xidmətlər zərfinə daxil olmayan və tabeliyində olan tibb müəssisələri tərəfindən əhaliyə ödənişli əsaslarla göstərilən tibbi xidmətlərin tariflərini, habelə sığortaolunan hesab edilməyən şəxslərə göstərilən tibbi xidmətlərin tariflərini təsdiq etmək; 

- Səhiyyə sahəsində dövlət proqramlarının, strategiyaların, milli fəaliyyət planlarının, konsepsiyaların hazırlanmasında iştirak etmək və fəaliyyət istiqamətlərinə uyğun olaraq, həmin sənədlərlə bağlı aidiyyəti üzrə tədbirlərin həyata keçirilməsini təmin etmək; 

- Təcili və təxirəsalınmaz tibbi yardımın göstərilməsi qaydasını və ixtisaslaşdırılmış tibbi yardımın növlərini, həcmini, keyfiyyət standartlarını və göstərilməsi qaydasını təsdiq etmək; 
- Səhiyyə sistemi infrastrukturunun təşkili ilə bağlı planlaşdırmanı və proqnozlaşdırmanı aidiyyəti qurumlarla birlikdə həyata keçirmək; 

- Tibbi xidmətlərin keyfiyyətinin yüksəldilməsi və səhiyyənin təşkili üçün mütərəqqi forma və metodların tətbiqi məqsədilə araşdırmalar aparmaq və sınaqlar keçirmək, səhiyyə sahəsində müxtəlif maliyyələşmə modellərinin effektivliyinin təhlilini həyata keçirmək; 

- Müvafiq sahədə əhalinin maarifləndirilməsi ilə bağlı tədbirlər görmək və bu tədbirlərin icrasının effektivliyinə nəzarəti təmin etmək;. 

5. 8.11-ci yarımbənddə “tədbirlərin hazırlanıb həyata keçirilməsini təmin” sözləri “tədbirləri hazırlamaq və həyata keçirilməsinə nəzarət” sözləri ilə əvəz edilsin. 

6. 8.13-cü yarımbəndə birinci halda “tibb” sözündən əvvəl “tibb müəssisələrini tibb təhsilli kadrlarla təmin etmək məqsədilə” sözləri əlavə edilsin və həmin yarımbənddən “, qurumlarını ixtisaslı kadrlarla təmin etmək” sözləri çıxarılsın. 7. 8.13-2-ci yarımbənddə “qanunvericiliyə uyğun olaraq həkimlərin və əczaçıların” sözləri “Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq, həkimlərin, əczaçıların və orta tibb və ya əczaçılıq təhsili olan şəxslərin (işçilərin)” sözləri ilə əvəz edilsin. 

8. Aşağıdakı məzmunda 8.13-4-cü və 8.13-5-ci yarımbəndlər əlavə edilsin: 

“8.13-4. Azərbaycan Respublikasının iştirakçısı olduğu beynəlxalq müqavilələrdə digər qaydalar nəzərdə tutulmadıqda, xarici ölkələrdə tibb və ya əczaçılıq təhsili almış şəxsləri, xarici ölkələrdə hazırlıq alan tibb və əczaçılıq işçilərinin Azərbaycan Respublikasında tibbi və əczaçılıq fəaliyyəti ilə məşğul olmağa buraxılması qaydasına uyğun olaraq, ölkə ərazisində tibb və əczaçılıq fəaliyyəti ilə məşğul olmağa buraxmaq; 

8.13-5. ali və orta ixtisas tibb təhsili müəssisələrinə müvafiq ixtisaslar üzrə qəbul barədə təkliflər vermək;”. 

9. 8.15-ci yarımbəndə “görmək” sözündən sonra “, o cümlədən tabeliyində olan tibb müəssisələrinin dayanıqlı inkişafı üçün təhlillər aparmaq və təkliflər hazırlamaq” sözləri əlavə edilsin. 

10. Aşağıdakı məzmunda 8.15-1-ci yarımbənd əlavə edilsin: 

“8.15-1. səhiyyə sistemində idarəetmənin təkmilləşdirilməsi, islahatlar aparılması, tibb müəssisələrinin maliyyələşməsi və xərclərinin idarə edilməsi məqsədilə mütərəqqi və effektiv beynəlxalq təcrübənin tətbiqi ilə bağlı aidiyyəti üzrə təkliflər vermək;”. 

11. 8.18-ci yarımbəndə “qurumlarında” sözündən əvvəl “Nazirliyin Aparatında,” sözləri əlavə edilsin. 

12. Aşağıdakı məzmunda 8.27-1-ci, 8.27-2-ci və 9.1-1-ci yarımbəndlər əlavə edilsin: 

“8.27-1. səhiyyə sahəsində rəqəmsallaşdırmanı aidiyyəti dövlət orqanları (qurumları) ilə qarşılıqlı əlaqədə tətbiq etmək; 

8.27-2. Azərbaycan Respublikasında tibb və əczaçılıq fəaliyyəti ilə məşğul olmaq hüququ olan şəxslərin dövlət reyestrini aparmaq;”; 

“9.1-1. tibbi sığorta ilə bağlı təkliflər vermək;”. 

13. 9.5-ci yarımbənddə “dövlət məhkəmə ekspertizası fəaliyyətini” sözləri “məhkəmə-tibbi ekspertizasını” sözləri ilə əvəz edilsin. 
14. 9.6-cı yarımbənddən “, müvafiq sahədə təşviqat və maarifləndirmə işlərini həyata keçirmək” sözləri çıxarılsın. 

15. 13-cü bəndin birinci abzasında “birinci müavini və dörd” sözləri “üç” sözü ilə əvəz edilsin. 

16. Aşağıdakı məzmunda 14.1-1-ci və 14.1-2-ci yarımbəndlər əlavə edilsin: 

“14.1-1. müavinləri arasında vəzifə bölgüsü aparır, onların, habelə Nazirliyin digər vəzifəli şəxslərinin səlahiyyətlərini müəyyənləşdirir və qarşılıqlı fəaliyyətini təmin edir; 

14.1-2. Nazirliyin Aparatının struktur bölmələrinin əsasnamələrinin, tabeliyindəki qurumların (nizamnamələrini Azərbaycan Respublikası Prezidentinin, Azərbaycan Respublikası Nazirlər Kabinetinin təsdiq etdikləri hüquqi şəxslər istisna olmaqla) nizamnamələrinin təsdiqi barədə, həmçinin bu Əsasnamənin 17-1-ci bəndində Nazirliyin Kollegiyasının səlahiyyətlərinə aid edilməmiş məsələlər barədə normativ hüquqi aktları qərarlar formasında qəbul edir;”. 

17. 14.2-ci yarımbənd aşağıdakı redaksiyada verilsin: 

“14.2. Azərbaycan Respublikası Prezidentinin müəyyən etdiyi hallarda Nazirliyin tabeliyindəki qurumların nizamnamələrini təsdiq olunmaq üçün təqdim edir;”. 

18. Aşağıdakı məzmunda 14.3-2-ci, 14.3-3-cü yarımbəndlər və 17-1-ci bənd əlavə edilsin: 

“14.3-2. Nazirliyin fəaliyyət istiqamətləri üzrə müvafiq il üçün dövlət büdcəsinin və büdcədənkənar fondların formalaşdırılması ilə bağlı təkliflər verir; 

14.3-3. Elmi-Tibbi Şuranın, Farmakoloji və Farmakopeya Ekspert Şurasının və Apellyasiya Şurasının sədrlərini, Şura sədrlərinin təqdimatı (təklifi) əsasında onların digər üzvlərini, o cümlədən Apellyasiya Şurası Katibliyinin rəhbərini və tərkibini təsdiq edir;”; 

“17-1. Nazirliyin Kollegiyası qərarlar formasında aşağıdakı normativ hüquqi aktları qəbul edir: 

17-1.1. Nazirliklə digər şəxslər (qurumlar) arasında münasibətləri tənzimləyən normativ hüquqi aktları; 

17-1.2. qəbul edilməsi Azərbaycan Respublikasının Prezidenti tərəfindən Nazirliyə tapşırılmış konkret normativ hüquqi aktları; 
17-1.3. bir neçə dövlət orqanının fəaliyyətini tənzimləyən vahid (birgə) normativ hüquqi aktları; 

17-1.4. qanunvericiliklə müəyyən edilmiş hallarda müvafiq dövlət orqanları (qurumları) ilə razılaşdırılmalı olan normativ hüquqi aktları; 

17-1.5. nazirin təşəbbüsü ilə Nazirliyin Kollegiyasının müzakirəsinə çıxarılan bu Əsasnamənin 14.1-2-ci yarımbəndində nəzərdə tutulmuş normativ hüquqi aktları; 

17-1.6. Nazirliyin Kollegiyasının qəbul etdiyi normativ hüquqi aktların ləğvi və ya onlarda dəyişiklik edilməsi barədə normativ hüquqi aktları.”. 

19. 19-cu bənd ləğv edilsin. 

20. 22-ci bəndin birinci cümləsində üçüncü halda “və” sözü vergül işarəsi ilə əvəz edilsin, həmin cümləyə “Şurası” sözündən sonra “və sahibkarlıq fəaliyyəti göstərən fiziki və hüquqi şəxslərin öz sahibkarlıq fəaliyyəti ilə bağlı Nazirliyin və ya onun tabeliyindəki qurumların qərarlarından, hərəkət və ya hərəkətsizliyindən (korrupsiya ilə əlaqədar hüquqpozmalar istisna olmaqla) təkrar şikayətlərinə, habelə dövlət qulluğuna qəbulla bağlı keçirilən müsahibənin nəticələrindən namizədlərin verdikləri şikayətlərə baxmaq məqsədilə Nazirlikdə ictimai (ödənişsiz) əsaslarla fəaliyyət göstərən və kollegial orqan olan Apellyasiya Şurası” sözləri əlavə edilsin.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Son xəbərlər bildirişlə telefonunuzda.
YükləApp Store YükləGoogle Play

SON XƏBƏRLƏR

“Bitcoin”in SON qiyməti

“Bitcoin”in SON qiyməti

Binalarda elektrik sobalarına keçid tələbi nədir? - Rəsmi

Binalarda elektrik sobalarına keçid tələbi nədir? - Rəsmi

Azərbaycan nefti BAHALAŞDI

Azərbaycan nefti BAHALAŞDI

Banan bahalaşır – Qiymətlər son 10 ilin rekordunu qıra bilər

Banan bahalaşır – Qiymətlər son 10 ilin rekordunu qıra bilər

Dünya çempionatı: Azərbaycanın daha 3 güləşçisi mübarizəyə başlayır

Dünya çempionatı: Azərbaycanın daha 3 güləşçisi mübarizəyə başlayır

Qızıl və gümüş ucuzlaşdı

Qızıl və gümüş ucuzlaşdı

“Lənkəranski” barədə xoşagəlməz ifadələr işlətdi – Oğurlanıb gəlin paltarı GEYİNDİRİLDİ

“Lənkəranski” barədə xoşagəlməz ifadələr işlətdi – Oğurlanıb gəlin paltarı GEYİNDİRİLDİ

Avro bahalaşdı – YENİ MƏZƏNNƏ

Avro bahalaşdı – YENİ MƏZƏNNƏ

Xocalıdan gətirdiyi tüfənglə anasını öldürdü - TƏFƏRRÜAT

Xocalıdan gətirdiyi tüfənglə anasını öldürdü - TƏFƏRRÜAT

Xankəndidə MDB-nin Antiinhisar Siyasəti üzrə Dövlətlərarası Şurasının 61-ci iclası keçirilir - FOTO

Xankəndidə MDB-nin Antiinhisar Siyasəti üzrə Dövlətlərarası Şurasının 61-ci iclası keçirilir - FOTO

Bakının bu ərazilərində qaz olmayacaq

Bakının bu ərazilərində qaz olmayacaq

Mehriban Əliyeva Türkiyənin Cümhuriyyət Bayramını təbrik etdi – FOTO

Mehriban Əliyeva Türkiyənin Cümhuriyyət Bayramını təbrik etdi – FOTO

Abşeronda kişi borc aldığı arvadını bıçaqladı

Abşeronda kişi borc aldığı arvadını bıçaqladı

18-ci mərtəbədən yıxılsa da, SAĞ QALDI

18-ci mərtəbədən yıxılsa da, SAĞ QALDI

“ChatGPT” tibbi tövsiyə verdi, qadın vəfat etdi - Şirkət məhkəməyə VERİLDİ

“ChatGPT” tibbi tövsiyə verdi, qadın vəfat etdi - Şirkət məhkəməyə VERİLDİ

Pensiyalar nə qədər artırılacaq?

Pensiyalar nə qədər artırılacaq?

Dünyaya ata olmaq üçün gələn 3 bürc

Dünyaya ata olmaq üçün gələn 3 bürc

Kredit verilməsi ilə bağlı tələblər dəyişir: Nələri bilmək lazımdır? – Video

Kredit verilməsi ilə bağlı tələblər dəyişir: Nələri bilmək lazımdır? – Video

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” - Onlar da əhaliyə xəbərdarlıq etdi

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” - Onlar da əhaliyə xəbərdarlıq etdi

Tramp Hörmüz boğazına da öz adını verir

Tramp Hörmüz boğazına da öz adını verir

ABŞ-da nüvə kompleksində YANĞIN – İkinci “Çernobıl” faciəsi baş verəcək?

ABŞ-da nüvə kompleksində YANĞIN – İkinci “Çernobıl” faciəsi baş verəcək?

Cərrah xəstəni özündən 55 kilometr məsafədə əməliyyat etdi

Cərrah xəstəni özündən 55 kilometr məsafədə əməliyyat etdi

Yağıntılı hava davam edəcək?

Yağıntılı hava davam edəcək?

Hansı mallar satışdan geri çağırılıb, məhv ediləcək? – Yeni qanunun DETALLARI

Hansı mallar satışdan geri çağırılıb, məhv ediləcək? – Yeni qanunun DETALLARI

End of content

No more pages to load

RADİO