"Orta dəhliz dünyanın ən təhlükəsiz dəhlizlərindən birinə çevrilə bilər" - Əli Əsədov 

"İpək Yolu Beynəlxalq Forumu regional və qlobal gündəlikdə duran məsələlərin müzakirəsi üçün özünü effektiv beynəlxalq platforma kimi təsdiqləyib". 

Bizim.Media xəbər verir ki, bunu Azərbaycanın Baş naziri Əli Əsədov oktyabrın 26-da Tbilisidə keçirilən 4-cü Beynəlxalq İpək Yolu Forumunda çıxışı zamanı bildirib. 

"Dünyada baş verən son dəyişikliklər fonunda iqtisadi əməkdaşlıq və nəqliyyat bağlantıları ilə bağlı yaranan çağırışları nəzərə alsaq, bugünkü forumun əhəmiyyəti özünü daha aydın şəkildə göstərir", - o vurğulayıb. 

Baş nazir söyləyib ki, Azərbaycan son 20 ildə bir sıra mühüm regional layihələrin təşəbbüskarı və iştirakçısı kimi çıxış edib: 

"Onların sırasında Bakı-Tbilisi-Ceyhan neft boru kəmərini, Cənub Qaz Dəhlizini, o cümlədən TANAP/TAP, Bakı-Tbilisi-Qars dəmir yolu xəttini, Bakı Beynəlxalq Dəniz Ticarət limanını qeyd etmək olar". 

"Azərbaycan hökumətinin nəqliyyat infrastrukturuna qoyduğu sərmayələr nəticəsində, minlərlə kilometr uzunluğunda avtomobil və dəmir yolları çəkilib, beynəlxalq hava limanları istifadəyə verilib, mülki dəniz və hava donanması genişləndirilib, Ələt Azad iqtisadi Zonası yaradılıb. Bütün bu təşəbbüslər ölkəmizə Orta Dəhliz ilə daşımalara artan tələbi qarşılamağa imkan verib" - hökumət başçısı vurğulayıb. 

Baş nazir deyib ki, bu tələbatı təmin etmək üçün infrastruktur layihələri ilə yanaşı, Azərbaycan Gürcüstan və digər tərəfdaşlarımızla birgə digər sahələrdə də zəruri əməkdaşlıq edir:

"Bu əməkdaşlığın nəticələrini artıq görürük. Orta Dəhlizin səmərəliliyinin artırılması üçün görülən işlər nəticəsində istər qiymət, istər sürət, istərsə də keyfiyyət parametrləri üzrə qısa zaman ərzində mühüm nəticələr görünür". 

"Məsələn, Qazaxıstandan Gürcüstan limanlarına çatdırılma müddəti ötən illərlə müqayisədə əhəmiyyətli dərəcədə azaldılmışdır. Növbəti il üçün hədəfimiz bu müddəti iki dəfəyə qədər, yəni 11-15 günə endirməkdir. Düşünürəm ki, yaxın perspektivdə görülən işlər bəhrəsini verəcək və bu dəhliz dünya miqyasında ən təhlükəsiz və operativ dəhlizlərdən birinə çevrilə biləcək" - Ə.Əsədov vurğulayıb. 

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Bu aylarda doğulan insanlar ən məsuliyyətli və ən əzmkar olurlar

Bu aylarda doğulan insanlar ən məsuliyyətli və ən əzmkar olurlar

İlham Əliyevin sosial media hesablarında Buxaraya getməsinə dair video paylaşılıb

İlham Əliyevin sosial media hesablarında Buxaraya getməsinə dair video paylaşılıb

Bakıda avtobusda sərnişinin başına tavandan su töküldü - FOTO

Bakıda avtobusda sərnişinin başına tavandan su töküldü - FOTO

İlxom Maxkamov: "Özbəkistan və Azərbaycan aviareyslərin sayını həftədə 40-a artıracaq"

İlxom Maxkamov: "Özbəkistan və Azərbaycan aviareyslərin sayını həftədə 40-a artıracaq"

Lənkəran xəstəxanasına direktor təyin edilib

Lənkəran xəstəxanasına direktor təyin edilib

Macarıstanda qırıcı təyyarə qəzaya uğrayıb

Macarıstanda qırıcı təyyarə qəzaya uğrayıb

“Euronews”: Azərbaycan və Özbəkistan müttəfiqliklərini dərinləşdirir

“Euronews”: Azərbaycan və Özbəkistan müttəfiqliklərini dərinləşdirir

Dənizdə daha iki gənc BATIB – FOTO

Dənizdə daha iki gənc BATIB – FOTO

Sabah hava necə olacaq?

Sabah hava necə olacaq?

Azərbaycan ilə Özbəkistanın prezidentləri və birinci xanımları İsmayıl Samani türbəsi ilə tanış olublar

Azərbaycan ilə Özbəkistanın prezidentləri və birinci xanımları İsmayıl Samani türbəsi ilə tanış olublar

Bakıda ATS işçisi hasardan yıxılıb həyatını itirdi

Bakıda ATS işçisi hasardan yıxılıb həyatını itirdi

Taksi sürücüləri üçün imtahana qeydiyyat başlanır – BU TARİXDƏN

Taksi sürücüləri üçün imtahana qeydiyyat başlanır – BU TARİXDƏN

Wi-Fi şifrəsini unutmusunuz? - 1 dəqiqəyə belə öyrənə bilərsiniz

Wi-Fi şifrəsini unutmusunuz? - 1 dəqiqəyə belə öyrənə bilərsiniz

İmişlidə toyda FACİƏ - 25 yaşlı oğlan qəfil həyatını itirdi

İmişlidə toyda FACİƏ - 25 yaşlı oğlan qəfil həyatını itirdi

Konqoda Ebola virusundan ölənlərin sayı 2 642-yə çatıb

Konqoda Ebola virusundan ölənlərin sayı 2 642-yə çatıb

Özbəkistan prezidentinin İlham Əliyevin səfəri ilə bağlı maraqlı PAYLAŞIMI

Özbəkistan prezidentinin İlham Əliyevin səfəri ilə bağlı maraqlı PAYLAŞIMI

Göyçaya qonaq gələn şəxsi elektrik cərəyanı vuraraq öldürüb

Göyçaya qonaq gələn şəxsi elektrik cərəyanı vuraraq öldürüb

Ali məktəblərə qəbulun nəticələri nə vaxt açıqlanacaq? – DİM-dən CAVAB

Ali məktəblərə qəbulun nəticələri nə vaxt açıqlanacaq? – DİM-dən CAVAB

50 yaşdan sonra nə yemək lazımdır? — 10 faydalı məhsul

50 yaşdan sonra nə yemək lazımdır? — 10 faydalı məhsul

Prezident Buxarada belə QARŞILANDI – VİDEO

Prezident Buxarada belə QARŞILANDI – VİDEO

Təbrizli qızın milli rəqsi İranda gündəm oldu - VİDEO

Təbrizli qızın milli rəqsi İranda gündəm oldu - VİDEO

Hikmət Hacıyev Buxaradan maraqlı paylaşım edib – FOTO

Hikmət Hacıyev Buxaradan maraqlı paylaşım edib – FOTO

İlham Əliyev Buxaradadır - VİDEO

İlham Əliyev Buxaradadır - VİDEO

Qəzaya düşən xalq artistinin vəziyyəti açıqlandı

Qəzaya düşən xalq artistinin vəziyyəti açıqlandı

End of content

No more pages to load

RADİO