BMT-də Ermənistanın mədən sənayesinin İstisu gölü (Dərələyəz mahalı) və Göyçə gölünü çirkləndirməsindən xüsusi narahatlıq keçirildiyi bildirilib.
Bizim.Media xəbər verir ki, bu barədə BMT-nin İqtisadi, Sosial və Mədəni Hüquqlar Komitəsinin Ermənistanla bağlı dördüncü dövri hesabata dair şərhində deyilir.
Qeyd edilib ki, bununla əlaqədar Ermənistana mədən sənayesinin əhalinin təhlükəsiz içməli suya çıxışını təhlükəyə atmamasını təmin etmək üçün bütün zəruri tədbirləri görmək çağırışı edilib.
Bizim.Media