Rəsmi Bakı Ermənistan və Kanadanın XİN başçılarının səsləndiriyi bəyanatları PİSLƏYİB 

Rəsmi Bakı Ermənistan və Kanadanın XİN başçılarının səsləndiriyi bəyanatları PİSLƏYİB 
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

25 oktyabr tarixində Ermənistan xarici işlər naziri Ararat Mirzoyanın Kanadanın xarici işlər naziri Melani Joli ilə birgə mətbuat brifinqi zamanı səsləndirilmiş iddiaları qətiyyətlə pisləyirik. 

Bizim.Media xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyi məlumat yayıb. 
 

MÖVZU İLƏ BAĞLI:

İcma: “Simonyan müxalifətçinin üzünə tüpürüb Ermənistanın “demokratik ölkə” olduğunu iddia edə bilər”


Bildirilib ki, Ermənistan xarici işlər naziri sülh prosesinin irəlilədilməsi üçün yaranmış şansdan bəhrələnmək əvəzinə, növbəti dəfə siyasi manipulyasiya ilə məşğul olur. 

Azərbaycana qarşı hərbi təcavüz zamanı kütləvi qırğınlar və insanlıq əleyhinə cinayətlər törədən və 30 ilə yaxın müddətdə Azərbaycan ərazilərini işğal altında saxlayan və cəzasızlıqdan sui-istifadə edən bir ölkənin xarici işlər nazirinin Azərbaycanın öz suveren ərazilərində heç bir mülki əhalini hədəf almadan həyata keçirdiyi anti-terror tədbirini “təcavüz” və “etnik təmizləmə” əməli adlandırması yalan və saxta iddia kimi qəbuledilməzdir. Ermənistan nazirinin bu məsələdə Beynəlxalq Ədalət Məhkəməsinin qərarına yersiz istinadı isə, məhkəmə qərarlarının təhrif edilməsi cəhdidir. 

Azərbaycanın planlaşdırılan Brüssel görüşünə getməyən tərəf olduğunu iddia edən nazir Mirzoyana xatırlatmaq istərdik ki, Ermənistandan fərqli olaraq, Azərbaycan sülh prosesinin irəliyə aparılması səylərinin daim önündə gedib.

Ermənistan tərəfinin 30 ilə yaxın sülh prosesinə vurduğu zərbələrə baxmayaraq, ölkəmiz sülh prinsipləri, sülh müqaviləsi, kommunikasiyaların açılması, demarkasiya məsələsində əsas təşəbbüskar tərəf olub.

Bunun əksinə, Ermənistan tərəfi sülh müqaviləsi üzrə danışıqların uğurla nəticələnməsinə imkan verməyib və indi də bir sıra təxribatçı addımları ilə prosesə mane olur. 

Bununla yanaşı, Qranada görüşünün yekun açıqlamasına istinadən müstəqillik, suverenlik, ərazi bütövlüyü və sərhədlərin toxunulmazlığı, güc tətbiq edilməməsi və güclə hədələməmək kimi prinsipləri növbəti dəfə xatırlayan Ermənistan tərəfi unudur ki, təmsil etdiyi Ermənistanın 30 ildən artıq müddətdə sözügedən prinsipləri bütün səyləri ilə pozan tərəf olub. 

Kanada nazirinin bölgədəki vəziyyətdən xəbərsiz şəkildə nümayiş etdirdiyi qərəzli mövqeyi isə tamamilə əsassızdır. 

Bölgədə heç bir humanitar böhran olmayan bir şəraitdə Kanada naziri tərəfindən bunun əksinin iddia edilməsi, Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə açıq dəstək verilməməsi, eləcə də Azərbaycanın keçmiş işğal olunmuş ərazilərindən köçkün düşmüş və Ermənistandan zor gücü ilə deportasiya olunmuş qaçqınların vəziyyəti ilə maraqlanmaması Kanada tərəfindən ölkəmizə qarşı göstərilən açıq qərəzin bariz nümunəsidir. 

Kanadanın Azərbaycana qarşı tədbir kimi sanksiya variantını istisna etməməsinə gəldikdə qeyd edək ki, Azərbaycanla təhdid dilində danışılması olduqca yanlışdır və heç bir tərəfə uğur gətirə bilməz. 

Bu kimi təxribat xarakterli və qərəzli bəyanatların bölgənin beynəlxalq hüquq prinsiplərinə hörmət əsasında gələcək inkişafı və tərəqqisinə maneçilikdən başqa bir şey olmadığı nəzərə alınmalıdır. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Son xəbərlər bildirişlə telefonunuzda.
YükləApp Store YükləGoogle Play

SON XƏBƏRLƏR

“Bitcoin”in SON qiyməti

“Bitcoin”in SON qiyməti

Binalarda elektrik sobalarına keçid tələbi nədir? - Rəsmi

Binalarda elektrik sobalarına keçid tələbi nədir? - Rəsmi

Azərbaycan nefti BAHALAŞDI

Azərbaycan nefti BAHALAŞDI

Banan bahalaşır – Qiymətlər son 10 ilin rekordunu qıra bilər

Banan bahalaşır – Qiymətlər son 10 ilin rekordunu qıra bilər

Dünya çempionatı: Azərbaycanın daha 3 güləşçisi mübarizəyə başlayır

Dünya çempionatı: Azərbaycanın daha 3 güləşçisi mübarizəyə başlayır

Qızıl və gümüş ucuzlaşdı

Qızıl və gümüş ucuzlaşdı

“Lənkəranski” barədə xoşagəlməz ifadələr işlətdi – Oğurlanıb gəlin paltarı GEYİNDİRİLDİ

“Lənkəranski” barədə xoşagəlməz ifadələr işlətdi – Oğurlanıb gəlin paltarı GEYİNDİRİLDİ

Avro bahalaşdı – YENİ MƏZƏNNƏ

Avro bahalaşdı – YENİ MƏZƏNNƏ

Xocalıdan gətirdiyi tüfənglə anasını öldürdü - TƏFƏRRÜAT

Xocalıdan gətirdiyi tüfənglə anasını öldürdü - TƏFƏRRÜAT

Xankəndidə MDB-nin Antiinhisar Siyasəti üzrə Dövlətlərarası Şurasının 61-ci iclası keçirilir - FOTO

Xankəndidə MDB-nin Antiinhisar Siyasəti üzrə Dövlətlərarası Şurasının 61-ci iclası keçirilir - FOTO

Bakının bu ərazilərində qaz olmayacaq

Bakının bu ərazilərində qaz olmayacaq

Mehriban Əliyeva Türkiyənin Cümhuriyyət Bayramını təbrik etdi – FOTO

Mehriban Əliyeva Türkiyənin Cümhuriyyət Bayramını təbrik etdi – FOTO

Abşeronda kişi borc aldığı arvadını bıçaqladı

Abşeronda kişi borc aldığı arvadını bıçaqladı

18-ci mərtəbədən yıxılsa da, SAĞ QALDI

18-ci mərtəbədən yıxılsa da, SAĞ QALDI

“ChatGPT” tibbi tövsiyə verdi, qadın vəfat etdi - Şirkət məhkəməyə VERİLDİ

“ChatGPT” tibbi tövsiyə verdi, qadın vəfat etdi - Şirkət məhkəməyə VERİLDİ

Pensiyalar nə qədər artırılacaq?

Pensiyalar nə qədər artırılacaq?

Dünyaya ata olmaq üçün gələn 3 bürc

Dünyaya ata olmaq üçün gələn 3 bürc

Kredit verilməsi ilə bağlı tələblər dəyişir: Nələri bilmək lazımdır? – Video

Kredit verilməsi ilə bağlı tələblər dəyişir: Nələri bilmək lazımdır? – Video

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” - Onlar da əhaliyə xəbərdarlıq etdi

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” - Onlar da əhaliyə xəbərdarlıq etdi

Tramp Hörmüz boğazına da öz adını verir

Tramp Hörmüz boğazına da öz adını verir

ABŞ-da nüvə kompleksində YANĞIN – İkinci “Çernobıl” faciəsi baş verəcək?

ABŞ-da nüvə kompleksində YANĞIN – İkinci “Çernobıl” faciəsi baş verəcək?

Cərrah xəstəni özündən 55 kilometr məsafədə əməliyyat etdi

Cərrah xəstəni özündən 55 kilometr məsafədə əməliyyat etdi

Yağıntılı hava davam edəcək?

Yağıntılı hava davam edəcək?

Hansı mallar satışdan geri çağırılıb, məhv ediləcək? – Yeni qanunun DETALLARI

Hansı mallar satışdan geri çağırılıb, məhv ediləcək? – Yeni qanunun DETALLARI

End of content

No more pages to load

RADİO