İlham Əliyev: “Azərbaycan-Qazaxıstan münasibətlərinin inkişafına xüsusi əhəmiyyət veririk”

Azərbaycan Prezidenti İlham Əliyev Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayevə təbrik məktubu göndərib. 

Bizim.Media xəbər verir ki, məktubda deyilir: 

"Hörmətli Kasım-Jomart Kemeleviç, 

25 Oktyabr – Respublika Günü münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi və xoş arzularımı çatdırıram. 

Qazaxıstan sürətlə inkişaf edən, gündən-günə müasirləşən və güclənən dövlətdir. Sizin qətiyyətli rəhbərliyiniz altında aparılan əhəmiyyətli islahatlar ölkənizin sosial-iqtisadi yüksəlişini, beynəlxalq aləmdə nüfuz qazanmasını təmin etmişdir. 

Biz dərin tarixi kökləri olan, qardaşlıq və qarşılıqlı etimad üzərində qurulmuş və bu gün yeni məzmun kəsb edən Azərbaycan-Qazaxıstan münasibətlərinin hərtərəfli inkişafına xüsusi əhəmiyyət veririk. Çoxşaxəli əlaqələrimiz, həm ikitərəfli, həm də çoxtərəfli müstəvidə səmərəli qarşılıqlı fəaliyyətimiz dövlətlərarası münasibətlərimizi səciyyələndirən əsas cəhətlərdəndir.

Daim genişlənən siyasi dialoq ilə yanaşı iqtisadiyyat, nəqliyyat, logistika, infrastruktur, enerji, humanitar və digər sahələrdə əməkdaşlığımızın dərinləşməsi tərəfdaşlığımızın yüksək səviyyəsindən və dinamik inkişafından xəbər verir. 

Əminəm ki, mövcud imkanlardan yararlanaraq birgə səylərimizlə Azərbaycan ilə Qazaxıstan arasında müstəsna xarakter daşıyan əlaqələrin möhkəmlənməsinə, qarşılıqlı maraq doğuran əməkdaşlığımızın daha da dərinləşməsinə nail olacağıq. 

Belə bir əlamətdar gündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, fəaliyyətinizdə uğurlar, qardaş Qazaxıstan xalqına daim əmin-amanlıq və rifah diləyirəm". 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Tramp yenidən NATO-nu HƏDƏF ALDI – “Təzyiq göstərməyəndə, başa düşmürlər” – FOTO

Tramp yenidən NATO-nu HƏDƏF ALDI – “Təzyiq göstərməyəndə, başa düşmürlər” – FOTO

Sabiq azərbaycanlı deputat Sankt-Peterburqda bu mehmanxana kompleksini aldı

Sabiq azərbaycanlı deputat Sankt-Peterburqda bu mehmanxana kompleksini aldı

Xəstə aptekə silahlı hücum etdi, pulsuz dərman almaq istədi - Cinayətin TƏFƏRRÜATI

Xəstə aptekə silahlı hücum etdi, pulsuz dərman almaq istədi - Cinayətin TƏFƏRRÜATI

Pezeşkian: “Biz hələ də əlimizi tətiyin üstündə saxlayırıq”

Pezeşkian: “Biz hələ də əlimizi tətiyin üstündə saxlayırıq”

ABŞ mediasında İranla atəşkəs qərarı müzakirə olunur: “Strategiyadan çox xaos var”

ABŞ mediasında İranla atəşkəs qərarı müzakirə olunur: “Strategiyadan çox xaos var”

Sosial şəbəkələri bürümüş əcaib trend – Bu səsləri çıxaranlar milyonlar qazanır – VİDEO

Sosial şəbəkələri bürümüş əcaib trend – Bu səsləri çıxaranlar milyonlar qazanır – VİDEO

Ceyhun Bayramov pakistanlı həmkarı ilə hansı məsələləri MÜZAKİRƏ ETDİ?

Ceyhun Bayramov pakistanlı həmkarı ilə hansı məsələləri MÜZAKİRƏ ETDİ?

Sakit okeanda bütün dünyaya təsir edəcək proses başladı

Sakit okeanda bütün dünyaya təsir edəcək proses başladı

Britaniyanın müdafiə nazirindən Rusiyaya XƏBƏRDARLIQ

Britaniyanın müdafiə nazirindən Rusiyaya XƏBƏRDARLIQ

Tovuzda ailə 3 uşağını buna görə ATIBMIŞ -SƏBƏBİ BİLİNDİ

Tovuzda ailə 3 uşağını buna görə ATIBMIŞ -SƏBƏBİ BİLİNDİ

Superkompüter Çempionlar Liqasının favoritlərini açıqladı

Superkompüter Çempionlar Liqasının favoritlərini açıqladı

İran Hörmüz boğazından hər gün 15-dən çox gəminin keçidinə icazə verməyəcək

İran Hörmüz boğazından hər gün 15-dən çox gəminin keçidinə icazə verməyəcək

Əfqanıstan raketləri müharibəni “kölgədə qoydu” - VİDEO

Əfqanıstan raketləri müharibəni “kölgədə qoydu” - VİDEO

Çexiya Prezidenti: Tramp NATO-ya Putindən daha çox zərər vurub

Çexiya Prezidenti: Tramp NATO-ya Putindən daha çox zərər vurub

Dövlət Xidmətinin əməkdaşı faciəvi şəkildə öldü - FOTO

Dövlət Xidmətinin əməkdaşı faciəvi şəkildə öldü - FOTO

Oxşar situasiya, fərqli reaksiya – Araşdırmaq yerinə günahlandırmağı seçmək YANLIŞI

Oxşar situasiya, fərqli reaksiya – Araşdırmaq yerinə günahlandırmağı seçmək YANLIŞI

DİQQƏT: Gecə bu yollar BAĞLI OLACAQ

DİQQƏT: Gecə bu yollar BAĞLI OLACAQ

Həcc ziyarəti üçün kvota tamamlanmayıb - QMİ

Həcc ziyarəti üçün kvota tamamlanmayıb - QMİ

Bu şəxslərin hərbi xidmət müddəti AZALDILDI

Bu şəxslərin hərbi xidmət müddəti AZALDILDI

Prezident Azərbaycanın pravoslav xristian icmasını TƏBRİK ETDİ

Prezident Azərbaycanın pravoslav xristian icmasını TƏBRİK ETDİ

İsrailli nazir: İranla atəşkəs səhv idi

İsrailli nazir: İranla atəşkəs səhv idi

Kamil Zeynallının reklam etdiyi çayı İÇDİ - "Hazırda özümü çox pis hiss edirəm..."

Kamil Zeynallının reklam etdiyi çayı İÇDİ - "Hazırda özümü çox pis hiss edirəm..."

Çoxuşaqlı qadınlara sosial müavinətin təyin edilməsi ilə bağlı YENİLİK

Çoxuşaqlı qadınlara sosial müavinətin təyin edilməsi ilə bağlı YENİLİK

Gəlinini qətlə yetirən şəxsə AĞIR CƏZA verildi

Gəlinini qətlə yetirən şəxsə AĞIR CƏZA verildi

End of content

No more pages to load

RADİO