“Ermənistan Qarabağı Azərbaycan Respublikasının bir hissəsi kimi tanıyıb.
Bizim.Media xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin Valday Forumunda çıxışı zamanı deyib.
Əsas məsələ Qarabağın statusu idi, hətta Ermənistan da onun müstəqilliyini tanımırdı”.
Ermənistan Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanıyıb və biz nə edək: tanımırıq desək - bu, bir növ cəfəngiyyatdır”, - deyə Putin qeyd edib.
Putin Ermənistanın Qarabağı Azərbaycanın bir hissəsi kimi tanıdığını mətbuatdan öyrəndiyini deyib:
“O zaman bizə ayrıca məlumat verilməyib”.
Putin əlavə edib ki, Rusiya Qarabağla bağlı bu vəziyyəti həll etmək üçün hüquqi mənada bütün imkanlarından istifadə edib.
Bizim.Media