Gördüyümüz hər şey doğrudurmu? - Deepfake TƏHLÜKƏSİ

Rəqəmsal texnologiyaların sürətli inkişafı informasiya mühitində yeni imkanlarla yanaşı, ciddi risklər də yaradıb. Bu risklərdən biri də son illərdə geniş yayılmağa başlayan deepfake məlumatlardır. Deepfake texnologiyası reallıqla saxtanı bir-birindən ayırmağı çətinləşdirərək cəmiyyət, media və fərdlər üçün təhlükəli nəticələr doğura bilər və ölkə olaraq biz bü cür təhlükəli məqamlarla tez-tez qarşılaşırıq.

Dünən Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin adından "deepfake" texnologiyası tətbiq olunmaqla hazırlanmış saxta məzmunlu daha bir videonun yayılması dediklərimi bir daha təsdiq edir.

Bu videoya görə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi (MEDİA) açıqlama yaymağa məcbur oldu:

"Süni intellektin köməyi ilə hazırlanmış, ictimai rəyi çaşdırmağa yönələn bu dezinformasiya nümunəsi Azərbaycan və Türkiyə arasında olan münasibətləri zədələməyə, iki qardaş ölkə arasında mövcud olan strateji müttəfiqliyə xələl gətirməyə və qarşılıqlı etimadı sarsıtmağa xidmət edir.

Cəmiyyəti yalnız rəsmi mənbələrin verdiyi informasiyaya inanmağa, jurnalistləri, ictimai fəalları bu kimi hallara qarşı hər zaman prinsipiallıq nümayiş etdirməyə, saxta və yalan məlumat əsaslı kampaniyaların, "deepfake" texnologiyaları ilə məzmunyaratma tendensiyasının vüsət aldığı bir şəraitdə sayıq olmağa səsləyirik".

Göründüyü kimi, artıq cəmiyyət demək olar hər gün ortaya çıxan yeni bir problemlə üz-üzə qalır və təbii olaraq həmin problemlərlə mübarizə immuniteti də yaranmaqdadır. Bu cur zərərli vasitələrə qarşı ən yaxşı mübarizə isə maariflənmə, diqqət və texnoloji bilgilərdir.

Bəs deepfake nədir və onun təhlükələri nədən ibarətdir?

Deepfake süni intellekt və dərin öyrənmə (deep learning) alqoritmləri vasitəsilə yaradılan, real insana aid saxta video, səs və ya görüntülərdir. Bu texnologiya mövcud şəkil, video və səs materiallarını analiz edərək bir insanın üzünü, mimikasını və səsini başqa bir video və ya audio fayla tətbiq etməyə imkan verir.Nəticədə, insanın heç vaxt demədiyi sözləri deyirmiş və ya etmədiyi hərəkətləri edirmiş kimi göstərən olduqca inandırıcı məzmun yaranır. Deepfake texnologiyası ilkin mərhələdə kino və əyləncə sənayesində istifadə olunsa da, bu gün daha çox dezinformasiya və fırıldaqçılıq aləti kimi diqqət çəkir.

Mütəxəssislər əsas təhlükələri belə sıralayır:

Dezinformasiya və ictimai manipulyasiya – saxta siyasi çıxışlar və xəbərlər

Maliyyə fırıldaqları – səs deepfake vasitəsilə rəhbər və ya yaxın adam adı ilə pul tələb edilməsi

Şəxsi nüfuzun zədələnməsi – fərdlərin adından saxta videoların yayılması

Psixoloji və sosial təsirlər – cəmiyyətin informasiyaya olan etibarının azalması

Bu hallar informasiya təhlükəsizliyi anlayışını yeni mərhələyə çıxarır.

Deepfake-i aşkar etmək niyə çətindir?

Müasir deepfakelər texniki baxımdan o qədər inkişaf edib ki, adi istifadəçi üçün onları ayırd etmək çətindir. Çünki süni intellekt real mimikanı təqlid edir, səs tonunu və emosiyanı kopyalayır, video keyfiyyətini təbii saxlayır. Bu səbəbdən yalnız texniki bilik deyil, tənqidi düşüncə də vacib rol oynayır.

Deepfake məlumatlardan necə qorunmaq olar?

İlk növbədə Tənqidi yanaşma formalaşdırmaq, hər görünən video və eşidilən səsə dərhal inanmaq olmaz. Xüsusilə, “təcili” xarakterli çağırışlar, pul və ya şəxsi məlumat tələbləri şübhə ilə qarşılanmalıdır. Məlumatı alternativ mənbələrdən yoxlamaq da vacibdir. Əhəmiyyətli bir xəbər və ya açıqlama yalnız bir mənbədə varsa, onun doğruluğu sual altındadır. Etibarlı media və rəsmi kanallar əsas meyar olmalıdır. Rəsmi qaynaqlarla işləmək vacib amildir. Sosial mediada, açıq platformalarda çoxlu video və səs paylaşmaq deepfake yaradılmasını asanlaşdırır. Xüsusilə şəxsi və peşəkar məlumatların qorunması vacibdir.

Rəqəmsal savadlılığı artırmaq

Deepfake texnologiyası haqqında məlumatlı olan insan:

manipulyasiyanı daha tez anlayır,

emosional qərarlar vermir,

informasiya təhlükəsizliyinə daha məsuliyyətlə yanaşır.

Təbii ki, rəqəmsal savadlılığa elə ailədən, uşaqlardan, məktəblərdən başlamaq lazımdır. Uşaqların deepfake və ümumilikdə rəqəmsal saxtakarlıqlar barədə məlumatlandırılması müasir təhsil sisteminin vacib tərkib hissəsinə çevrilməlidir. Məktəblərdə bu istiqamətdə şagirdlərin yaş səviyyəsinə uyğun rəqəmsal savadlılıq dərsləri, real və saxta məzmunu ayırd etməyə yönəlmiş praktik nümunələr, həmçinin onlayn təhlükəsizlik və şəxsi məlumatların qorunması mövzusunda maarifləndirici müzakirələr aparıla bilər. Müəllimlər şagirdlərə hər gördükləri video və ya eşitdikləri məlumata tənqidi yanaşmağı, şübhəli hallarda valideyn və ya müəllimə müraciət etməyin vacibliyini aşılamalıdırlar. Bu cür sistemli iş uşaqların həm informasiya manipulyasiyasından qorunmasına, həm də məsuliyyətli rəqəmsal vətəndaş kimi formalaşmasına töhfə verər.

Nəticə etibari ilə

Deepfake məlumatlar müasir dövrün ən ciddi informasiya təhlükələrindən biridir. Texnologiyanın inkişafı qarşısında tam müdafiə mümkün olmasa da, məlumatlılıq, tənqidi düşüncə və düzgün davranış vərdişləri bu riskləri minimuma endirə bilər. Cəmiyyət olaraq əsas vəzifə yalnız texnologiyanı izləmək deyil, onu düzgün istifadə etməyi də  öyrənməkdir.

Sahil Tahirli

Media mütəxəssisi

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

"Temu"dan ucuz paraşüt alıb test etdi - VİDEO

"Temu"dan ucuz paraşüt alıb test etdi - VİDEO

Niyə maşınlar daha çox yayda yanır?

Niyə maşınlar daha çox yayda yanır?

Ağbənd buraxılış məntəqəsi nə vaxt istifadəyə veriləcək? – DGK sədri cavabladı

Ağbənd buraxılış məntəqəsi nə vaxt istifadəyə veriləcək? – DGK sədri cavabladı

Bakının bu dəmir yolu ərazisində olan tikililərdə söküntü başladı - VİDEO

Bakının bu dəmir yolu ərazisində olan tikililərdə söküntü başladı - VİDEO

Qarğıdalını çiy yemək olar?

Qarğıdalını çiy yemək olar?

Göstərdikləri sevginin qarşılığını ala bilməyən 4 BÜRC

Göstərdikləri sevginin qarşılığını ala bilməyən 4 BÜRC

Avropanın Rusiyaya qarşı sanksiyalarının müddəti uzadıldı

Avropanın Rusiyaya qarşı sanksiyalarının müddəti uzadıldı

Rütte Rusiyanı uzunmüddətli TƏHDİD adlandırdı

Rütte Rusiyanı uzunmüddətli TƏHDİD adlandırdı

Kiyevə raket hücumlarından sonra anbar binası yanır - VİDEO

Kiyevə raket hücumlarından sonra anbar binası yanır - VİDEO

Şəhidin qardaşı Prezidentə təşəkkür etdi

Şəhidin qardaşı Prezidentə təşəkkür etdi

Qulaq məməsinə masaj etməyin MARAQLI FAYDASI

Qulaq məməsinə masaj etməyin MARAQLI FAYDASI

Mehriban Əliyeva: “Ordumuzla qürur duyuruq!” - FOTO

Mehriban Əliyeva: “Ordumuzla qürur duyuruq!” - FOTO

Bu gün Azərbaycan Respublikası Silahlı Qüvvələri Günüdür

Bu gün Azərbaycan Respublikası Silahlı Qüvvələri Günüdür

Limada Azərbaycan–Peru diplomatik əlaqələrinin 30 illiyi qeyd olundu – FOTO/VİDEO

Limada Azərbaycan–Peru diplomatik əlaqələrinin 30 illiyi qeyd olundu – FOTO/VİDEO

Dənizdə boğulmalar suyun səviyyəsinin azalması ilə bağlıdır? - VİDEO

Dənizdə boğulmalar suyun səviyyəsinin azalması ilə bağlıdır? - VİDEO

Azərbaycan basketbol klubunun adı dəyişdirildi

Azərbaycan basketbol klubunun adı dəyişdirildi

Sürücülərin NƏZƏRİNƏ: Sabahdan Bakının bu mərkəzi küçəsi BAĞLANIR

Sürücülərin NƏZƏRİNƏ: Sabahdan Bakının bu mərkəzi küçəsi BAĞLANIR

Avropanı bürüyən FƏLAKƏT Azərbaycana da çata bilər

Avropanı bürüyən FƏLAKƏT Azərbaycana da çata bilər

Füzulidə qəbiristanlıqda quru otlar YANDI - Qəbirlər zərər gördü!

Füzulidə qəbiristanlıqda quru otlar YANDI - Qəbirlər zərər gördü!

Azərbaycanla Türkiyə arasında sadələşdirilmiş gömrük dəhlizi yaradıla bilər

Azərbaycanla Türkiyə arasında sadələşdirilmiş gömrük dəhlizi yaradıla bilər

Polşada iki sərnişin qatarı toqquşdu: Xəsarət alanlar var - VİDEO

Polşada iki sərnişin qatarı toqquşdu: Xəsarət alanlar var - VİDEO

"Yaşasın Azərbaycan əsgəri!" - VİDEOÇARX

"Yaşasın Azərbaycan əsgəri!" - VİDEOÇARX

“Neftçi” Surinam yığmasının üzvü ilə danışıq aparır

“Neftçi” Surinam yığmasının üzvü ilə danışıq aparır

İsrail prezidentinin olduğu helikopter quş dəstəsi ilə TOQQUŞDU

İsrail prezidentinin olduğu helikopter quş dəstəsi ilə TOQQUŞDU

End of content

No more pages to load

RADİO