Ermənilərlə BİRGƏYAŞAYIŞ – “Günahsız uşaqları qıranlarla necə qonşu ola bilərik?!” – Misir Mərdanov 

Ermənilərlə BİRGƏYAŞAYIŞ – “Günahsız uşaqları qıranlarla necə qonşu ola bilərik?!” – Misir Mərdanov 
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Azərbaycan ermənilərlə birgəyaşayışla bağlı addım atmaqla elan etdiyi prinsiplərə sadiqliyini nümayiş etdirir. Artıq Qarabağdakı ermənilərin reinteqrasiyası prosesinə başlanıb və ermənilərlə birgəyaşayış reallaşır.

Hələki 15 nəfər sakin könüllü şəkildə zəruri olan bütün məlumatları təqdim edərək Dövlət Miqrasiya Xidmətinə müraciət etməklə Azərbaycan vətəndaşlığını qəbul edib. İstənilən halda birgəyaşayışın reallaşması uzun çəkən proses olacaq.

Bəs, biz buna psixoloji cəhətdən hazırıqmı?

Qərbi Azərbaycan İcması Müşahidə Şurasının sədri, keçmiş təhsil naziri Misir Mərdanov

Bizim.Media-ya açıqlamasında bildirib ki, birgəyaşayış istənilən halda çətin olacaq:

“Bu məsələ həddindən artıq dərinləşib və 30 il davam edib. On minlərlə qan tökülüb. Elə bir azərbaycanlı ailə ola bilməz ki, müharibədə bu və ya digər formada oğlunun, qohumunun, qardaşının və ya yaxın adamının qanı tökülməsin.Əlbəttə bir azərbaycanlı kimi düşünürəm ki, birgəyaşayış elə də asan olmayacaq.

Bu dəqiqə kim erməni ilə qonşu olmaq istəyər?

Amma dünya, beynəlxalq aləm və siyasət var. Azərbaycan prezidentinin xalqımıza dediyi sözü öz fikirlərimlə mən də qeyd etmək istəyirəm. Biz dünyaya bəyan edirik ki, ermənilərin tayı deyilik və humanist xalqıq. Hətta bu qədər qan tökülməsinə, günahsız insanların ölümünə və dağıntıların olmağına baxmayaraq yenə də əvvəllər olduğu kimi Qarabağda yaşayan Azərbaycan vətəndaşları olan ermənilər əgər Azərbaycanın konstitusiyasını qəbul etsələr, özlərini ölkəmizin vətəndaşı hesab etsələr, qayda-qanunlarımıza əməl etsələr, onlarla bir yerdə yaşaya bilərik.Ona görə də bu məsələ zaman alacaq. Amma başqa yol da görmürəm. Görürsünüzmü, cəmi 15 erməni Azərbaycan vətəndaşlığını qəbul edib. Onlar üçün də birgəyaşayış çətindir.

Törətdikləri hadisələri yaxşı xatırlayırlar və bilirlər ki, övladını öldürdüyü insanla necə gəlib qonşu olacaq?Yaxud, Xocalı faciəsini törədən, Gəncəyə raket atıb günahsız uşaqları qıranlarla biz necə qonşu ola bilərik?”

Tanınmış psixoloq Elnur Rüstəmovun sözlərinə görə isə bu günkü reallığa görə ilkin mərhələdə hansısa problemlər yarana bilər:

“Maraqlı qüvvələr ola bilər ki, xalqlar arasında süni şəkildə nifaq sala bilərlər. Bütün bunlara hazır olmaq lazımdır. Çünki bütün bunlardan almış olduğumuz psixoloji travmalar var. O travmaların aradan qaldırılması istiqamətində böyük iş aparmağa ehtiyac var. Azərbaycanlılarla ermənilərin birgəyayışı və adaptasiya dövrü zaman alacaq.

Bu gün üçün müəyyən problemlər çıxa bilər ki, onların həlli istiqamətində qabaqlayıcı tədbirlər görülür və bundan sonra da görüləcək. Ən azı hüquqi və digər müsəvidə də iş aparılır. Bu məsələdə praktikaya istinad etmək lazımdır. Nə qədər müharibə olub və müharibədən sonra xalqların bir-birlərinə inteqrasiyası zaman alıb. Bəlli bir müddətdən sonra onlar yenə də bigə yaşayıblar və fəaliyyət göstəriblər.

Bunun birinci, ikinci dünya müharibələrində və lokal müharibələrdə şahidi oluruq”. Psixoloq hesab edir ki, bu istiqamətdə kompleks tədbirlər görmək lazımdır:

“Nəzərə almaq lazımdır ki, 30 illik işğal müddətində erməni vandallarının etmiş olduğu hərəkətlər və yaratdıqları psixoloji travmalar bir günə aradan qalxan deyil. Müəyyən zaman müddətində bəlli olacaq ki, biz və yaxud qarşı tərəf inteqrasiyaya nə qədər hazırdır.

Bütün hallarda əgər inteqrasiya olacaqsa, kompleks işlər görmək lazımdır. Adaptasiya prosesi birdən-birə baş vermir. Onun üçün hazırlıq mərhələsi və üzərində aparılan işlər var. Bundan sonra biz adaptasiyadan danışa bilərik”.

Alçina Amilqızı, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Son xəbərlər bildirişlə telefonunuzda.
YükləApp Store YükləGoogle Play

SON XƏBƏRLƏR

Bakıda məktəbdə media nümayəndələrinə qarşı zorakılıqla bağlı cinayət işi BAŞLANILDI

Bakıda məktəbdə media nümayəndələrinə qarşı zorakılıqla bağlı cinayət işi BAŞLANILDI

AKP-nin SUSQUN RAZILIĞI

AKP-nin SUSQUN RAZILIĞI

Bakıda idmançı məşq zamanı VƏFAT ETDİ

Bakıda idmançı məşq zamanı VƏFAT ETDİ

İlham Əliyev Türkiyədəki görüşdə iştirak edə bilməyəcək

İlham Əliyev Türkiyədəki görüşdə iştirak edə bilməyəcək

İspaniyada qatar qəzasının son STATİSTİKASI: 69 ölü, 100-dən çox yaralı, 64 itkin

İspaniyada qatar qəzasının son STATİSTİKASI: 69 ölü, 100-dən çox yaralı, 64 itkin

Axtarışa verilmiş şəxslərin neçə faizi bu il ələ keçirilib?

Axtarışa verilmiş şəxslərin neçə faizi bu il ələ keçirilib?

Xocalıda icazəsiz at sürənlər CƏRİMƏLƏNDİ

Xocalıda icazəsiz at sürənlər CƏRİMƏLƏNDİ

AZAL və “Sea Breeze” birgə lotereyanın 100 qalibini müəyyən edib – FOTO

AZAL və “Sea Breeze” birgə lotereyanın 100 qalibini müəyyən edib – FOTO

"Zapı" ilə avtoxuliqanlıq edən şəxs həbs olundu

"Zapı" ilə avtoxuliqanlıq edən şəxs həbs olundu

Xalq artisti: “Məktəb vaxtı 2-3 oğlanı sevirdim, adam yerinə qoyub üzümə baxmırdılar” - (Video)

Xalq artisti: “Məktəb vaxtı 2-3 oğlanı sevirdim, adam yerinə qoyub üzümə baxmırdılar” - (Video)

Estoniya-Rusiya sərhədində "SİNGAPUR SƏDDİ": 150 bunker inşa edilir

Estoniya-Rusiya sərhədində "SİNGAPUR SƏDDİ": 150 bunker inşa edilir

Daxili İşlər Nazirliyində Kollegiya iclası keçirildi – FOTO

Daxili İşlər Nazirliyində Kollegiya iclası keçirildi – FOTO

Kardioloq qan təzyiqini aşağı salan tərəvəzi açıqladı

Kardioloq qan təzyiqini aşağı salan tərəvəzi açıqladı

İsrail seçkilərindən SON XƏBƏR: Netanyahu bloku 53, müxalifət 48 mandat qazanır

İsrail seçkilərindən SON XƏBƏR: Netanyahu bloku 53, müxalifət 48 mandat qazanır

Sabah Masallının bir sıra yaşayış məntəqələrində qaz olmayacaq

Sabah Masallının bir sıra yaşayış məntəqələrində qaz olmayacaq

Paşinyan: “Sülh sazişi imzaladıqdan sonra baş nazir vəzifəsini başa vuracam”

Paşinyan: “Sülh sazişi imzaladıqdan sonra baş nazir vəzifəsini başa vuracam”

Köhnə "Nokia"larda da "ChatGPT"dən istifadə REALLIĞA ÇEVRİLİR

Köhnə "Nokia"larda da "ChatGPT"dən istifadə REALLIĞA ÇEVRİLİR

11-ci sinif şagirdi motosiklet qəzasında HƏYATINI İTİRDİ – ÖZƏL - VİDEO

11-ci sinif şagirdi motosiklet qəzasında HƏYATINI İTİRDİ – ÖZƏL - VİDEO

Avropa Mərkəzi Bankının rəhbəri bu tarixdə vəzifəsindən ayrılacaq

Avropa Mərkəzi Bankının rəhbəri bu tarixdə vəzifəsindən ayrılacaq

Ukraynanın energetika naziri İlham Əliyevə təşəkkür etdi

Ukraynanın energetika naziri İlham Əliyevə təşəkkür etdi

Dələduzluq edən "vəzifəli şəxs" həbs olundu

Dələduzluq edən "vəzifəli şəxs" həbs olundu

Azərbaycandan göndərilən növbəti humanitar yardım Ukraynaya təhvil verildi – FOTO

Azərbaycandan göndərilən növbəti humanitar yardım Ukraynaya təhvil verildi – FOTO

Paşinyandan parlamentdəki davaya REAKSİYA “Lazım gəlsə, o deputatın əlini sındıracağıq”

Paşinyandan parlamentdəki davaya REAKSİYA “Lazım gəlsə, o deputatın əlini sındıracağıq”

Balakəndə daha iki qədim məbədin qalıqları aşkarlandı – FOTO

Balakəndə daha iki qədim məbədin qalıqları aşkarlandı – FOTO

End of content

No more pages to load

RADİO