Separatçı “liderlər”in etirafları hansı ölkələrin yuxusuna HARAM QATACAQ? – TƏHLİL

Separatçı “liderlər”in etirafları hansı ölkələrin yuxusuna HARAM QATACAQ? – TƏHLİL
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

44 günlük müharibə və bir günlük lokal antiterror tədbirləri nəticəsində Azərbaycan nəinki ərazi bütövlüyünü və suveren hüquqlarını bərpa etdi, eyni zamanda son 35 ildə dövlətimizə və xalqımıza qarşı qatı cinayətlər törətmiş xeyli sayda erməni separatçısı saxlanılaraq mühakimə olunmaq üçün Bakıya gətirildi. Artıq həmin cəlladların Bakıda xüsusi xidmət orqanları tərəfindən istintaqı başlayıb.

Separatçı liderlərin mühakiməsi Azərbaycana və dünyaya nə verəcək?

Bu istintaq və sonrakı məhkəmə tarixdə alman faşizminin ifşasından sonra faşist cəlladlarının növbəti mühakiməsi olacaq. Ona görə də erməni faşistlərinin mühakimə prosesi təkcə Azərbaycan üçün yox, həm də sivilizasiya üçün maraqlı bir səhnə olacaq. Azərbaycan xüsusi xidmət orqanları son 35 ildə Qarabağda separatizmin alovlanmasında və minlərlə soydaşımızın qətlində əli olan xeyli sayda erməni qatili həbs edib.

Artıq onların dindirilməsi prosesi başlayıb. Qeyd edək ki, mühakimə olunanlar ermənilərdir. Ermənilərsə həyatda qalmaq üçün ən yaxın insanlarını belə satmağa hazır olan toplumdur. Bu mənada əminliklə demək olar ki, saxlanılan separatçı liderlər Azərbaycanın xüsusi xidmət orqanlarına  könüllü şəkildə çoxsaylı etiraflar edəcəklər. Bu etiraflarsa indiki zamanda Azərbaycan üçün çox önəmlidir.

Vardanyanın ilk anonsu dünyanı silkələdi

Xəbər verdiyimiz kimi ötən gün erməni milyarder Ruben Vardanyanın ilkin ifadələri mətbuatda yayılıb. Həmin ifadələrdə erməni milyarder Qərb üçün baş ağrısı olacaq xeyli sayda fakt söyləyib. Məlum olub ki, Ruben Vardanyanda Qərbin əsas siyasətçiləri, jurnalistləri, “hüquq müdafiəçiləri” və “ekspertləri” ilə təmasları barədə sənədli sübutlar var. Ruben Vardanyanın Karnegi Fondu ilə əməkdaşlığı, britaniyalı mütəxəssis Tomas De Vaalla işbirliyi barədə maraqlı faktlar aşkarlanıb.

İstintaqın təfərrüatı açıqlananda qalmaqallar Avropa Parlamentini, ABŞ Konqresini və Dövlət Departamentini silkələyəcək. Vardanyanın açıqlamalarından sonra demək olar ki, Avropa Parlamenti, ABŞ Konqresi, Samanta Pauer, çoxsaylı “jurnalistlər”, “ekspertlər” və “hüquq müdafiəçiləri”nin “başı ağrıyacaq”.  Təbii ki, Rusiyanın siyasi elitasıyla bağlı da erməni milyarderdə kifayət qədər kompramatlar var. Hətta USAID-in rəhbəri Samanta Pauerin də Ruben Vardanyanla, yumşaq desək, çox yaxın təmaslarının təfərrüatı Azərbaycan tərəfinə məlum olub.

Separatçıların etirafları daşı-daş üstündə qoymayacaq

Nəzərə alaq ki, saxlanılan erməni qatilləri Azərbaycanın əlini gücləndirəcək sonsuz sayda kompramatlara malikdirlər. Çünki, Bako Saakyan, Arkadi Qukasyan və Arayik Arutyunyan son 35 ildə Qarabağda və Ermənistanda həyata keçirilən çirkin oyunların mərkəzində olublar. Ona görə də onlarda təkcə ABŞ və Avropa dövlətlərinin deyil, eləcə də İran və Rusiyanın Azərbaycana qarşı gizli planları barədə kifayət qədər  məxfi məlumatlar var.

Təsadüfi deyil ki, erməni qatillərin həbsi həm Qərbdə, həm də Rusiyanın bəzi dairələrində ciddi narahatlıq doğurub. Ötən gün Rusiyanın Xarici İşlər Nazirliyində keçirilən brifinqdə belə qondarma rejimin sabiq rəhbərlərinin həbsi ilə bağlı suallar səsləndirilib.

Bu da onu göstərir ki, bəzi qara qüvvələr ciddi təşviş içərisindədir. Və onlar ifşa olunmamaq üçün artıq hərəkətə keçiblər. Lakin bütün təşvişlər və təşəbbüslər əbəsdir.Necə ki, BMT, ATƏT kimi Beynəlxalq qurumların, ABŞ, Fransa, Rusiya kimi dövlətlərin 35 ildə həll edə bilmədiyi problemi Azərbaycan qısa müddətdə çözdü, indi də Cənubi Qafqazda davamlı sülhün olmasını istəməyən dövlətlərin və Beynəlxalq təşkilatların da siyahısını Azərbaycan yaxın aylarda sivilizasiyaya təqdim edəcək. 

Eyni zamanda, erməni separatizmini bəsləyən dövlətlər barədə şok faktlar ortaya qoyulacaq. Bir sözlə, erməni quldurların saxlanması və mühakimə edilməsi təkcə 30 min günahsız azərbaycanlının qanını yerdə qoymayacaq, həmçinin gələcək nəslimizi və sivilizasiyanı planlaşdırılan çox böyük bəlalardan xilas etmiş olacaq.

Surxay Atakişiyev, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Son xəbərlər bildirişlə telefonunuzda.
YükləApp Store YükləGoogle Play

SON XƏBƏRLƏR

Bakıda məktəbdə media nümayəndələrinə qarşı zorakılıqla bağlı cinayət işi BAŞLANILDI

Bakıda məktəbdə media nümayəndələrinə qarşı zorakılıqla bağlı cinayət işi BAŞLANILDI

AKP-nin SUSQUN RAZILIĞI

AKP-nin SUSQUN RAZILIĞI

Bakıda idmançı məşq zamanı VƏFAT ETDİ

Bakıda idmançı məşq zamanı VƏFAT ETDİ

İlham Əliyev Türkiyədəki görüşdə iştirak edə bilməyəcək

İlham Əliyev Türkiyədəki görüşdə iştirak edə bilməyəcək

İspaniyada qatar qəzasının son STATİSTİKASI: 69 ölü, 100-dən çox yaralı, 64 itkin

İspaniyada qatar qəzasının son STATİSTİKASI: 69 ölü, 100-dən çox yaralı, 64 itkin

Axtarışa verilmiş şəxslərin neçə faizi bu il ələ keçirilib?

Axtarışa verilmiş şəxslərin neçə faizi bu il ələ keçirilib?

Xocalıda icazəsiz at sürənlər CƏRİMƏLƏNDİ

Xocalıda icazəsiz at sürənlər CƏRİMƏLƏNDİ

AZAL və “Sea Breeze” birgə lotereyanın 100 qalibini müəyyən edib – FOTO

AZAL və “Sea Breeze” birgə lotereyanın 100 qalibini müəyyən edib – FOTO

"Zapı" ilə avtoxuliqanlıq edən şəxs həbs olundu

"Zapı" ilə avtoxuliqanlıq edən şəxs həbs olundu

Xalq artisti: “Məktəb vaxtı 2-3 oğlanı sevirdim, adam yerinə qoyub üzümə baxmırdılar” - (Video)

Xalq artisti: “Məktəb vaxtı 2-3 oğlanı sevirdim, adam yerinə qoyub üzümə baxmırdılar” - (Video)

Estoniya-Rusiya sərhədində "SİNGAPUR SƏDDİ": 150 bunker inşa edilir

Estoniya-Rusiya sərhədində "SİNGAPUR SƏDDİ": 150 bunker inşa edilir

Daxili İşlər Nazirliyində Kollegiya iclası keçirildi – FOTO

Daxili İşlər Nazirliyində Kollegiya iclası keçirildi – FOTO

Kardioloq qan təzyiqini aşağı salan tərəvəzi açıqladı

Kardioloq qan təzyiqini aşağı salan tərəvəzi açıqladı

İsrail seçkilərindən SON XƏBƏR: Netanyahu bloku 53, müxalifət 48 mandat qazanır

İsrail seçkilərindən SON XƏBƏR: Netanyahu bloku 53, müxalifət 48 mandat qazanır

Sabah Masallının bir sıra yaşayış məntəqələrində qaz olmayacaq

Sabah Masallının bir sıra yaşayış məntəqələrində qaz olmayacaq

Paşinyan: “Sülh sazişi imzaladıqdan sonra baş nazir vəzifəsini başa vuracam”

Paşinyan: “Sülh sazişi imzaladıqdan sonra baş nazir vəzifəsini başa vuracam”

Köhnə "Nokia"larda da "ChatGPT"dən istifadə REALLIĞA ÇEVRİLİR

Köhnə "Nokia"larda da "ChatGPT"dən istifadə REALLIĞA ÇEVRİLİR

11-ci sinif şagirdi motosiklet qəzasında HƏYATINI İTİRDİ – ÖZƏL - VİDEO

11-ci sinif şagirdi motosiklet qəzasında HƏYATINI İTİRDİ – ÖZƏL - VİDEO

Avropa Mərkəzi Bankının rəhbəri bu tarixdə vəzifəsindən ayrılacaq

Avropa Mərkəzi Bankının rəhbəri bu tarixdə vəzifəsindən ayrılacaq

Ukraynanın energetika naziri İlham Əliyevə təşəkkür etdi

Ukraynanın energetika naziri İlham Əliyevə təşəkkür etdi

Dələduzluq edən "vəzifəli şəxs" həbs olundu

Dələduzluq edən "vəzifəli şəxs" həbs olundu

Azərbaycandan göndərilən növbəti humanitar yardım Ukraynaya təhvil verildi – FOTO

Azərbaycandan göndərilən növbəti humanitar yardım Ukraynaya təhvil verildi – FOTO

Paşinyandan parlamentdəki davaya REAKSİYA “Lazım gəlsə, o deputatın əlini sındıracağıq”

Paşinyandan parlamentdəki davaya REAKSİYA “Lazım gəlsə, o deputatın əlini sındıracağıq”

Balakəndə daha iki qədim məbədin qalıqları aşkarlandı – FOTO

Balakəndə daha iki qədim məbədin qalıqları aşkarlandı – FOTO

End of content

No more pages to load

RADİO