İlham Əliyev Səudiyyə Ərəbistanının yeni səfirinin etimadnaməsini qəbul edib - FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 5-də Səudiyyə Ərəbistanı Krallığının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri İssam bin Saleh əl-Cuteylinin etimadnaməsini qəbul edib.

Bizim.Media xəbər verir ki, səfir etimadnaməsini Prezident İlham Əliyevə təqdim edib.

Sonra dövlətimizin başçısı səfirlə söhbət edib.

Səudiyyə Ərəbistanı Krallığı ilə Azərbaycan arasında qardaşlıq əlaqələrinin və ölkə rəhbərləri ilə arasında dostluq münasibətlərinin olduğunu qeyd edən Prezident İlham Əliyev Səudiyyə Ərəbistanına səfərlərini məmnunluqla xatırladıb.
Dövlətimizin başçısı bütün dövrlərdə - həm işğal zamanı, həm də torpaqlarımızın işğaldan azad olunmasından sonrakı dövrdə Azərbaycanın ərazi bütövlüyünün qorunması və bərpası məsələlərində Səudiyyə Ərəbistanı Krallığının birmənalı şəkildə göstərdiyi mənəvi və siyasi dəstəyi bir daha yüksək qiymətləndirib. Prezident İlham Əliyev beynəlxalq təşkilatlar çərçivəsində ölkələrimizin bir-birinə qarşılıqlı dəstəyinin ənənəvi xarakter aldığını məmnunluqla qeyd edib.

İqtisadi əməkdaşlığa toxunan dövlətimizin başçısı enerji sahəsində yaxşı nümunələrin olduğunu bildirərək, Səudiyyə Ərəbistanı şirkətinin Azərbaycanda bu sahəyə böyük sərmayə qoymasının önəmini vurğulayıb. Dövlətimizin başçısı bütün digər sahələrdə də əlaqələrimizin yüksək səviyyədə olduğunu deyib.

Səfir İssam bin Saleh əl-Cuteyli, ilk növbədə, İki Müqəddəs Ocağın Xadimi, Kral Salman bin Əbdüləziz Al Səudun və Vəliəhd, Baş nazir Məhəmməd bin Salman bin Əbdüləziz Al Səudun salamlarını dövlətimizin başçısına çatdırıb.
Prezident İlham Əliyev salamlara görə minnətdarlığını bildirib, onun da salamlarını İki Müqəddəs Ocağın Xadiminə və Vəliəhdə çatdırmağı xahiş edib

Ölkəmizə səfir təyin olunmasından böyük şərəf hissi duyduğunu deyən İssam bin Saleh əl-Cuteyli Azərbaycanın Səudiyyə Ərəbistanı üçün dost və qardaş ölkə olduğunu vurğulayaraq, müxtəlif sahələrdə əlaqələrin inkişaf etdirilməsi ilə bağlı konkret təlimatlar aldığını bildirib.








Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Bərdədə "Mercedes"lə "Lada" toqquşdu: Xəsarət alanlar var

Bərdədə "Mercedes"lə "Lada" toqquşdu: Xəsarət alanlar var

Göyçayda kişini ilan sancdı

Göyçayda kişini ilan sancdı

42 yaşlı general görün kimin oğlu imiş - FOTO

42 yaşlı general görün kimin oğlu imiş - FOTO

Voleybolçu qızlarımız Rumıniya komandasını məğlub etdi

Voleybolçu qızlarımız Rumıniya komandasını məğlub etdi

Azərbaycanda ana və iki övladı eyni vaxtda tələbə oldu - FOTO

Azərbaycanda ana və iki övladı eyni vaxtda tələbə oldu - FOTO

Ermənistan 120 hərbçisini itirib

Ermənistan 120 hərbçisini itirib

Kəlbəcərin ilk və yeganə məzunu tələbə adını QAZANDI - FOTO

Kəlbəcərin ilk və yeganə məzunu tələbə adını QAZANDI - FOTO

Bakıda keçiriləcək dünya çempionatının hakimləri bəlli oldu - FOTO

Bakıda keçiriləcək dünya çempionatının hakimləri bəlli oldu - FOTO

Leyla Əliyeva Buxara Biennalesində - FOTO/VİDEO

Leyla Əliyeva Buxara Biennalesində - FOTO/VİDEO

Ali məktəbə qəbul olanların yarıdan çoxu ödənişli oxuyacaq

Ali məktəbə qəbul olanların yarıdan çoxu ödənişli oxuyacaq

Tokayev Ermənistana səfər edəcək

Tokayev Ermənistana səfər edəcək

Prezident ailəsinin İsmayıl Samani türbəsindən FOTOLARI

Prezident ailəsinin İsmayıl Samani türbəsindən FOTOLARI

Nərgiz Cəlilova efirə qayıdır

Nərgiz Cəlilova efirə qayıdır

Səudiyyə Ərəbistanına aid tankerə hücum edildi

Səudiyyə Ərəbistanına aid tankerə hücum edildi

Bu ixtisas qrupu qəbulda digərlərini geridə qoydu - Rəqəmlər

Bu ixtisas qrupu qəbulda digərlərini geridə qoydu - Rəqəmlər

Gələn həftə deputatların tətili başa çatır

Gələn həftə deputatların tətili başa çatır

Azərbaycanın təhsil tarixində YENİ REKORD

Azərbaycanın təhsil tarixində YENİ REKORD

"Karvan-Yevlax" təmsilçisindən yeni transfer

"Karvan-Yevlax" təmsilçisindən yeni transfer

İlham Əliyevin Özbəkistana dövlət səfəri başa çatdı - FOTO/VİDEO

İlham Əliyevin Özbəkistana dövlət səfəri başa çatdı - FOTO/VİDEO

Sürücülərə şad xəbər: Paytaxtın 40 küçəsində təmir bitdi - FOTO

Sürücülərə şad xəbər: Paytaxtın 40 küçəsində təmir bitdi - FOTO

Ukrayna Seymur Salahzadəni Azərbaycana təhvil verir

Ukrayna Seymur Salahzadəni Azərbaycana təhvil verir

Tələbə adını qazananların DİQQƏTİNƏ: Qeydiyyatdan keçməsəniz qəbulunuz LƏĞV OLUNACAQ

Tələbə adını qazananların DİQQƏTİNƏ: Qeydiyyatdan keçməsəniz qəbulunuz LƏĞV OLUNACAQ

Ali məktəblərin boş yerlərinə seçim BU TARİXDƏN başlayır

Ali məktəblərin boş yerlərinə seçim BU TARİXDƏN başlayır

Maradonanın tarix yazan topu rekord qiymətə SATILDI

Maradonanın tarix yazan topu rekord qiymətə SATILDI

End of content

No more pages to load

RADİO