“Milli kosmos proqramımız artıq hazırdır. 2 böyük hədəfimiz var. Birincisi Türk kosmonavtamız beynəlxalq kosmik stansiyaya gedəcək və orada bir çox proqramlar həyata keçirəcək. İkincisi də, Aya getmə proqramımız var. Öz kosmik gəmimizlə getmək hədəflənib”.
Bu fikirləri Bizim.Media-ya müsahibəsində Türkiyə Kosmik Ajansının Kosmik Sistemlər və Araçları şöbəsinin müdürü Ali Beygeldi deyib.
Bakıda keçirilən 74-cü Beynəlxalq Astronavtika Konqresində iştirak edən TUA (Türkiyə Kosmik Ajansı) nümayəndəsi Azərbaycanla da əməkdaşlıq etdiklərini bildirib:
“Azərbaycanla, Azərkosmos-la yaxın münasibətlərimiz var. Bir çox layihədə bərabər çalışmaq üçün Azərbaycanlı rəsmilərlə sıx-sıx görüşük. Ümumilikdə isə Türk dövlətləri ilə ortaq kosmos proqramları üzərində çalışırıq”, - deyə A.Beygeldi deyib.
Daha ətraflı videoda: