Prezident və Xanımı Astronavtika tədbirində - YENİLƏNİB-FOTO/VİDEO 

Prezident və Xanımı Astronavtika tədbirində - YENİLƏNİB-FOTO/VİDEO 
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Oktyabrın 2-də Bakıda 74-cü Beynəlxalq Astronavtika Konqresi çərçivəsində sərgi təşkil olunub. 

Bizim.Media xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və oğulları Heydər Əliyev sərginin açılışında iştirak ediblər. 

Sərginin rəmzi açılışını bildirən lentin kəsilməsindən sonra iştirakçı şirkətlərin stendləri ilə tanışlıq olub. 

Məlumat verildi ki, 8 min kvadratmetr sahədə yaradılan sərginin pavilyonunda 36 ölkədən 150 şirkətin stendləri iştirakçılara təqdim edilib. 

Dövlətimizin başçısı və birinci xanım Türk Kosmik Agentliyinin, Səudiyyə Ərəbistanının Kosmik Agentliyinin, ABŞ-ın Milli Aeronavtika və Kosmos Administrasiyasının (NASA), Hindistanın Kosmik Tədqiqatlar Təşkilatının, “Israel Aerospace Industries” şirkətinin, İtaliyanın Aeronavtika və Astronavtika Assosiasiyasının, Çinin Astronavtika Cəmiyyətinin və digər şirkətlərin stendlərinə baxıblar. 
Qeyd edək ki, 74-cü Beynəlxalq Astronavtika Konqresi kosmik sahədən olan 22 şirkətin əldə etdiyi sponsorluq paketinin sayına görə rekord həddə çatıb. Belə ki, Bakı Konqresi beynəlxalq sponsorluq paketinin satışı üzrə Avstraliya, Almaniya, ABŞ, Birləşmiş Ərəb Əmirlikləri və Fransada keçirilən konqresləri geridə qoyub. Konqresin ümumilikdə 30-dan çox sponsoru var. 

Konqresin “premium”, “platinium”, “qızıl”, “gümüş” və “bürünc” sponsorluq paketlərini əldə edən şirkətlər arasında ABŞ-ın “Space X”, “Axiom Space”, “Blue Origin”, “Boeing”, “Lockheed Martin”, “BlackSky” “Vast”, “Northrop Grumman” şirkətləri, Çinin Astronavtika Cəmiyyəti, Türkiyənin Kosmik Agentliyi, “Plan S” texnologiya şirkəti, Səudiyyə Ərəbistanının Kosmik Agentliyi, “Israel Aerospace Industries” şirkəti, Birləşmiş Ərəb Əmirliklərinin Muhammed Bin Rəşid Kosmik Mərkəzi, Hindistan Kosmik Tədqiqatlar Təşkilatı, Yaponiya Aerokosmik Tədqiqatlar Agentliyi, “ispace”, “JGC Holdings Corporation”, “Astroscale” şirkətləri, “Airbus” şirkətinin Almaniyadakı ofisi, Beynəlxalq Kosmik Rabitə Təşkilatı “İntersputnik”, Portuqaliyanın “Neuraspace”, Bolqarıstanın “EnduraSat”, Avstriyanın “Asgardia Space”, İtaliyanın Aeronavtika və Astronavtika Assosiasiyası, Böyük Britaniyanın Kosmik Agentliyi, Amazonun “Kuiper” layihəsi, “Jet Propulsion Laboratory”, “Voyager Space” şirkətləri yer alır. 

Xatırladaq ki, Beynəlxalq Astronavtika Federasiyası İkinci Dünya müharibəsindən sonra “soyuq müharibə” dövründə kosmos sahəsində elm adamlarının arasında dialoqun yenidən qurulması məqsədilə 1951-ci ildə yaradılıb. Federasiya sülh məqsədləri ilə kosmik tədqiqat və fəaliyyətin təşviq edilməsi, cəmiyyətin bu sahədə maariflənməsi və biliklərinin zənginləşdirilməsi məqsədilə üzv qurumlar arasında qlobal şəbəkə yaradır.  
Hər il Federasiya konfrans, texniki sessiyalar, quruma üzv ölkələrin nazirləri və parlament üzvlərinin beynəlxalq iclası kimi beynəlxalq tədbirlər təşkil edir. Hazırda Federasiyanın 110 ölkədən 460-dan çox üzvü var. Azərbaycan 2003-cü ildən Federasiyanın üzvüdür. 
 


Prezident və Xanımı Astronavtika tədbirində - YENİLƏNİB-FOTO/VİDEO  - foto 1
Prezident və Xanımı Astronavtika tədbirində - YENİLƏNİB-FOTO/VİDEO  - foto 2
Prezident və Xanımı Astronavtika tədbirində - YENİLƏNİB-FOTO/VİDEO  - foto 3
Prezident və Xanımı Astronavtika tədbirində - YENİLƏNİB-FOTO/VİDEO  - foto 4
Prezident və Xanımı Astronavtika tədbirində - YENİLƏNİB-FOTO/VİDEO  - foto 5
Prezident və Xanımı Astronavtika tədbirində - YENİLƏNİB-FOTO/VİDEO  - foto 6
Prezident və Xanımı Astronavtika tədbirində - YENİLƏNİB-FOTO/VİDEO  - foto 7
Prezident və Xanımı Astronavtika tədbirində - YENİLƏNİB-FOTO/VİDEO  - foto 8
Prezident və Xanımı Astronavtika tədbirində - YENİLƏNİB-FOTO/VİDEO  - foto 9
Prezident və Xanımı Astronavtika tədbirində - YENİLƏNİB-FOTO/VİDEO  - foto 10
Prezident və Xanımı Astronavtika tədbirində - YENİLƏNİB-FOTO/VİDEO  - foto 11
Prezident və Xanımı Astronavtika tədbirində - YENİLƏNİB-FOTO/VİDEO  - foto 12
Prezident və Xanımı Astronavtika tədbirində - YENİLƏNİB-FOTO/VİDEO  - foto 13

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Son xəbərlər bildirişlə telefonunuzda.
YükləApp Store YükləGoogle Play

SON XƏBƏRLƏR

İƏT-in Baş katibi Bakıda təhsil alan xarici tələbələrlə görüşüb – FOTO

İƏT-in Baş katibi Bakıda təhsil alan xarici tələbələrlə görüşüb – FOTO

Siyəzəndə ünvanlı sosial yardıma görə qayınata kürəkənini döydü

Siyəzəndə ünvanlı sosial yardıma görə qayınata kürəkənini döydü

"Megastore"dan aldığı məhsulların hamısı xarab çıxdı – VİDEO

"Megastore"dan aldığı məhsulların hamısı xarab çıxdı – VİDEO

Eldar Əzizov onu rəis təyin etdi

Eldar Əzizov onu rəis təyin etdi

SON DƏQİQƏ! Ceyranbatanda 10 şagird ZƏHƏRLƏNDİ

SON DƏQİQƏ! Ceyranbatanda 10 şagird ZƏHƏRLƏNDİ

Azərbaycan Kubokunun 1/8 final mərhələsinin bütün cütləri BƏLLİ OLDU

Azərbaycan Kubokunun 1/8 final mərhələsinin bütün cütləri BƏLLİ OLDU

Qarabağ beynəlxalq dialoq məkanına çevrilib – Xankəndidən AÇIQLAMA

Qarabağ beynəlxalq dialoq məkanına çevrilib – Xankəndidən AÇIQLAMA

Bakıda məktəbdə media nümayəndələrinə qarşı zorakılıqla bağlı cinayət işi BAŞLANILDI

Bakıda məktəbdə media nümayəndələrinə qarşı zorakılıqla bağlı cinayət işi BAŞLANILDI

AKP-nin SUSQUN RAZILIĞI

AKP-nin SUSQUN RAZILIĞI

Bakıda idmançı məşq zamanı VƏFAT ETDİ

Bakıda idmançı məşq zamanı VƏFAT ETDİ

İlham Əliyev Türkiyədəki görüşdə iştirak edə bilməyəcək

İlham Əliyev Türkiyədəki görüşdə iştirak edə bilməyəcək

İspaniyada qatar qəzasının son STATİSTİKASI: 69 ölü, 100-dən çox yaralı, 64 itkin

İspaniyada qatar qəzasının son STATİSTİKASI: 69 ölü, 100-dən çox yaralı, 64 itkin

Axtarışa verilmiş şəxslərin neçə faizi bu il ələ keçirilib?

Axtarışa verilmiş şəxslərin neçə faizi bu il ələ keçirilib?

Xocalıda icazəsiz at sürənlər CƏRİMƏLƏNDİ

Xocalıda icazəsiz at sürənlər CƏRİMƏLƏNDİ

AZAL və “Sea Breeze” birgə lotereyanın 100 qalibini müəyyən edib – FOTO

AZAL və “Sea Breeze” birgə lotereyanın 100 qalibini müəyyən edib – FOTO

"Zapı" ilə avtoxuliqanlıq edən şəxs həbs olundu - VİDEO

"Zapı" ilə avtoxuliqanlıq edən şəxs həbs olundu - VİDEO

Xalq artisti: “Məktəb vaxtı 2-3 oğlanı sevirdim, adam yerinə qoyub üzümə baxmırdılar” - (Video)

Xalq artisti: “Məktəb vaxtı 2-3 oğlanı sevirdim, adam yerinə qoyub üzümə baxmırdılar” - (Video)

Estoniya-Rusiya sərhədində "SİNGAPUR SƏDDİ": 150 bunker inşa edilir

Estoniya-Rusiya sərhədində "SİNGAPUR SƏDDİ": 150 bunker inşa edilir

Daxili İşlər Nazirliyində Kollegiya iclası keçirildi – FOTO

Daxili İşlər Nazirliyində Kollegiya iclası keçirildi – FOTO

Kardioloq qan təzyiqini aşağı salan tərəvəzi açıqladı

Kardioloq qan təzyiqini aşağı salan tərəvəzi açıqladı

İsrail seçkilərindən SON XƏBƏR: Netanyahu bloku 53, müxalifət 48 mandat qazanır

İsrail seçkilərindən SON XƏBƏR: Netanyahu bloku 53, müxalifət 48 mandat qazanır

Sabah Masallının bir sıra yaşayış məntəqələrində qaz olmayacaq

Sabah Masallının bir sıra yaşayış məntəqələrində qaz olmayacaq

Paşinyan: “Sülh sazişi imzaladıqdan sonra baş nazir vəzifəsini başa vuracam”

Paşinyan: “Sülh sazişi imzaladıqdan sonra baş nazir vəzifəsini başa vuracam”

Köhnə "Nokia"larda da "ChatGPT"dən istifadə REALLIĞA ÇEVRİLİR

Köhnə "Nokia"larda da "ChatGPT"dən istifadə REALLIĞA ÇEVRİLİR

End of content

No more pages to load

RADİO