Ceyhun Bayramov Əlcəzairli həmkarını qəbul edib

Ceyhun Bayramov Əlcəzairli həmkarını qəbul edib
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Nyu Yorkda BMT Baş Assambleyasının 78-ci sessiyasının yüksək səviyyəli həftəsində iştirakı çərçivəsində Əlcəzair Xalq Demokratik Respublikasının xarici işlər və xaricdəki milli icma naziri Əhməd Attaf ilə görüşüb. 

Xarici İşlər Nazirliyindən Bizim.Media-ya verilən məlumata görə, görüş zamanı iki ölkə arasında ümumi tarixi, dini və mədəni köklərə əsaslanan əlaqələrin inkişafına önəm verildiyi vurğulanıb, eləcə də ikitərəfli müstəvidə siyasi, iqtisadi və humanitar sahələrdə münasibətlərin inkişaf perspektivləri, parlamentlərarası əlaqələrin inkişafının vacibliyi, xarici işlər nazirlikləri arasında müntəzəm siyasi məsləhətləşmələrin əhəmiyyəti qeyd edilib. 

C.Bayramov həmkarını Əlcəzairin 2024-2025-ci illər üzrə BMT-nin Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilməsi münasibətilə təbrik edib və beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın gücləndirilməsinin vacibliyini diqqətə çatdırıb. 

Nazir, həmçinin həmkarını regionda mövcud vəziyyət, Ermənistan tərəfindən Azərbaycanın Qarabağ bölgəsində yaradılmış qondarma rejimin hərbi təxribatları nəticəsində yaranmış gərginlik, habelə həyata keçirilmiş lokal xarakterli anti-terror əməliyyatlarının məqsəd və nəticələri barədə ətraflı məlumatlandırıb. 

Azərbaycan tərəfindən görülən tədbirlər nəticəsində bölgədə sülh və təhlükəsizliyə hədə olan qeyri-qanuni erməni silahlı birləşmələrinin tərksilah işinin aparıldığı diqqətə çatdırılıb.  

Görülən antiterror tədbirləri çərçivəsində mülki vətəndaşlara heç bir zərərin dəymədiyi, onların təhlükəsizliyinin təmini istiqamətində öncədən bütün lazımi tədbirlərin görüldüyü bildirilib.

Azərbaycanın Qarabağda yaşayan erməni sakinlərinin bütün hüquq, azadlıq və təhlükəsizliyinin Azərbaycan Respublikasının Konstitusiyası və tərəfdar çıxdığı beynəlxalq insan hüquqları mexanizmlərinə uyğun olaraq təmin ediləcəyi vurğulanıb. 

Görüş zamanı müqabil tərəf Azərbaycanın Cənubi Qafqaz regionunda dayanıqlı sülhün təsis edilməsi vizionu və bu istiqamətdə atılan praktiki addımlar, habelə Ermənistanla normallaşma gündəliyi və Qarabağda yaşayan erməni əsilli sakinlərin reinteqrasiya prosesi barədə məlumatlandırılıb. 
Görüşdə yeni əməkdaşlıq istiqamətləri və qarşılıqlı maraq kəsb edən digər mövzular üzrə fikir mübadiləsi aparılıb. 

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Son xəbərlər bildirişlə telefonunuzda.
YükləApp Store YükləGoogle Play

SON XƏBƏRLƏR

Azərbaycanla Keniya arasında hüquqi əməkdaşlıq müzakirə olundu - FOTO

Azərbaycanla Keniya arasında hüquqi əməkdaşlıq müzakirə olundu - FOTO

Taksi sürücülərinin NƏZƏRİNƏ: Dekabrın 3-də imtahan var

Taksi sürücülərinin NƏZƏRİNƏ: Dekabrın 3-də imtahan var

Dörd bürc üçün yeni imkanlar AÇIQLACAQ: Vacib qərarlar günüdür

Dörd bürc üçün yeni imkanlar AÇIQLACAQ: Vacib qərarlar günüdür

Üç bölgədə sabah QAZ OLMAYACAQ

Üç bölgədə sabah QAZ OLMAYACAQ

Azərbaycanda inzibati bölgülər dəyişdirilir? – “Rayon” sözü “oymaq”, “el” ilə əvəzlənə bilər

Azərbaycanda inzibati bölgülər dəyişdirilir? – “Rayon” sözü “oymaq”, “el” ilə əvəzlənə bilər

Ermənistanda yeni Konstitusiya layihəsi BU TARİXDƏ açıqlanacaq

Ermənistanda yeni Konstitusiya layihəsi BU TARİXDƏ açıqlanacaq

"Bəzi xanımlar məni qısqanırlar"

"Bəzi xanımlar məni qısqanırlar"

"Böyük Dəbilqə": Daha bir cüdoçumuz qızıl medal qazandı

"Böyük Dəbilqə": Daha bir cüdoçumuz qızıl medal qazandı

Dünyaca məşhur aktyor Kiyevə gəldi, metroda gecələdi - FOTO/VİDEO

Dünyaca məşhur aktyor Kiyevə gəldi, metroda gecələdi - FOTO/VİDEO

Bakının 2 rayonunda QAZ OLMAYACAQ

Bakının 2 rayonunda QAZ OLMAYACAQ

Türkiyədə Cümhuriyyət Bayramı belə qeyd edildi - VİDEO

Türkiyədə Cümhuriyyət Bayramı belə qeyd edildi - VİDEO

Bakıda keçirilən NATO qiymətləndirilməsi başa çatıb - FOTO

Bakıda keçirilən NATO qiymətləndirilməsi başa çatıb - FOTO

Qadın cüdoçumuzdan “Böyük Dəbilqə” turnirində TARİXİ NƏTİCƏ

Qadın cüdoçumuzdan “Böyük Dəbilqə” turnirində TARİXİ NƏTİCƏ

Berlində nümayişlər DAVAM EDİR: Universitetlərin girişi bağlanır

Berlində nümayişlər DAVAM EDİR: Universitetlərin girişi bağlanır

Xalq artisti Zaur Rzayev VƏFAT ETDİ

Xalq artisti Zaur Rzayev VƏFAT ETDİ

Ceyranbatan məktəbində qida zəhərlənməsi təsdiqlənmədi - RƏSMİ

Ceyranbatan məktəbində qida zəhərlənməsi təsdiqlənmədi - RƏSMİ

Kanadaya Aİ-də xüsusi status verilə bilər

Kanadaya Aİ-də xüsusi status verilə bilər

1/8 finalın bütün cütləri - Azərbaycan kuboku

1/8 finalın bütün cütləri - Azərbaycan kuboku

Bakının bu yollarında tıxac var - FOTO

Bakının bu yollarında tıxac var - FOTO

"Lənkəranski"nin "qan düşməni"nə 13 il cəza İSTƏNİLDİ

"Lənkəranski"nin "qan düşməni"nə 13 il cəza İSTƏNİLDİ

Polşa Aİ-dən çıxır? - Ölkədə siyasi qarşıdurma

Polşa Aİ-dən çıxır? - Ölkədə siyasi qarşıdurma

Altı il öncə bu gün – 28 oktyabrda şəhid olmuş qəhrəmanlarımız – FOTOLAR

Altı il öncə bu gün – 28 oktyabrda şəhid olmuş qəhrəmanlarımız – FOTOLAR

Türkiyədə qaya uçqunu: 2 ölü, 1 yaralı var – FOTO-VİDEO

Türkiyədə qaya uçqunu: 2 ölü, 1 yaralı var – FOTO-VİDEO

Alen Simonyan: “Azərbaycanla təmasların intensivləşməsinə sevinirəm”

Alen Simonyan: “Azərbaycanla təmasların intensivləşməsinə sevinirəm”

End of content

No more pages to load

RADİO