Şarl Mişel Prezident İlham Əliyevə zəng edib

Sentyabrın 20-də Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib. 

Bizim.Media xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin Mətbuat Xidməti məlumat yayıb. 
 

MÖVZU İLƏ BAĞLI:

Prezident İlham Əliyev xalqa müraciət edir - CANLI


Telefon söhbəti zamanı regiondakı vəziyyət barədə fikir mübadiləsi aparılıb. Şarl Mişel regionda baş vermiş hadisələrdən narahatlığını ifadə edib. 

Prezident İlham Əliyev Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Qarabağ bölgəsindəki birləşmələrinin dünən terror aktları törətdiklərini, nəticədə polis əməkdaşlarının və mülki şəxslərin həlak olduğunu bildirib, buna cavab olaraq Azərbaycanın lokal xarakterli antiterror tədbirləri görməli olduğunu qeyd edib. 

Dövlətimizin başçısı bu gün antiterror tədbirlərinin dayandırılması ilə bağlı əldə edilmiş razılaşmaya toxunaraq, Ermənistan silahlı qüvvələrinin bölmələrinin Qarabağdan çıxarılmasının, qanunsuz silahlı dəstələrin silahı yerə qoymasının və tərksilah edilməsinin, Yevlaxda keçiriləcək görüşün müsbət addım olduğunu bildirib.

Prezident İlham Əliyev qeyd edib ki, Yevlax görüşündə Azərbaycan Respublikasının Konstitusiyası və qanunları əsasında Qarabağ ermənilərinin hüquqları və öhdəlikləri ilə əlaqədar, o cümlədən onların mədəni, dini, bələdiyyə və digər hüquqları ilə bağlı məsələlər müzakirə ediləcək.

Dövlətimizin başçısı bildirib ki, bunu Azərbaycan öz daxili işləri kontekstində həyata keçirir. 

Azərbaycan Prezidenti regional sülh gündəliyinin dəstəklənməsinin əhəmiyyətinə toxunub, birtərəfli addımların atılmasının tamamilə əks effekt yarada biləcəyini deyib. Dövlətimizin başçısı vurğulayıb ki, əldə edilmiş nəticələr Azərbaycan ilə Ermənistan arasında sülh müqaviləsi üzrə danışıqların da irəli aparılmasına müsbət təsir göstərəcək. 
Avropa İttifaqı Şurasının Prezidenti antiterror tədbirlərinin dayandırılmasını müsbət hal kimi qiymətləndirib, atəşkəs rejiminin təmin olunacağına ümidvarlığını ifadə edib. Şarl Mişel, həmçinin Yevlaxda keçiriləcək görüşü də müsbət dəyərləndirib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Ukrayna XİN: “Zelenski Putinlə görüşməyə hazırdır”

Ukrayna XİN: “Zelenski Putinlə görüşməyə hazırdır”

Metroda Yaşıl və Qırmızı xətlərdə 20 dəqiqəyədək yubanmalar müşahidə olunur

Metroda Yaşıl və Qırmızı xətlərdə 20 dəqiqəyədək yubanmalar müşahidə olunur

Mateus Silva “Qarabağ”dan AYRILA BİLƏR

Mateus Silva “Qarabağ”dan AYRILA BİLƏR

Mina nişanlarına məhəl qoymamaq faciəyə aparır - VİDEO

Mina nişanlarına məhəl qoymamaq faciəyə aparır - VİDEO

Kərim Benzema “Əl-İttihad”dan ayrılmaq istəyir

Kərim Benzema “Əl-İttihad”dan ayrılmaq istəyir

Tural Feyzullayev Mərkəzi Bankın baş direktoru TƏYİN EDİLDİ

Tural Feyzullayev Mərkəzi Bankın baş direktoru TƏYİN EDİLDİ

Ötən il əlilliyi olan neçə nəfər işlə təmin edilib?

Ötən il əlilliyi olan neçə nəfər işlə təmin edilib?

Mərkəzi Bankın sədrinə yeni müşavir təyin edildi - FOTO

Mərkəzi Bankın sədrinə yeni müşavir təyin edildi - FOTO

“Kontakt” Gürcüstan bazarında gücünü ikiqat artırır

“Kontakt” Gürcüstan bazarında gücünü ikiqat artırır

Uşaqlarda boy artımı niyə zəifləyib? - FOTO

Uşaqlarda boy artımı niyə zəifləyib? - FOTO

“Nərimanov” metro stansiyasında problem yaranıb? – GECİKMƏ VAR - FOTO

“Nərimanov” metro stansiyasında problem yaranıb? – GECİKMƏ VAR - FOTO

Naftalan Şəhər Mərkəzi Xəstəxanası cərimə olundu

Naftalan Şəhər Mərkəzi Xəstəxanası cərimə olundu

“Goal” nəşri “Qarabağ”dan yazdı: Məntiqləri alt-üst etdi - FOTO

“Goal” nəşri “Qarabağ”dan yazdı: Məntiqləri alt-üst etdi - FOTO

Rəna Həsənova yüksək vəzifəyə TƏYİN EDİLDİ

Rəna Həsənova yüksək vəzifəyə TƏYİN EDİLDİ

Prezidentin “general-mayor” rütbəsi verdiyi gömrükçülər kimdir? – DOSYE

Prezidentin “general-mayor” rütbəsi verdiyi gömrükçülər kimdir? – DOSYE

Kəmalə Ağazadə xəstəxanadan EVƏ buraxıldı

Kəmalə Ağazadə xəstəxanadan EVƏ buraxıldı

Gömrük Komitəsinin üç əməkdaşına "general-mayor" rütbəsi VERİLDİ – ADLAR

Gömrük Komitəsinin üç əməkdaşına "general-mayor" rütbəsi VERİLDİ – ADLAR

Prezidentdən Şahin Bağırovla bağlı SƏRƏNCAM

Prezidentdən Şahin Bağırovla bağlı SƏRƏNCAM

İlham Əliyev bu şəxsləri təltif etdi – SİYAHI

İlham Əliyev bu şəxsləri təltif etdi – SİYAHI

Şahbuzda minik avtomobili qaz xəttinə çırpıldı - Sakinlər qazsız qaldı

Şahbuzda minik avtomobili qaz xəttinə çırpıldı - Sakinlər qazsız qaldı

"Barselona" və "Çelsi"dən "Qarabağ"la bağlı PAYLAŞIM – FOTO

"Barselona" və "Çelsi"dən "Qarabağ"la bağlı PAYLAŞIM – FOTO

Fuad Nağıyev bu idarəyə xanım rəis TƏYİN ETDİ

Fuad Nağıyev bu idarəyə xanım rəis TƏYİN ETDİ

Müəllimdən hədə-qorxu ilə pul tələb edən blogerə HÖKM OXUNDU

Müəllimdən hədə-qorxu ilə pul tələb edən blogerə HÖKM OXUNDU

Yasamalda 2 oğru qadın tutuldu

Yasamalda 2 oğru qadın tutuldu

End of content

No more pages to load

RADİO