XİN başçısı israilli həmkarı ilə Ermənistanın hərbi təxribatlarını müzakirə edib - FOTO 

20 sentyabr 2023-cü il tarixində BMT Baş Assambleyasının 78-ci sessiyasının yüksək səviyyəli həftəsi çərçivəsində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov İsrailin xarici işlər naziri Eli Kohenlə görüşüb. 

XİN-dən Bizim.Media-ya bildirilib ki, tərəflər strateji xarakter daşıyan ikitərəfli münasibətlərin bütün spektrləri, habelə beynəlxalq və regional məsələlər üzrə müxtəlif səviyyələrdə siyasi dialoqun bundan sonra da fəal surətdə inkişaf etdirilməsinə hazır olduqlarını ifadə ediblər. 

İki ölkə arasında iqtisadi, təhlükəsizlik, turizm, təhsil, ticarət, yüksək texnologiyalar və digər sahələrdə dərin əməkdaşlıq əlaqələrinin qurulduğu məmnunluq hissi ilə qeyd olunub və bu xüsusda, Azərbaycan Respublikası Hökuməti ilə İsrail Dövləti Hökuməti arasında Birgə Komissiyanın uğurlu fəaliyyəti təqdir edilib.

Azərbaycanın İsraildə Ticarət və Turizm nümayəndəliklərinin açılmasının, habelə Səfirliyinin təsis edilməsinin ikitərəfli əməkdaşlığın inkişafına bundan sonra da töhfə verəcəyinə əminlik ifadə olunub. 
Nazir Ceyhun Bayramov Ermənistan və onun yaratdığı qondarma rejim tərəfindən həyata keçirilən hərbi-siyasi təxribatlar barədə qarşı tərəfə ətraflı məlumat verib və bu təxribatlara cavab olaraq qanunsuz Erməni silahlı qüvvələrinə qarşı həyata keçirilən anti-terror əməliyyatının əsas məqsədinin bölgədə sülh və sabitliyin bərqərar olması, qanunsuz qüvvələrin tərksilah edilməsi və qondarma rejimin buraxılması olduğunu diqqətə çatdırıb. 

İsrail Dövlətinin xarici işlər naziri Eli Kohen ölkəsinin Azərbaycanla hərtərəfli əməkdaşlıqda maraqlı olduğunu qeyd edib. 

Görüş zamanı, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlərə dair fikir mübadiləsi aparılıb. 




Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Əli Əsədovdan YENİ sərəncam

Əli Əsədovdan YENİ sərəncam

Qrenlandiyada ABŞ bayrağını qaldırmaq istəyən şəxs tutuldu – VİDEO

Qrenlandiyada ABŞ bayrağını qaldırmaq istəyən şəxs tutuldu – VİDEO

Məktəb direktoru şagirdi döyüb? – VİDEO

Məktəb direktoru şagirdi döyüb? – VİDEO

Röya qalmaqalına görə Xətai İcra hakimiyyətindəki vəzifəsini itirdi – FOTO/VİDEO

Röya qalmaqalına görə Xətai İcra hakimiyyətindəki vəzifəsini itirdi – FOTO/VİDEO

Onlar Trampı sakitləşdirmək üçün bu addımı atdılar

Onlar Trampı sakitləşdirmək üçün bu addımı atdılar

Qazaxıstanda Qızıl Orda dövrünə aid 3 yaşayış məskəni tapıldı – VİDEO

Qazaxıstanda Qızıl Orda dövrünə aid 3 yaşayış məskəni tapıldı – VİDEO

Bu FOTOLARA diqqətlə baxın – Qəzadan sağ çıxdılar

Bu FOTOLARA diqqətlə baxın – Qəzadan sağ çıxdılar

Argentina prezidenti səhnədə keçmiş sevgilisi ilə mahnı oxudu - VİDEO

Argentina prezidenti səhnədə keçmiş sevgilisi ilə mahnı oxudu - VİDEO

“Qarabağ” 2500 manat CƏRİMƏLƏNDİ

“Qarabağ” 2500 manat CƏRİMƏLƏNDİ

Polis Qars şəhərində əməliyyat keçirdi - 21 qadın xilas edildi – FOTO/VİDEO

Polis Qars şəhərində əməliyyat keçirdi - 21 qadın xilas edildi – FOTO/VİDEO

Sabunçu sakinləri yağışdan çıxıb yağmura yox, palçığa düşürlər – VİDEO

Sabunçu sakinləri yağışdan çıxıb yağmura yox, palçığa düşürlər – VİDEO

Sabah hava necə olacaq? – PROQNOZ

Sabah hava necə olacaq? – PROQNOZ

Yolda sürət yarışı təşkil edən sürücülər SAXLANILDI – VİDEO

Yolda sürət yarışı təşkil edən sürücülər SAXLANILDI – VİDEO

Rusiya bir gündə iki təyyarə itirdi

Rusiya bir gündə iki təyyarə itirdi

Arda Güler tarixi oyunda “dəliyə döndü”: “Niyə hər zaman mən çıxıram” – VİDEO

Arda Güler tarixi oyunda “dəliyə döndü”: “Niyə hər zaman mən çıxıram” – VİDEO

Bakıda yeni beynəlxalq məktəb açılır

Bakıda yeni beynəlxalq məktəb açılır

Bu rayonda da icra başçısının müavini İŞDƏN ÇIXARILDI - FOTO

Bu rayonda da icra başçısının müavini İŞDƏN ÇIXARILDI - FOTO

Bakıda qadından ağılasığmaz OĞURLUQ: Qapısı açıq olan evləri taladı – ANBAAN VİDEO

Bakıda qadından ağılasığmaz OĞURLUQ: Qapısı açıq olan evləri taladı – ANBAAN VİDEO

Vüsalə Səid bu radioda çalışacaq

Vüsalə Səid bu radioda çalışacaq

DSX generalı yeni vəzifəyə təyin edildi

DSX generalı yeni vəzifəyə təyin edildi

Konstitusiya və Suverenlik irsinə Naxçıvandan konseptual elmi töhfə

Konstitusiya və Suverenlik irsinə Naxçıvandan konseptual elmi töhfə

“Avroviziya 2026”nın aparıcıları onlar olacaq – FOTO

“Avroviziya 2026”nın aparıcıları onlar olacaq – FOTO

Gəncədə “BakuBus”ın 10 milyonuncu sərnişini o oldu – VİDEO

Gəncədə “BakuBus”ın 10 milyonuncu sərnişini o oldu – VİDEO

Sürücülərin DİQQƏTİNƏ! Bu yolda hərəkət məhdudlaşdırılır

Sürücülərin DİQQƏTİNƏ! Bu yolda hərəkət məhdudlaşdırılır

End of content

No more pages to load

RADİO