Ceyhun Bayramov latviyalı həmkarı ilə Azərbaycanın sülh və antiterror tədbirlərini müzakirə edib

BMT Baş Assambleyasının 78-ci sessiyasının yüksək səviyyəli həftəsi çərçivəsində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Latviya Respublikasının xarici işlər naziri Krişyanis Karins ilə görüşüb. 

Bu barədə Bizim.Media-ya Azərbaycan Xarici İşlər Nazirliyindən bildirilib. 

Görüşdə iki ölkə arasında ikitərəfli və çoxtərəfli əməkdaşlıq məsələləri, habelə bölgədə mövcud vəziyyət müzakirə olunub. 

Ceyhun Bayramov bölgədə mövcud vəziyyət, Azərbaycan tərəfindən Qarabağ bölgəsində keçirilən antiterror tədbirlərinin nəticələri barədə qarşı tərəfi ətraflı məlumatlandırıb. Sözügedən tədbirlər nəticəsində bölgədə sülh və təhlükəsizliyə hədə olan qeyri-qanuni erməni silahlı birləşmələrinin buraxıldığı diqqətə çatdırılıb.
Görülən antiterror tədbirləri çərçivəsində mülki şəxslərin hədəf alınmadığı, bu xüsusda onların təhlükəsizliyinin təmini istiqamətində öncədən bütün lazımi tədbirlərin görüldüyü bildirilib. 

Nazir beynəlxalq hüquq və 10 noyabr 2020-ci il tarixli Üçtərəfli Bəyanata zidd olaraq suveren ərazilərimizdə mövcudluğunu davam etdirən qeyri-qanuni qüvvələrin buraxılmasının həm də Qarabağ bölgəsində yaşayan erməni əsilli sakinlərin də cəmiyyətimizə reinteqrasiyası prosesinin qarşısında duran ən böyük çağırışın aradan qaldırılması olduğunu vurğulayıb.

Bu xüsusda, Azərbaycanın erməni sakinlərin hüquq və azadlıqlarının, onların təhlükəsizliyinin Azərbaycan Respublikasının Konstitusiyası və tərəfdar çıxdığı beynəlxalq mexanizmlər əsasında təmin etmək əzmində olduğu diqqətə çatdırılıb. 

Görüş zamanı, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Əli Əsədovdan YENİ sərəncam

Əli Əsədovdan YENİ sərəncam

Qrenlandiyada ABŞ bayrağını qaldırmaq istəyən şəxs tutuldu – VİDEO

Qrenlandiyada ABŞ bayrağını qaldırmaq istəyən şəxs tutuldu – VİDEO

Məktəb direktoru şagirdi döyüb? – VİDEO

Məktəb direktoru şagirdi döyüb? – VİDEO

Röya qalmaqalına görə Xətai İcra hakimiyyətindəki vəzifəsini itirdi – FOTO/VİDEO

Röya qalmaqalına görə Xətai İcra hakimiyyətindəki vəzifəsini itirdi – FOTO/VİDEO

Onlar Trampı sakitləşdirmək üçün bu addımı atdılar

Onlar Trampı sakitləşdirmək üçün bu addımı atdılar

Qazaxıstanda Qızıl Orda dövrünə aid 3 yaşayış məskəni tapıldı – VİDEO

Qazaxıstanda Qızıl Orda dövrünə aid 3 yaşayış məskəni tapıldı – VİDEO

Bu FOTOLARA diqqətlə baxın – Qəzadan sağ çıxdılar

Bu FOTOLARA diqqətlə baxın – Qəzadan sağ çıxdılar

Argentina prezidenti səhnədə keçmiş sevgilisi ilə mahnı oxudu - VİDEO

Argentina prezidenti səhnədə keçmiş sevgilisi ilə mahnı oxudu - VİDEO

“Qarabağ” 2500 manat CƏRİMƏLƏNDİ

“Qarabağ” 2500 manat CƏRİMƏLƏNDİ

Polis Qars şəhərində əməliyyat keçirdi - 21 qadın xilas edildi – FOTO/VİDEO

Polis Qars şəhərində əməliyyat keçirdi - 21 qadın xilas edildi – FOTO/VİDEO

Sabunçu sakinləri yağışdan çıxıb yağmura yox, palçığa düşürlər – VİDEO

Sabunçu sakinləri yağışdan çıxıb yağmura yox, palçığa düşürlər – VİDEO

Sabah hava necə olacaq? – PROQNOZ

Sabah hava necə olacaq? – PROQNOZ

Yolda sürət yarışı təşkil edən sürücülər SAXLANILDI – VİDEO

Yolda sürət yarışı təşkil edən sürücülər SAXLANILDI – VİDEO

Rusiya bir gündə iki təyyarə itirdi

Rusiya bir gündə iki təyyarə itirdi

Arda Güler tarixi oyunda “dəliyə döndü”: “Niyə hər zaman mən çıxıram” – VİDEO

Arda Güler tarixi oyunda “dəliyə döndü”: “Niyə hər zaman mən çıxıram” – VİDEO

Bakıda yeni beynəlxalq məktəb açılır

Bakıda yeni beynəlxalq məktəb açılır

Bu rayonda da icra başçısının müavini İŞDƏN ÇIXARILDI - FOTO

Bu rayonda da icra başçısının müavini İŞDƏN ÇIXARILDI - FOTO

Bakıda qadından ağılasığmaz OĞURLUQ: Qapısı açıq olan evləri taladı – ANBAAN VİDEO

Bakıda qadından ağılasığmaz OĞURLUQ: Qapısı açıq olan evləri taladı – ANBAAN VİDEO

Vüsalə Səid bu radioda çalışacaq

Vüsalə Səid bu radioda çalışacaq

DSX generalı yeni vəzifəyə təyin edildi

DSX generalı yeni vəzifəyə təyin edildi

Konstitusiya və Suverenlik irsinə Naxçıvandan konseptual elmi töhfə

Konstitusiya və Suverenlik irsinə Naxçıvandan konseptual elmi töhfə

“Avroviziya 2026”nın aparıcıları onlar olacaq – FOTO

“Avroviziya 2026”nın aparıcıları onlar olacaq – FOTO

Gəncədə “BakuBus”ın 10 milyonuncu sərnişini o oldu – VİDEO

Gəncədə “BakuBus”ın 10 milyonuncu sərnişini o oldu – VİDEO

Sürücülərin DİQQƏTİNƏ! Bu yolda hərəkət məhdudlaşdırılır

Sürücülərin DİQQƏTİNƏ! Bu yolda hərəkət məhdudlaşdırılır

End of content

No more pages to load

RADİO