İlham Əliyev BP şirkətinin İdarə Heyətinin sədrini QƏBUL ETDİ - FOTO  

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 20-də BP şirkətinin İdarə Heyətinin sədri Helqe Landı qəbul edib. 

Bizim.Media xəbər verir ki, görüşdə BP şirkətinin hasilat və əməliyyatlar üzrə icraçı vitse-prezidenti Qordon Birrel və 1994-cü il sentyabrın 20-də “Əsrin müqaviləsi”nin imzalanmasında iştirak edən şirkətin sabiq baş icraçı direktoru Lord Con Filip Braun iştirak ediblər. 

Söhbət zamanı 20 sentyabr – “Əsrin müqaviləsi”nin imzalandığı günün önəmi qeyd edilib, bunun ölkəmizin inkişaf tarixində çox mühüm bir səhifə olduğu vurğulanıb.

Prezident İlham Əliyev “Əsrin müqaviləsi”nin imzalandığı və Azərbaycanda neft işçilərinin peşə bayramı kimi qeyd edilən Neftçilər Günündə bu görüşdə BP şirkətinin rəhbərliyinin, həmçinin tarixi müqavilənin birbaşa iştirakçısı və uzun illər BP şirkətinin rəhbəri olan Lord Con Filip Braunun iştirakını yüksək qiymətləndirərək, Azərbaycan ilə şirkət arasında həyata keçirilən uzunmüddətli sıx, səmərəli və strateji əməkdaşlığın tarixinə toxunub.

Dövlət başçısı bunu investorlar və investisiya qoyulan ölkə arasında olan əməkdaşlığın yaxşı nümunəsi kimi dəyərləndirib və bu əməkdaşlığın qarşılıqlı inam, etimad və faydaya əsaslandığını məmnunluqla qeyd edib. 

Prezident İlham Əliyev Azərbaycanın keçdiyi çətin və tarixi sınaq dövründə ölkədə iqtisadi inkişaf yolunun əsasının qoyulmasında 1994-cü ildə imzalanan “Əsrin müqaviləsi”nin xüsusi rolunu vurğulayıb. 

Ölkəmizin sosial-iqtisadi nailiyyətlərində neft-qaz sektorunun xüsusi önəminə toxunan dövlət başçısı Azərbaycanın təşəbbüsü və iştirakı ilə həyata keçirilmiş və nəzərdə tutulan regional və qlobal miqyaslı layihələrdən danışıb.

BP şirkətinin sabiq baş icraçı direktoru Lord Con Filip Braun “Əsrin müqaviləsi”nin imzalandığı həmin çətin dövrdə məhz Ulu Öndər Heydər Əliyevin Azərbaycana rəhbərlik etməsi sayəsində investisiya qoyuluşu üçün mövcud risklərin dəf edildiyini və beləliklə bunun nəticəsində bu mühüm müqavilənin imzalandığını böyük məmnunluqla xatırlayıb.

Şirkətin nümayəndələri ölkəmizin mürəkkəb dövründə “Əsrin müqaviləsi”nin Ümummilli Liderin qətiyyətli və məharətli siyasəti nəticəsində ərsəyə gəldiyini vurğulayıblar, Azərbaycanın enerji ehtiyatlarının inkişafında bu müqavilənin rolundan bəhs ediblər. 
Onlar qeyd ediblər ki, müasir dövrdə Azərbaycanın neft-qaz yataqlarının işlənilməsinə Ulu Öndər Heydər Əliyevin ölkəmizə rəhbərlik etdiyi dövrlərdə yaradılan infrastruktur böyük töhfə verib və irimiqyaslı layihələrin qısa müddətdə həyata keçirilməsini şərtləndirib.

Vurğulanıb ki, ölkəmizdə icra olunan layihələrdə tətbiq edilən mühəndislik, ətraf mühitin qorunması və digər standartlar BP-nin fəaliyyət göstərdiyi dünyanın digər bölgələrindəki standartlar səviyyəsindədir və ya onlardan da üstündür. Bu da ölkəmizin neft-qaz sahəsində zəngin insan kapitalının mövcudluğu hesabına mümkün olub. 

Azərbaycanın dünyanın ən qədim neft-qaz sənayesinə malik olduğunu deyən qonaqlar bu sənayenin ən müasir səviyyəyə çatdırılmasında ölkəmizin beynəlxalq enerji şirkətləri ilə əməkdaşlığına və strateji baxışına toxunublar. 

Söhbət zamanı BP şirkətinin Azərbaycanda neft-qaz və enerji sahələrində gələcək layihələrdə də maraqlı olduğu vurğulanıb, yeni sərmayə qoyuluşu imkanları müzakirə edilib.

Qlobal enerji keçidi nəzərə alınaraq, BP-nin Azərbaycanda olan tərəfdaşlarla, o cümlədən SOCAR ilə əməkdaşlıqda, yeni bərpaolunan enerji layihələrinin həyata keçirilməsində maraqlı və qətiyyətli olduğu bir daha diqqətə çatdırılıb. 

Görüşdə əməkdaşlığın perspektivləri ilə bağlı fikir mübadiləsi aparılıb. 

Sonda Lord Con Filip Braun Ulu Öndərlə olan xatirə fotosunu dövlət başçısına təqdim edib. 
 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Avtomobil kreditləri üzrə orta faiz dərəcəsi ARTDI

Avtomobil kreditləri üzrə orta faiz dərəcəsi ARTDI

Dünyanın sonu bir addım da yaxınlaşdı – “Qiyamət günü” ilə bağlı SENSASİON XƏBƏRDARLIQ

Dünyanın sonu bir addım da yaxınlaşdı – “Qiyamət günü” ilə bağlı SENSASİON XƏBƏRDARLIQ

Rusiya ilə Ukrayna arasında NÖVBƏTİ meyit mübadiləsi - FOTO

Rusiya ilə Ukrayna arasında NÖVBƏTİ meyit mübadiləsi - FOTO

Rəqsanə canlı yayımda ağladı: “Məndən nə istəyirsiniz?” - VİDEO

Rəqsanə canlı yayımda ağladı: “Məndən nə istəyirsiniz?” - VİDEO

Pensiya alanlara şad xəbər: Gələn həftə...

Pensiya alanlara şad xəbər: Gələn həftə...

Azərbaycan rusiyalıların ən çox səyahət etdiyi ilk ÜÇLÜKDƏ

Azərbaycan rusiyalıların ən çox səyahət etdiyi ilk ÜÇLÜKDƏ

PSJ-nin baş məşqçisi: “Qarabağ”la oynamaq daha yaxşıdır”

PSJ-nin baş məşqçisi: “Qarabağ”la oynamaq daha yaxşıdır”

Aysun ilk dəfə qardaşını efirdə GÖRDÜ – VİDEO

Aysun ilk dəfə qardaşını efirdə GÖRDÜ – VİDEO

Azərbaycanın yeni sənaye xəritəsi - Qeyri-neft sektorunun inkişafında sənaye parkları və regional sənayeləşmə modeli

Azərbaycanın yeni sənaye xəritəsi - Qeyri-neft sektorunun inkişafında sənaye parkları və regional sənayeləşmə modeli

Hansı evlərə kupça verilməyəcək? – Rəsmi

Hansı evlərə kupça verilməyəcək? – Rəsmi

Paytaxtdakı zəncirvari qəzanın ANBAAN VİDEOSU

Paytaxtdakı zəncirvari qəzanın ANBAAN VİDEOSU

“Qardaşım ölməyib, sağdır” - Əhəd Abıyev

“Qardaşım ölməyib, sağdır” - Əhəd Abıyev

“Qarabağ”ın “Liverpul”a məğlubiyyətinin hansı faydası OLACAQ?

“Qarabağ”ın “Liverpul”a məğlubiyyətinin hansı faydası OLACAQ?

13 yaşlı qız 32 yaşlı diş həkimi ilə nişanlanmaq üçün görün nə etdi? – ŞOK DETAL

13 yaşlı qız 32 yaşlı diş həkimi ilə nişanlanmaq üçün görün nə etdi? – ŞOK DETAL

Məmmədbəyli kəndində daha 26 ailəyə evlərinin açarları təqdim olundu – FOTO

Məmmədbəyli kəndində daha 26 ailəyə evlərinin açarları təqdim olundu – FOTO

Dağıstanda terror aktları planlaşdıran 2 nəfər məhv edildi - VİDEO

Dağıstanda terror aktları planlaşdıran 2 nəfər məhv edildi - VİDEO

Azərbaycan UEFA reytinqində İRƏLİLƏDİ

Azərbaycan UEFA reytinqində İRƏLİLƏDİ

Onlar əsgərlikdən tamamilə azad edilir

Onlar əsgərlikdən tamamilə azad edilir

Ukrayna müharibəsində daha bir soydaşımız həlak oldu – FOTO

Ukrayna müharibəsində daha bir soydaşımız həlak oldu – FOTO

Hamamı təmir edərkən dəm qazından boğuldu

Hamamı təmir edərkən dəm qazından boğuldu

Azərbaycanda iqtisadiyyatın yeni drayverləri - sənaye parkları qeyri-neft sektorunun inkişafında müstəsna əhəmiyyətə malikdir

Azərbaycanda iqtisadiyyatın yeni drayverləri - sənaye parkları qeyri-neft sektorunun inkişafında müstəsna əhəmiyyətə malikdir

Nəzarətsiz geyim, təhlükəli GƏLƏCƏK - Məktəblərdə geyim kodeksinə nəzarət etməyin VAXTIDIR

Nəzarətsiz geyim, təhlükəli GƏLƏCƏK - Məktəblərdə geyim kodeksinə nəzarət etməyin VAXTIDIR

Gəncədə vəfat edən 5 yaşlı qız epilepsiya xəstəsi olub – RƏSMİ AÇIQLAMA

Gəncədə vəfat edən 5 yaşlı qız epilepsiya xəstəsi olub – RƏSMİ AÇIQLAMA

Mikayıl Müşfiqin xatirə muzeyinin təmiri üçün TENDER elan edildi – RƏSMİ/VİDEO

Mikayıl Müşfiqin xatirə muzeyinin təmiri üçün TENDER elan edildi – RƏSMİ/VİDEO

End of content

No more pages to load

RADİO