Ceyhun Bayramov Hakan Fidanla Qarabağdakı antiterror tədbirlərini MÜZAKİRƏ EDİB  

Sentyabrın 19-da Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov BMT Baş Assambleyasının 78-ci sessiyasının açılışında iştirak məqsədilə Nyu-York şəhərinə işgüzar səfəri çərçivəsində Türkiyənin xarici işlər naziri Hakan Fidan ilə görüşüb. 

Bu barədə Bizim.Media-ya Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən məlumat verilib. 

Bildirilib ki, nazirlər Azərbaycan ilə Türkiyə arasında strateji müttəfiqlik əlaqələrdən irəli gələn məsələləri, eləcə də bölgəmizdəki son vəziyyəti müzakirə ediblər.
Ceyhun Bayramov həmkarını regiondakı son vəziyyət və Azərbaycan tərəfindən başladılan lokal antiterror tədbirləri barədə məlumatlandırıb, bu tədbirləri şərtləndirən amilləri diqqətə çatdırıb.

Nazir vurğulayıb ki, beynəlxalq hüququ və 2020-ci il 10 noyabr tarixli üçtərəfli Bəyanatın 4-cü bəndini kobud şəkildə pozmaqla Ermənistanın hələ də öz silahlı qüvvələrini Azərbaycan ərazisindən tam çıxarmaması, bütün mümkün siyasi, hərbi, maliyyə və ideoloji vasitələrlə Azərbaycanın ərazi bütövlüyünə və suverenliyinə qarşı seperatçılığı dəstəkləməkdə və təşviq etməkdə davam etməsi regionda gərginliyin əsas səbəbidir.

Ermənistan və onun tərəfindən Azərbaycanın suveren ərazilərində yaradılmış qanunsuz rejim tərəfindən son günlər ərzində hərbi təxribatların xüsusilə intensivləşdiyi, hərbi-quruculuq işlərinin geniş miqyas aldığı və döyüş mövqelərinin davamlı şəkildə gücləndirilməsinin müşahidə edildiyi, bütün bunların Azərbaycan ərazisində qanunsuz yerləşdirilmiş erməni silahlı birləşmələri tərəfindən növbəti dəfə iri miqyaslı hərbi təxribata hazırlıq gördüyünə dəlalət etdiyi diqqətə çatdırılıb. 

Son olaraq sentyabrın 19-da qanunsuz erməni hərbi birləşmələrinin kəşfiyyat-diversiya qrupları tərəfindən basdırılmış minaların partlaması nəticəsində aralarında ərazidə xidmət aparan Daxili İşlər Nazirliyinin əməkdaşları, habelə bərpa işlərinə cəlb edilmiş mülki şəxslərin olduğu 6 nəfərin həlak olduğu və 6 nəfərin isə ciddi xəsarət aldığı vurğulanıb. 
Silahlı Qüvvələrimiz tərəfindən həyata keçirilən lokal antiterror tədbirlərinin müstəsna olaraq legitim hərbi hədəflərə qarşı aparıldığı, Ermənistanın qanunsuz hərbi infrastrukturunu zərərsizləşdirmək məqsədi güddüyü qeyd edilib. 

C.Bayramov vurğulayıb ki, antiterror tədbirlərinin gedişində mülki şəxslərin və mülki infrastruktura zərər dəyməməsi üçün bütün tədbirlər görülüb.  

Azərbaycan tərəfi dəfələrlə bəyan etdiyi kimi, Qarabağ iqtisadi rayonunun erməni sakinlərinin bütün hüquq və azadlıqlarının, onların təhlükəsizliyinin Azərbaycan Respublikasının Konstitusiyası və tərəfdar çıxdığı beynəlxalq insan hüquqları mexanizmləri əsasında təmin etməkdə qətiyyətlidir.

Azərbaycanlı nazir vurğulayıb ki, bölgədə vəziyyətin sabitləşməsi üçün Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazilərindən tam çıxarılması, qanunsuz erməni silahlı birləşmələrinin tərksilah edilməsi, qanunsuz rejimin bütün ünsürlərinin buraxılması labüddür. 

Hakan Fidan hər zaman olduğu kimi, Azərbaycanın suveren ərazilərində həyata keçirdiyi legitim addımları dəstəklədiklərini diqqətə çatdırıb. 

Görüşdə qarşılıqlı maraq doğuran digər beynəlxalq və regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Yasamalda 2 oğru qadın tutuldu

Yasamalda 2 oğru qadın tutuldu

AQTA-dan bu şirkətlərə XƏBƏRDARLIQ – Belə hallara yol verilsə...

AQTA-dan bu şirkətlərə XƏBƏRDARLIQ – Belə hallara yol verilsə...

Kamran Əliyev onu hərbi prokuror təyin etdi

Kamran Əliyev onu hərbi prokuror təyin etdi

Zığ dairəsi-Hava Limanı yolunda sürət həddi bərpa edildi

Zığ dairəsi-Hava Limanı yolunda sürət həddi bərpa edildi

ABŞ Səfirliyi “Qarabağ”ı təbrik etdi - FOTO

ABŞ Səfirliyi “Qarabağ”ı təbrik etdi - FOTO

Tramvay “28 Mall”un qabağından keçəcək

Tramvay “28 Mall”un qabağından keçəcək

Nihat Kahveci “Qarabağ”ı təriflədi: Halal olsun!

Nihat Kahveci “Qarabağ”ı təriflədi: Halal olsun!

Baş nazirdən fövqəladə vəziyyətlə bağlı QƏRAR

Baş nazirdən fövqəladə vəziyyətlə bağlı QƏRAR

Lənkəranda Xəzər dənizi geri çəkildi – Görün suyun altından nə çıxdı?

Lənkəranda Xəzər dənizi geri çəkildi – Görün suyun altından nə çıxdı?

Ədliyyə Nazirliyi bu QHT-nin ləğvini istədi

Ədliyyə Nazirliyi bu QHT-nin ləğvini istədi

“Qarabağ”ın futbolçularına bu qədər mükafat VERİLƏCƏK

“Qarabağ”ın futbolçularına bu qədər mükafat VERİLƏCƏK

Azərbaycanda hotellərin 75 faizi BOŞDUR - Səbəb qiymətdir, yoxsa xidmət keyfiyyəti?

Azərbaycanda hotellərin 75 faizi BOŞDUR - Səbəb qiymətdir, yoxsa xidmət keyfiyyəti?

Nikol Paşinyan: “"Qarabağ hərəkatı" mövzusu birdəfəlik bağlanmalıdır”

Nikol Paşinyan: “"Qarabağ hərəkatı" mövzusu birdəfəlik bağlanmalıdır”

Avropa Liqası: “Fənərbağça” Rumıniya səfərində

Avropa Liqası: “Fənərbağça” Rumıniya səfərində

Bakının bu prospektində yol hərəkəti yenidən təşkil ediləcək – FOTO

Bakının bu prospektində yol hərəkəti yenidən təşkil ediləcək – FOTO

18 yaşlı Aidənin öldüyü hadisənin görüntüləri - Video

18 yaşlı Aidənin öldüyü hadisənin görüntüləri - Video

Masallıda üçəm dünyaya gəldi – FOTO

Masallıda üçəm dünyaya gəldi – FOTO

Lavrov azərbaycanlı jurnalistə müsahibə verdi - VİDEO

Lavrov azərbaycanlı jurnalistə müsahibə verdi - VİDEO

Avtomobil kreditləri üzrə orta faiz dərəcəsi ARTDI

Avtomobil kreditləri üzrə orta faiz dərəcəsi ARTDI

Dünyanın sonu bir addım da yaxınlaşdı – “Qiyamət günü” ilə bağlı SENSASİON XƏBƏRDARLIQ

Dünyanın sonu bir addım da yaxınlaşdı – “Qiyamət günü” ilə bağlı SENSASİON XƏBƏRDARLIQ

Rusiya ilə Ukrayna arasında NÖVBƏTİ meyit mübadiləsi - FOTO

Rusiya ilə Ukrayna arasında NÖVBƏTİ meyit mübadiləsi - FOTO

Rəqsanə canlı yayımda ağladı: “Məndən nə istəyirsiniz?” - VİDEO

Rəqsanə canlı yayımda ağladı: “Məndən nə istəyirsiniz?” - VİDEO

Pensiya alanlara şad xəbər: Gələn həftə...

Pensiya alanlara şad xəbər: Gələn həftə...

Azərbaycan rusiyalıların ən çox səyahət etdiyi ilk ÜÇLÜKDƏ

Azərbaycan rusiyalıların ən çox səyahət etdiyi ilk ÜÇLÜKDƏ

End of content

No more pages to load

RADİO