İlham Əliyevdən baş prokurorların 4-cü iclasının iştirakçılarına MÜRACİƏT 

Azərbaycan Prezidenti İlham Əliyev İqtisadi Əməkdaşlıq Təşkilatına (İƏT) üzv dövlətlərin baş prokurorlarının 4-cü iclasının iştirakçılarına müraciət ünvanlayıb. 

Bizim.Media xəbər verir ki, müraciətdə deyilir: 

"Hörmətli tədbir iştirakçıları! 

Sizi İqtisadi Əməkdaşlıq Təşkilatına (İƏT) üzv dövlətlərin baş prokurorlarının Bakı şəhərində keçirilən 4-cü iclasında səmimiyyətlə salamlayıram. 

Müstəqilliyini bərpa etdikdən sonra Azərbaycan Respublikasının üzvü olduğu ilk təşkilatlardan biri də İƏT olmuşdur. 

Sevindirici haldır ki, İƏT-in fəal üzvü kimi təşkilata üzv dövlətlərlə dostluq və qarşılıqlı hörmətə əsaslanan əməkdaşlığımız beynəlxalq platformalar çərçivəsində də uğurla inkişaf edir. 
Bildiyiniz kimi, Ermənistan Respublikası 30 ilə yaxın ölkəmizin 20% torpaqlarını işğal altında saxlamışdır. Fürsətdən istifadə edərək, işğal zamanı və sonrakı mərhələdə Azərbaycanın ədalətli mövqeyini dəstəkləməkdə göstərdikləri prinsipial mövqeyə görə İƏT-ə üzv ölkələrə minnətdarlığımı bildirmək istəyirəm. Bu dövr ərzində orada insanlıq əleyhinə və hərbi cinayətlər törədilmiş, etnik təmizləmə aparılmış, həmin ərazilərimiz narkotik vasitələrin yetişdirilməsi və daşınması, habelə beynəlxalq terrorçuların hazırlanması üçün istifadə edilmişdir. 

2020-ci ildə bu ərazilərimiz işğaldan azad edildikdən sonra isə Azərbaycan digər çağırışlarla qarşılaşmışdır.

Ölkəmizin şəhər və kəndləri Ermənistan tərəfindən qəsdən dağıdılmış, talan olunmuş, bütün mədəni və dini abidələr dağıdılmış, məscidlər təhqir olunmuş, qarət edilmişdir. Birinci Qarabağ müharibəsi və sonrakı dövrlərdə 4000-ə yaxın insan itkin düşmüşdür ki, onların taleyi ilə bağlı qarşı tərəf hələ də heç bir məlumat vermir.

Ermənistan işğal etdiyi ərazilərimizdə bir milyona yaxın mina basdırmış, urbisid, kultursid və ekosid cinayətləri törətmişdir. İşğala son qoyulan kimi dövlətimiz bütün gücünü səfərbər edərək bu ərazilərdə geniş quruculuq və bərpa işlərinə, erməni vandalizminin nəticələrini aradan qaldırmağa başlamışdır. 

Hörmətli iclas iştirakçıları, hər bir dövlətdə xalqın rifahının təmin edilməsini şərtləndirən iqtisadi inkişaf və hüquq qaydasının mövcudluğudur. Cinayətkarlıq qeyd olunan amillərə ciddi təhlükə olmaqla beynəlxalq səviyyədə mübarizənin aparılmasını tələb edən fenomendir.

Bu sahədə, xüsusilə transmilli cinayətkarlıqla mübarizədə prokurorluq orqanlarının qarşılıqlı əməkdaşlıq şəraitində fəaliyyət göstərməsi mühüm əhəmiyyət kəsb edir. 

Qlobal və regional təhdidlərin, islamafobiya meyllərinin artdığı bir zamanda İƏT-ə üzv dövlətlərin prokurorlarının qarşısında yeni vəzifələr durur. Narkotiklərin qanunsuz dövriyyəsi, insan alveri, korrupsiya, kibercinayətkarlıq, çirkli pulların yuyulması və sair cinayətlər beynəlxalq terrorçuluğun maliyyə mənbəyi olmaqla bəşəriyyətin gələcəyinə böyük təhlükə yaradır. 

Əminəm ki, vacib məsələlərin müzakirəsi iştirakçılara beynəlxalq təcrübədən faydalanmaq imkanı verməklə insan hüquqlarının müdafiəsi və iqtisadiyyatın inkişafı üçün münbit şəraitin yaradılması istiqamətində əməkdaşlığı daha da möhkəmləndirəcəkdir. 
Hesab edirəm ki, ölkəmizin İƏT-də sədrliyi dönəmində üzv dövlətlərin baş prokurorlarının bugünkü iclası regionumuzda insan hüquq və azadlıqlarının etibarlı müdafiəsinə, cinayətkarlığın bütün formalarına qarşı mübarizədə səylərimizin birləşdirilməsinə və qarşılıqlı əməkdaşlığın daha səmərəli həyata keçirilməsinə mühüm töhfə verəcəkdir. 

Sizə ən xoş arzularımı yetirir, iclasın işinə uğurlar diləyirəm". 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Ukrayna XİN: “Zelenski Putinlə görüşməyə hazırdır”

Ukrayna XİN: “Zelenski Putinlə görüşməyə hazırdır”

Metroda Yaşıl və Qırmızı xətlərdə 20 dəqiqəyədək yubanmalar müşahidə olunur

Metroda Yaşıl və Qırmızı xətlərdə 20 dəqiqəyədək yubanmalar müşahidə olunur

Mateus Silva “Qarabağ”dan AYRILA BİLƏR

Mateus Silva “Qarabağ”dan AYRILA BİLƏR

Mina nişanlarına məhəl qoymamaq faciəyə aparır - VİDEO

Mina nişanlarına məhəl qoymamaq faciəyə aparır - VİDEO

Kərim Benzema “Əl-İttihad”dan ayrılmaq istəyir

Kərim Benzema “Əl-İttihad”dan ayrılmaq istəyir

Tural Feyzullayev Mərkəzi Bankın baş direktoru TƏYİN EDİLDİ

Tural Feyzullayev Mərkəzi Bankın baş direktoru TƏYİN EDİLDİ

Ötən il əlilliyi olan neçə nəfər işlə təmin edilib?

Ötən il əlilliyi olan neçə nəfər işlə təmin edilib?

Mərkəzi Bankın sədrinə yeni müşavir təyin edildi - FOTO

Mərkəzi Bankın sədrinə yeni müşavir təyin edildi - FOTO

“Kontakt” Gürcüstan bazarında gücünü ikiqat artırır

“Kontakt” Gürcüstan bazarında gücünü ikiqat artırır

Uşaqlarda boy artımı niyə zəifləyib? - FOTO

Uşaqlarda boy artımı niyə zəifləyib? - FOTO

“Nərimanov” metro stansiyasında problem yaranıb? – GECİKMƏ VAR - FOTO

“Nərimanov” metro stansiyasında problem yaranıb? – GECİKMƏ VAR - FOTO

Naftalan Şəhər Mərkəzi Xəstəxanası cərimə olundu

Naftalan Şəhər Mərkəzi Xəstəxanası cərimə olundu

“Goal” nəşri “Qarabağ”dan yazdı: Məntiqləri alt-üst etdi - FOTO

“Goal” nəşri “Qarabağ”dan yazdı: Məntiqləri alt-üst etdi - FOTO

Rəna Həsənova yüksək vəzifəyə TƏYİN EDİLDİ

Rəna Həsənova yüksək vəzifəyə TƏYİN EDİLDİ

Prezidentin “general-mayor” rütbəsi verdiyi gömrükçülər kimdir? – DOSYE

Prezidentin “general-mayor” rütbəsi verdiyi gömrükçülər kimdir? – DOSYE

Kəmalə Ağazadə xəstəxanadan EVƏ buraxıldı

Kəmalə Ağazadə xəstəxanadan EVƏ buraxıldı

Gömrük Komitəsinin üç əməkdaşına "general-mayor" rütbəsi VERİLDİ – ADLAR

Gömrük Komitəsinin üç əməkdaşına "general-mayor" rütbəsi VERİLDİ – ADLAR

Prezidentdən Şahin Bağırovla bağlı SƏRƏNCAM

Prezidentdən Şahin Bağırovla bağlı SƏRƏNCAM

İlham Əliyev bu şəxsləri təltif etdi – SİYAHI

İlham Əliyev bu şəxsləri təltif etdi – SİYAHI

Şahbuzda minik avtomobili qaz xəttinə çırpıldı - Sakinlər qazsız qaldı

Şahbuzda minik avtomobili qaz xəttinə çırpıldı - Sakinlər qazsız qaldı

"Barselona" və "Çelsi"dən "Qarabağ"la bağlı PAYLAŞIM – FOTO

"Barselona" və "Çelsi"dən "Qarabağ"la bağlı PAYLAŞIM – FOTO

Fuad Nağıyev bu idarəyə xanım rəis TƏYİN ETDİ

Fuad Nağıyev bu idarəyə xanım rəis TƏYİN ETDİ

Müəllimdən hədə-qorxu ilə pul tələb edən blogerə HÖKM OXUNDU

Müəllimdən hədə-qorxu ilə pul tələb edən blogerə HÖKM OXUNDU

Yasamalda 2 oğru qadın tutuldu

Yasamalda 2 oğru qadın tutuldu

End of content

No more pages to load

RADİO