Rusiyanın Azərbaycan ərazisində müvəqqəti yerləşdirilmiş sülhməramlı kontingentinin komandanı növbəti dəfə dəyişib.
Bizim.Media xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, sülhməramlıların komandanı vəzifəsinə general-mayor Kulakov Kirill Denisoviç təyin edilib.
General-polkovnik Aleksandr Lentsovun yerinə təyin edilən Kulakov 20 iyul 1969-cu ildə anadan olub. 2017-ci ilin mart ayından Kazan Ali Hərbi Komandanlıq Məktəbinin komandiri olub.
Qeyd edək ki, Lentsov cari il aprelin 25-də Andrey Volkovun yerinə təyin edilmişdi.

Bizim.Media