TDT ölkələri prezidentlərinin köməkçiləri və diplomatik müşavirləri yeni dialoq mexanizmini işə salıblar.
Bizim.Media xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev özünün “Twitter” (hazırki “X”) hesabında məlumat verib.
“Türk Dövlətləri Təşkilatı çərçivəsində TDT sammitlərinin baxış və strateji məqsədlərinə çatmaq üçün biz prezidentlərin köməkçiləri və diplomatik müşavirləri səviyyəsində yeni dialoq və məsləhətləşmələr mexanizmini işə saldıq”, - deyə H.Hacıyev qeyd edib.

Bizim.Media