İlham Əliyev: “Azərbaycanla Özbəkistanı əsl dostluq və qardaşlıq telləri birləşdirir”

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevə təbrik məktubu ünvanlayıb. 

Bizim.Media xəbər verir ki, təbrik mətnində deyilir: 

"Hörmətli cənab Prezident, 

Qardaş Özbəkistan Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi və xoş arzularımı çatdırıram. 

Bu gün Sizin liderliyiniz və uzaqgörən siyasətiniz nəticəsində Özbəkistan dövlətçilik ənənələrinə və prinsiplərinə sadiq qalaraq sosial-iqtisadi yüksəliş yolu ilə inamla irəliləyir.
Rəhbərliyiniz altında ölkənizin əldə etdiyi mühüm nailiyyətlərin, beynəlxalq aləmdə qazandığı nüfuzun və hər keçən il daha böyük uğurlara imza atmasının şahidi olmaqdan xüsusi məmnunluq duyuruq.

Regionda cərəyan edən proseslərdə fəal rolu və mövqeyi Özbəkistana ən mötəbər beynəlxalq təşkilatların toplantılarını və zirvə görüşlərini yüksək səviyyədə keçirməyə imkan yaradır. Azərbaycan ilə Özbəkistanı əsl dostluq və qardaşlıq telləri birləşdirir. Belə möhkəm təməllər əsasında qurulmuş ikitərəfli münasibətlərimizin və strateji tərəfdaşlığımızın ildən-ilə yüksələn xətlə inkişaf etməsi və konkret məzmunla zənginləşməsi bizi sevindirir. 

Aramızdakı açıq və fəal siyasi dialoq, ali səviyyəli qarşılıqlı səfərlərimiz, mütəmadi görüşlərimiz, imzalanmış çoxsaylı sənədlər, uğurla həyata keçirilən birgə layihələr, o cümlədən Hökumətlərarası Komissiyanın fəaliyyəti əməkdaşlığımızın müsbət dinamikasını şərtləndirərək yeni tərəfdaşlıq istiqamətlərinin müəyyən edilməsində mühüm rol oynayır. 

Bir neçə gün əvvəl Azərbaycana həyata keçirdiyiniz dövlət səfəri Azərbaycan-Özbəkistan əlaqələrinin tarixində yeni səhifə açmış, strateji tərəfdaşlığımızın hərtərəfli inkişafına güclü təkan vermişdir. 

Əminəm ki, dövlətlərarası münasibətlərimizin daha da möhkəmləndirilməsi, əməkdaşlığımızın prioritet sahələrinin inkişafı, beynəlxalq təşkilatlar, xüsusilə də Türk Dövlətləri Təşkilatı çərçivəsində uğurlu birgə fəaliyyətimizin davam etdirilməsi və genişləndirilməsi yolunda bundan sonra da səylər göstərəcəyik. 
Belə bir əlamətdar gündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə müvəffəqiyyətlər, qardaş Özbəkistan xalqına daim əmin-amanlıq və firavanlıq arzulayıram". 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Tiktoker insan alverinə görə HƏBS olundu

Tiktoker insan alverinə görə HƏBS olundu

Xurmanın saymaqla bitməyən FAYDALARI

Xurmanın saymaqla bitməyən FAYDALARI

Şahbaz Şərif: “ABŞ-İran danışıqlarının nəticəsi Allahın əlindədir”

Şahbaz Şərif: “ABŞ-İran danışıqlarının nəticəsi Allahın əlindədir”

AYNA-dan taksilərlə bağlı AÇIQLAMA

AYNA-dan taksilərlə bağlı AÇIQLAMA

Paşinyanın kortejində QƏZA - 1 ölü, 12 yaralı

Paşinyanın kortejində QƏZA - 1 ölü, 12 yaralı

Tolik yenidən efirə qayıdır?

Tolik yenidən efirə qayıdır?

Vens İslamabaddadır - VİDEO

Vens İslamabaddadır - VİDEO

Azərbaycana xaricdən gətirilən arılar RİSK yaradır - Arıçılardan HƏYƏCAN TƏBİLİ – FOTO

Azərbaycana xaricdən gətirilən arılar RİSK yaradır - Arıçılardan HƏYƏCAN TƏBİLİ – FOTO

Qəzalarda ölən hər 3 nəfərdən 1-i təhlükəsizlik kəmərini bağlamayıb

Qəzalarda ölən hər 3 nəfərdən 1-i təhlükəsizlik kəmərini bağlamayıb

Prezident İlham Əliyev Tbilisidə xatirə kitabına nələr yazıb? - VİDEO

Prezident İlham Əliyev Tbilisidə xatirə kitabına nələr yazıb? - VİDEO

Rusiya Odessanı PUA-larla vurdu - Ölənlər var

Rusiya Odessanı PUA-larla vurdu - Ölənlər var

Hərbçilərimizin Türkiyədə təlimi davam edir - FOTO/VİDEO

Hərbçilərimizin Türkiyədə təlimi davam edir - FOTO/VİDEO

Bakıda evi yeni alan şəxslər həyətdən cadu tapdılar — VİDEO

Bakıda evi yeni alan şəxslər həyətdən cadu tapdılar — VİDEO

Parkinson xəstəliyi səssiz başlayır – Həkimdən XƏBƏRDARLIQ

Parkinson xəstəliyi səssiz başlayır – Həkimdən XƏBƏRDARLIQ

Qəlbi təmiz olduğu üçün həmişə itirən 4 BÜRC

Qəlbi təmiz olduğu üçün həmişə itirən 4 BÜRC

Abdullah Zubir “Qarabağ”la VİDALAŞIR

Abdullah Zubir “Qarabağ”la VİDALAŞIR

Qəşəm Nəcəfzadə: “Bəzən Kəramət də mənə tərbiyə verir” – VİDEO

Qəşəm Nəcəfzadə: “Bəzən Kəramət də mənə tərbiyə verir” – VİDEO

Keçmiş həyat yoldaşı Jennifer Lopezə 60 milyonluq JEST etdi - FOTO

Keçmiş həyat yoldaşı Jennifer Lopezə 60 milyonluq JEST etdi - FOTO

Müəllimlər BU FƏNLƏRDƏN imtahan verəcəklər - SİYAHI

Müəllimlər BU FƏNLƏRDƏN imtahan verəcəklər - SİYAHI

20 il sonra atasını Azərbaycanda TAPDI - Cərrah işləyirmiş

20 il sonra atasını Azərbaycanda TAPDI - Cərrah işləyirmiş

Prezident Ayazın arzusunu GERÇƏKLƏŞDİRDİ: Ailəsinə "KamAZ" hədiyyə etdi – FOTO/VİDEO

Prezident Ayazın arzusunu GERÇƏKLƏŞDİRDİ: Ailəsinə "KamAZ" hədiyyə etdi – FOTO/VİDEO

Xaçmazda maşın piyadanı vuraraq öldürdü

Xaçmazda maşın piyadanı vuraraq öldürdü

İran rəsmiləri ABŞ-la danışıqlar üçün İslamabadadır

İran rəsmiləri ABŞ-la danışıqlar üçün İslamabadadır

Lənkəranda zabitlər qəzaya DÜŞDÜ – FOTO

Lənkəranda zabitlər qəzaya DÜŞDÜ – FOTO

End of content

No more pages to load

RADİO