“Birləşmiş Ştatlar Qarabağa ərzaq çatdırılmasını təmin etmək üçün son bir neçə həftədir ki, tərəflərlə işləyir”.
Bizim.Media xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller deyib.
Miller qeyd edib ki, Azərbaycan tərəfi və Qarabağdakı erməni azlıq nümayəndələri zəruri ərzaqların daşınması yollarını, o cümlədən əlavə təchizat marşrutlarını razılaşdırmaq və bütün həll edilməmiş məsələlərlə bağlı müzakirələri davam etdirməlidirlər.
Bizim.Media