Azərbaycan XİN Paşinyana CAVAB VERDİ 

31 avqust tarixində hökumət iclasında çıxışı zamanı növbəti dəfə Azərbaycanı “soyqırımı” həyata keçirməkdə təqsirləndirən Ermənistanın baş naziri Nikol Paşinyanın heç bir əsas olmadan bu kəliməni bu qədər ucuzlaşdırması Ermənistanın məsuliyyətsiz manipulyasiya fəaliyyətinin təzahürüdür. 

Bizim.Media xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin Ermənistanın baş naziri Nikol Paşinyanın hökumət iclasında çıxışı zamanı səsləndirdiyi iddialara dair şərhində deyilir. 

"Ehtiyac olacağı təqdirdə erməni sakinlərə yüklərin çatdırılması üçün Ağdam-Xankəndi yolundan istifadə ilə paralel olaraq, Laçın yolundan hərəkətin intensivləşməsi təklifinə qarşı çıxan ermənilərin bəzi nümayəndələrinin təxribatçı addımlarına etiraz etmək əvəzinə, Azərbaycanın erməni sakinləri ac saxladığı ilə təqsirləndirən Baş nazirə xatırlatmaq istərdik ki, hal-hazırda, Azərbaycan Qızıl Aypara Cəmiyyəti tərəfindən Ağdam-Xankəndi istiqamətinə göndərilmiş yük maşınları ərazidə Xankəndinə keçidi gözləyir.

Erməni tərəfinin əgər həqiqətən aparılan yüklərə ehtiyacları olsaydı, sülhməramlı kontingent tərəfindən yolun bloklanmasını tələb edərək bu yüklərin əraziyə keçidinə mane olmazdılar. Erməni sakinlərin yanaşması bir daha göstərib ki, Ermənistanın və erməni sakinlərin bəzi nümayəndələrinin “humanitar vəziyyət” ilə bağlı iddiaları siyasi manipulyasiyadan başqa bir şey deyil. 
Laçın yolunun birtərəfli qaydada açılması və erməni sakinlərin qovulması planları barədə iddiaya gəldikdə bildirmək istərdik ki, hal-hazırda erməni sakinlərin Laçın sərhəd buraxılış məntəqəsindən hər iki istiqamətdə keçidinə şərait yaradılır və Azərbaycan tərəfinin bölgədə etnik təmizləmə siyasəti həyata keçirməkdə təqsirləndirilməsi absurddur. 

Görünür, 30 ilə yaxın müddətdə nəinki işğal etdiyi Azərbaycan ərazilərindən, hətta 1980-ci illərin sonunadək indiki Ermənistan ərazisində yaşayan azərbaycanlılara qarşı soyqırımı, kütləvi qırğınlar və etnik təmizləmə həyata keçirən Ermənistan tərəfi hər bir dövlətin eyni yanaşma tətbiq etdiyini və eyni anlayışa sahib olduğunu düşünür. 

Azərbaycanın ərazi bütövlüyünü sözdə dəstəkləyən Ermənistan Baş naziri yaxşı olardı ki, Qarabağ bölgəsində yaşayan erməni əsilli sakinlərin Azərbaycan qanunvericiliyi çərçivəsində reinteqrasiya siyasətini də dəstəkləsin və Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə qarşı müdaxilələrdən çəkinsin. 

Ümidvarıq ki, Ermənistan tərəfi post-münaqişə dövründə bölgədə formalaşmış reallıqları düzgün qiymətləndirəcək və sülhün bərqərar olunması üçün Azərbaycanla danışıqlarda konstruktiv mövqe sərgiləyəcək" - məlumatda qeyd olunub. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Tiktoker insan alverinə görə HƏBS olundu

Tiktoker insan alverinə görə HƏBS olundu

Xurmanın saymaqla bitməyən FAYDALARI

Xurmanın saymaqla bitməyən FAYDALARI

Şahbaz Şərif: “ABŞ-İran danışıqlarının nəticəsi Allahın əlindədir”

Şahbaz Şərif: “ABŞ-İran danışıqlarının nəticəsi Allahın əlindədir”

AYNA-dan taksilərlə bağlı AÇIQLAMA

AYNA-dan taksilərlə bağlı AÇIQLAMA

Paşinyanın kortejində QƏZA - 1 ölü, 12 yaralı

Paşinyanın kortejində QƏZA - 1 ölü, 12 yaralı

Tolik yenidən efirə qayıdır?

Tolik yenidən efirə qayıdır?

Vens İslamabaddadır - VİDEO

Vens İslamabaddadır - VİDEO

Azərbaycana xaricdən gətirilən arılar RİSK yaradır - Arıçılardan HƏYƏCAN TƏBİLİ – FOTO

Azərbaycana xaricdən gətirilən arılar RİSK yaradır - Arıçılardan HƏYƏCAN TƏBİLİ – FOTO

Qəzalarda ölən hər 3 nəfərdən 1-i təhlükəsizlik kəmərini bağlamayıb

Qəzalarda ölən hər 3 nəfərdən 1-i təhlükəsizlik kəmərini bağlamayıb

Prezident İlham Əliyev Tbilisidə xatirə kitabına nələr yazıb? - VİDEO

Prezident İlham Əliyev Tbilisidə xatirə kitabına nələr yazıb? - VİDEO

Rusiya Odessanı PUA-larla vurdu - Ölənlər var

Rusiya Odessanı PUA-larla vurdu - Ölənlər var

Hərbçilərimizin Türkiyədə təlimi davam edir - FOTO/VİDEO

Hərbçilərimizin Türkiyədə təlimi davam edir - FOTO/VİDEO

Bakıda evi yeni alan şəxslər həyətdən cadu tapdılar — VİDEO

Bakıda evi yeni alan şəxslər həyətdən cadu tapdılar — VİDEO

Parkinson xəstəliyi səssiz başlayır – Həkimdən XƏBƏRDARLIQ

Parkinson xəstəliyi səssiz başlayır – Həkimdən XƏBƏRDARLIQ

Qəlbi təmiz olduğu üçün həmişə itirən 4 BÜRC

Qəlbi təmiz olduğu üçün həmişə itirən 4 BÜRC

Abdullah Zubir “Qarabağ”la VİDALAŞIR

Abdullah Zubir “Qarabağ”la VİDALAŞIR

Qəşəm Nəcəfzadə: “Bəzən Kəramət də mənə tərbiyə verir” – VİDEO

Qəşəm Nəcəfzadə: “Bəzən Kəramət də mənə tərbiyə verir” – VİDEO

Keçmiş həyat yoldaşı Jennifer Lopezə 60 milyonluq JEST etdi - FOTO

Keçmiş həyat yoldaşı Jennifer Lopezə 60 milyonluq JEST etdi - FOTO

Müəllimlər BU FƏNLƏRDƏN imtahan verəcəklər - SİYAHI

Müəllimlər BU FƏNLƏRDƏN imtahan verəcəklər - SİYAHI

20 il sonra atasını Azərbaycanda TAPDI - Cərrah işləyirmiş

20 il sonra atasını Azərbaycanda TAPDI - Cərrah işləyirmiş

Prezident Ayazın arzusunu GERÇƏKLƏŞDİRDİ: Ailəsinə "KamAZ" hədiyyə etdi – FOTO/VİDEO

Prezident Ayazın arzusunu GERÇƏKLƏŞDİRDİ: Ailəsinə "KamAZ" hədiyyə etdi – FOTO/VİDEO

Xaçmazda maşın piyadanı vuraraq öldürdü

Xaçmazda maşın piyadanı vuraraq öldürdü

İran rəsmiləri ABŞ-la danışıqlar üçün İslamabadadır

İran rəsmiləri ABŞ-la danışıqlar üçün İslamabadadır

Lənkəranda zabitlər qəzaya DÜŞDÜ – FOTO

Lənkəranda zabitlər qəzaya DÜŞDÜ – FOTO

End of content

No more pages to load

RADİO