Separatçılar arasında XAOS – “Arayikin istefası gözlənilir”

Azərbaycanın Ağdam-Xankəndi yolu ilə Qarabağ iqtisadi zonasında yaşayan ermənilərə humanitar yardım göndərməsi separatçılar arasında ciddi qarşıdurmaya səbəb ola bilər. Belə ki, mövcud vəziyyətdən istifadə edərək milyarder Ruben Vardanyan yenidən ortaya çıxıb. 

Məlumata görə, bir qrup erməni təxribatçı yardımın qarşısını kəsmək məqsədilə Ağdam yolunda Rusiya sülhməramlılarının postu qarşısına toplaşıb.

Bununla yanaşı, bildirildiyinə görə, separatçıların "silahlı dəstələri” də həmin əraziyə gəlib. Erməni mənbələr həmin şəxslərin Ruben Vardanyanın yaratdığı qondarma "Qarabağ təhlükəsizlik və inkişaf cəbhəsi”nin üzvlərinin olduğunu yazır. 

Onu da qeyd edək ki, erməni mətbuatının yazdığına görə, bir müddət əvvəl separatçıların başçısı Araik Arutyunyan Ağdam-Xankədi yolunun açılmasına razılıq verdiklərini bəyan edib. Ondan əvvəl isə Arutyunyan istefaya gedə biləcəyini də bəyan etmişdi. 

Sözsüz ki, yaranmış vəziyyət separatçılar daxilində qarşıdurmanın olmasını qaçılmaz edir. Arutyunyanın getməsini istəyən digər separatçı qüvvələr aydın məsələdir ki, yaranmış vəziyyətdən onun istefasına nail olmaq üçün yararlanmağa çalışacaq.  

Ağdam-Xankəndi yolu ilə göndərilən tırlar separatçılar arasında qarşıdurmaya səbəb olmaqla Araik Arutyunyanın sonunu gətirə bilərmi?

Bizim.Media-ya açıqlamasında politoloq Əlimusa İbrahimov bildirir ki, separatçılar daxilində növbəti qarşıdurma Arutyunyanın qondarma hakimiyyətini itirməsilə yekunlaşacaq:
 

MÖVZU İLƏ BAĞLI:

Arayik Arutyunyan Qarabağdakı biznesini satır


“Azərbaycanın atdığı addımların Xankəndindəki qondarma rejim daxilində çaxnaşma yaratdığı artıq heç kimə sirr deyil. Artıq belə bir daxili çaxnaşma hətta güclənib. Dünən Araik Arutyunyandan ətrafındakı adamlarla geniş tərkibdə iclas keçirib. İclasın sonunda onun tərəfindən lazım gəlsə istefa verəcəyi sözləri səslənib. Ona qədər də Arutyunyan tərəfindən dolayısı ilə bu sayaq fikirlərin səsləndiyi bildirilirdi.  

Qarşıdakı dönəmdə bu sözü əsas götürərək, ona qarşı separatçılar daxilində təzyiqin güclənəcəyini müşahidə edə bilərik. Belə olan halda, Azərbaycanın humanitar yardım göndərməsinin separatçılar daxilində Araikə qarşı olan qüvvələrin hərəkətə keçməsi üçün bir vasitə rolunu oynayacağı da şübhəsizdir. 

Ermənilərin əsas arqumenti Xankəndində ermənilər arasında guya “humanitar böhran”ın yaşandığı barədə hay-şüvən qaldırması idi.

Ağdam vasitəsilə göndərilən humanitar yardımla bağlı olaraq qondarma rejim daxilində hadisələrin bu istiqamətdə getməsilə Arutyunyanın istefa verməsi məsələsi də sözsüz ki, gündəmə gələ bilər. Yaxın günlərdə onun istefası gözləniləndir”.

Rüfət Sultan, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Masazırda evdə qətlə yetirilən qadınların kimliyi məlum olub

Masazırda evdə qətlə yetirilən qadınların kimliyi məlum olub

Sabah hava necə OLACAQ?

Sabah hava necə OLACAQ?

“Şamaxı” “Qarabağ”la, “Sabah” “Zirə” ilə qarşılaşır

“Şamaxı” “Qarabağ”la, “Sabah” “Zirə” ilə qarşılaşır

Arıqlamaq istəyirsizsə, bu qidalardan UZAQ durun

Arıqlamaq istəyirsizsə, bu qidalardan UZAQ durun

Daha çox evli, yoxsa subay insanlar xərçəng olur?

Daha çox evli, yoxsa subay insanlar xərçəng olur?

Masazırda iki qadın qətlə yetirilib

Masazırda iki qadın qətlə yetirilib

Tərtərdə 7 yaşlı qız kanala düşərək boğulub

Tərtərdə 7 yaşlı qız kanala düşərək boğulub

Qubanın daha bir kəndində SÜRÜŞMƏ baş verib – FOTO

Qubanın daha bir kəndində SÜRÜŞMƏ baş verib – FOTO

Tərtərdə iki nəfər dönərdən zəhərlənib

Tərtərdə iki nəfər dönərdən zəhərlənib

Sumqayıt qəbiristanlığından meyit TAPILIB

Sumqayıt qəbiristanlığından meyit TAPILIB

Kişi qadının soyadını götürəndə niyə qınanır? – Ailələrin ad üzərindən GÜC GÖSTƏRİŞİ

Kişi qadının soyadını götürəndə niyə qınanır? – Ailələrin ad üzərindən GÜC GÖSTƏRİŞİ

“Windows”dan imtina edirlər

“Windows”dan imtina edirlər

Tiktoker insan alverinə görə HƏBS olundu

Tiktoker insan alverinə görə HƏBS olundu

Xurmanın saymaqla bitməyən FAYDALARI

Xurmanın saymaqla bitməyən FAYDALARI

Şahbaz Şərif: “ABŞ-İran danışıqlarının nəticəsi Allahın əlindədir”

Şahbaz Şərif: “ABŞ-İran danışıqlarının nəticəsi Allahın əlindədir”

AYNA-dan taksilərlə bağlı AÇIQLAMA

AYNA-dan taksilərlə bağlı AÇIQLAMA

Paşinyanın kortejində QƏZA - 1 ölü, 12 yaralı

Paşinyanın kortejində QƏZA - 1 ölü, 12 yaralı

Tolik yenidən efirə qayıdır?

Tolik yenidən efirə qayıdır?

Vens İslamabaddadır - VİDEO

Vens İslamabaddadır - VİDEO

Azərbaycana xaricdən gətirilən arılar RİSK yaradır - Arıçılardan HƏYƏCAN TƏBİLİ – FOTO

Azərbaycana xaricdən gətirilən arılar RİSK yaradır - Arıçılardan HƏYƏCAN TƏBİLİ – FOTO

Qəzalarda ölən hər 3 nəfərdən 1-i təhlükəsizlik kəmərini bağlamayıb

Qəzalarda ölən hər 3 nəfərdən 1-i təhlükəsizlik kəmərini bağlamayıb

Yaz üçün ən faydalı vitamin hansıdır?

Yaz üçün ən faydalı vitamin hansıdır?

Rusiya Odessanı PUA-larla vurdu - Ölənlər var

Rusiya Odessanı PUA-larla vurdu - Ölənlər var

Hərbçilərimizin Türkiyədə təlimi davam edir - FOTO/VİDEO

Hərbçilərimizin Türkiyədə təlimi davam edir - FOTO/VİDEO

End of content

No more pages to load

RADİO