Emmanuel Makron Prezident İlham Əliyevə zəng edib

Avqustun 29-da Fransa Respublikasının Prezidenti Emmanuel Makron Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib. 

Bu barədə Bizim.Media-ya Prezidentin Mətbuat Xidmətindən bildirilib. 

Telefon danışığı əsnasında regiondakı vəziyyət, Ağdam-Xankəndi və Laçın-Xankəndi yollarının açılması məsələsi müzakirə olunub. 

Dövlətimizin başçısı bildirib ki, Ağdam-Xankəndi yolunun istifadəsinə məqsədyönlü şəkildə Ermənistan və onun Azərbaycanın Qarabağ bölgəsində yaratdığı və dəstəklədiyi qondarma rejim tərəfindən süni əngəllər yaradılır və bundan siyasi manipulyasiya məqsədilə istifadə edilir.

Dövlətimizin başçısı qeyd edib ki, Ermənistan və qondarma rejim Beynəlxalq Qırmızı Xaç Komitəsinin vasitəçiliyi ilə Ağdam-Xankəndi yolu ilə yüklərin daşınması barədə əldə olunmuş ilkin razılaşmadan imtina edib.

Həmçinin Ermənistan rəhbərliyi Azərbaycan tərəfi ilə razılaşdırmadan dövlət sərhədi istiqamətində humanitar təyinatlı olduğunu iddia etdiyi yüklər gətirib ki, burada məqsəd siyasi möhtəkirlikdir. 

Dövlətimizin başçısı Azərbaycanın Qarabağın erməni əhalisinin təmsilçilərinin reinteqrasiya məsələlərini müzakirə etmək üçün paytaxt Bakıya və Azərbaycanın digər şəhərlərinə dəvət etdiyini, ancaq onların bundan da imtina etdiklərini və məqsədyönlü şəkildə vəziyyətin guya humanitar gərginlik xarakteri daşıdığını təqdim etməyə çalışdıqlarını bildirib.

Prezident İlham Əliyev qeyd edib ki, Ağdam-Xankəndi yolu açıldıqdan sonra Azərbaycanın gömrük və sərhəd rejimi qaydalarına riayət etməklə Laçın-Xankəndi yolundan istifadə edilə bilər. 

Eyni zamanda, Prezident İlham Əliyev bu gün Azərbaycan Qızıl Aypara Cəmiyyətinin xətti ilə həmin əraziyə ərzaq yüklərinin çatdırılması üçün avtomobil karvanının yola düşdüyünü qeyd edib. 

Prezident Emmanuel Makron vəziyyətin sabitləşdirilməsi və mövcud gərginliyin aradan qaldırılması üçün Fransanın da öz tərəfindən töhfə verməyə hazır olduğunu bildirib, Fransanın və Azərbaycanın aidiyyəti qurumlarının təmaslarının davam etdirilməsini təklif edib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Sabah hava necə OLACAQ?

Sabah hava necə OLACAQ?

“Şamaxı” “Qarabağ”la, “Sabah” “Zirə” ilə qarşılaşır

“Şamaxı” “Qarabağ”la, “Sabah” “Zirə” ilə qarşılaşır

Arıqlamaq istəyirsizsə, bu qidalardan UZAQ durun

Arıqlamaq istəyirsizsə, bu qidalardan UZAQ durun

Daha çox evli, yoxsa subay insanlar xərçəng olur?

Daha çox evli, yoxsa subay insanlar xərçəng olur?

Masazırda iki qadın qətlə yetirilib

Masazırda iki qadın qətlə yetirilib

Tərtərdə 7 yaşlı qız kanala düşərək boğulub

Tərtərdə 7 yaşlı qız kanala düşərək boğulub

Qubanın daha bir kəndində SÜRÜŞMƏ baş verib – FOTO

Qubanın daha bir kəndində SÜRÜŞMƏ baş verib – FOTO

Tərtərdə iki nəfər dönərdən zəhərlənib

Tərtərdə iki nəfər dönərdən zəhərlənib

Sumqayıt qəbiristanlığından meyit TAPILIB

Sumqayıt qəbiristanlığından meyit TAPILIB

Kişi qadının soyadını götürəndə niyə qınanır? – Ailələrin ad üzərindən GÜC GÖSTƏRİŞİ

Kişi qadının soyadını götürəndə niyə qınanır? – Ailələrin ad üzərindən GÜC GÖSTƏRİŞİ

“Windows”dan imtina edirlər

“Windows”dan imtina edirlər

Tiktoker insan alverinə görə HƏBS olundu

Tiktoker insan alverinə görə HƏBS olundu

Xurmanın saymaqla bitməyən FAYDALARI

Xurmanın saymaqla bitməyən FAYDALARI

Şahbaz Şərif: “ABŞ-İran danışıqlarının nəticəsi Allahın əlindədir”

Şahbaz Şərif: “ABŞ-İran danışıqlarının nəticəsi Allahın əlindədir”

AYNA-dan taksilərlə bağlı AÇIQLAMA

AYNA-dan taksilərlə bağlı AÇIQLAMA

Paşinyanın kortejində QƏZA - 1 ölü, 12 yaralı

Paşinyanın kortejində QƏZA - 1 ölü, 12 yaralı

Tolik yenidən efirə qayıdır?

Tolik yenidən efirə qayıdır?

Vens İslamabaddadır - VİDEO

Vens İslamabaddadır - VİDEO

Azərbaycana xaricdən gətirilən arılar RİSK yaradır - Arıçılardan HƏYƏCAN TƏBİLİ – FOTO

Azərbaycana xaricdən gətirilən arılar RİSK yaradır - Arıçılardan HƏYƏCAN TƏBİLİ – FOTO

Qəzalarda ölən hər 3 nəfərdən 1-i təhlükəsizlik kəmərini bağlamayıb

Qəzalarda ölən hər 3 nəfərdən 1-i təhlükəsizlik kəmərini bağlamayıb

Yaz üçün ən faydalı vitamin hansıdır?

Yaz üçün ən faydalı vitamin hansıdır?

Rusiya Odessanı PUA-larla vurdu - Ölənlər var

Rusiya Odessanı PUA-larla vurdu - Ölənlər var

Hərbçilərimizin Türkiyədə təlimi davam edir - FOTO/VİDEO

Hərbçilərimizin Türkiyədə təlimi davam edir - FOTO/VİDEO

Bakıda evi yeni alan şəxslər həyətdən cadu tapdılar — VİDEO

Bakıda evi yeni alan şəxslər həyətdən cadu tapdılar — VİDEO

End of content

No more pages to load

RADİO