XİN-in idarə rəisi QHGT-nin mənzil-qərargahında çıxış edib - FOTO 

Xarici İşlər Nazirliyinin Kadrlar idarəsinin rəisi Raman Məmmədov Qoşulmama Hərəkatı Gənclər Təşkilatının (QHGT) mənzil-qərargahında Xarici İşlər Nazirliyinə işə qəbul üzrə müsabiqə ilə bağlı informativ sessiya ilə çıxış edib. 

Bizim.Media xəbər verir ki, 50-dən çox gəncin iştirakı ilə baş tutan sessiya QHGT-nin sədri Orduxan Qəhrəmanzadənin açılış nitqi ilə başlayıb.  

O.Qəhrəmanzadə iştirakçıları salamlayaraq tədbirə göstərdikləri maraq üçün onlara təşəkkürünü bildirib. Öz nitqində o, Təşkilatın hazırki fəaliyyəti və irəli sürdüyü son təşəbbüslərdən bəhs edib.

Daha sonra, Raman Məmmədov diplomatik xidmətə qəbul üzrə müsabiqənin keçirilməsi qaydaları ilə bağlı gəncləri məlumatlandıraraq diplomatik vəzifələrin icrası üçün tələb olunan işgüzar və peşəkar keyfiyyətləri sadalayıb.  

Ardınca, attaşe diplomatik vəzifəsinin qulluq funksiyalarından bəhs edən R.Məmmədov diplomatik xidmət orqanlarının fəaliyyət istiqamətlərinə toxunub.

Tədbir müddətində diplomatik xidmətə yeni qəbul olan gənc diplomatlar Edson Əsgərov, Güntac Mirzəyev, Nigar Eyvazzadə və Sənan Əliyev qəbul imtahanında müvəffəqiyyət qazanmaq üçün öz məsləhətlərini bölüşüblər.

Gənclər müsabiqəyə qeydiyyat prosedurunun ardıcıllığı ilə tanış olaraq müsabiqənin mərhələləri və hər bir mərhələ üçün tələb olunan müvafiq sənədlər barədə də ətraflı məlumat alıblar. 

Tədbir sual-cavab sessiyası ilə davam edib. Sessiyada iştirakçılar R. Məmmədova xidməti fəaliyyətlə əlaqədar çoxsaylı suallarını ünvanlayıblar. Tədbirin sonunda, xatirə fotosu çəkilib. 

Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təşəbbüsü ilə ölkəmizin Hərəkata sədrliyi dövründə yaradılan Qoşulmama Hərəkatı Gənclər Şəbəkəsi Hərəkatın institusional inkişafı üçün atılmış vacib addımlardan biridir.
2022-ci ilin iyul ayında Şuşa Akkordları sənədi ilə Şəbəkədən Təşkilata çevrilmiş QHGT-nin əsas missiyası cəmiyyətin aktiv üzvləri olan gənclərin müasir, milli və dünyəvi problemlərin həllində həmrəy fəaliyyətinə təkan verməkdir. 








Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Azərbaycan Ermənistana 887 ton dizel göndərib – FOTO/VİDEO

Azərbaycan Ermənistana 887 ton dizel göndərib – FOTO/VİDEO

Türkiyə parlamentinin keçmiş sədri VƏFAT EDİB

Türkiyə parlamentinin keçmiş sədri VƏFAT EDİB

Masazırdakı dəhşətli qətlin TƏFƏRRÜATI – Xalası qızına köməyə gələn də ÖLDÜRÜLDÜ

Masazırdakı dəhşətli qətlin TƏFƏRRÜATI – Xalası qızına köməyə gələn də ÖLDÜRÜLDÜ

Millimiz Gürcüstanla qarşılaşacaq

Millimiz Gürcüstanla qarşılaşacaq

AFFA bu oyunları təxirə saldı

AFFA bu oyunları təxirə saldı

Rusiya və Ukrayna müharibəni müvəqqəti dayandırır

Rusiya və Ukrayna müharibəni müvəqqəti dayandırır

Saunanın immuniteti gücləndirdiyi sübut edildi

Saunanın immuniteti gücləndirdiyi sübut edildi

Monika Bellucciyə bənzərliyi ilə gündəm olan polkovnik-leytenant təqaüdə çıxdı - VİDEO

Monika Bellucciyə bənzərliyi ilə gündəm olan polkovnik-leytenant təqaüdə çıxdı - VİDEO

Salyan yolunda AĞIR QƏZA – Yaralılar var - FOTO/VİDEO

Salyan yolunda AĞIR QƏZA – Yaralılar var - FOTO/VİDEO

Əcnəbi adlar övladlarımızın taleyini DƏYİŞİR, yoxsa millilikdən ÇIXARIR?

Əcnəbi adlar övladlarımızın taleyini DƏYİŞİR, yoxsa millilikdən ÇIXARIR?

Nikbinliyi necə öyrənək? - İNCƏ NÜANSLAR

Nikbinliyi necə öyrənək? - İNCƏ NÜANSLAR

Türkiyənin tanınmış müğənnisi Yunanıstandan deportasiya edildi

Türkiyənin tanınmış müğənnisi Yunanıstandan deportasiya edildi

Masazırda evdə qətlə yetirilən qadınların kimliyi məlum olub - ÖZƏL

Masazırda evdə qətlə yetirilən qadınların kimliyi məlum olub - ÖZƏL

Sabah hava necə OLACAQ?

Sabah hava necə OLACAQ?

“Şamaxı” “Qarabağ”la, “Sabah” “Zirə” ilə qarşılaşır

“Şamaxı” “Qarabağ”la, “Sabah” “Zirə” ilə qarşılaşır

Arıqlamaq istəyirsizsə, bu qidalardan UZAQ durun

Arıqlamaq istəyirsizsə, bu qidalardan UZAQ durun

Daha çox evli, yoxsa subay insanlar xərçəng olur?

Daha çox evli, yoxsa subay insanlar xərçəng olur?

Masazırda iki qadın qətlə yetirilib

Masazırda iki qadın qətlə yetirilib

Tərtərdə 7 yaşlı qız kanala düşərək boğulub

Tərtərdə 7 yaşlı qız kanala düşərək boğulub

Qubanın daha bir kəndində SÜRÜŞMƏ baş verib – FOTO

Qubanın daha bir kəndində SÜRÜŞMƏ baş verib – FOTO

Tərtərdə iki nəfər dönərdən zəhərlənib

Tərtərdə iki nəfər dönərdən zəhərlənib

Sumqayıt qəbiristanlığından meyit TAPILIB

Sumqayıt qəbiristanlığından meyit TAPILIB

Kişi qadının soyadını götürəndə niyə qınanır? – Ailələrin ad üzərindən GÜC GÖSTƏRİŞİ

Kişi qadının soyadını götürəndə niyə qınanır? – Ailələrin ad üzərindən GÜC GÖSTƏRİŞİ

“Windows”dan imtina edirlər

“Windows”dan imtina edirlər

End of content

No more pages to load

RADİO