Prezidentdən MESAJ: “Otuz il erməni işğalına bəraət qazandıranlar, indi gəlib bizə qarşı iddia qaldırırlar”

“İndi də Ermənistanın bəzi xarici havadarları bunu görmək istəmirlər. Sanki bu işğal olmayıb, sanki bu vəhşilik, düşmənçilik olmayıb. Otuz il ağzına su alıb susanlar, yaxud da ki, erməni işğalına bəraət qazandıranlar, indi gəlib bizə qarşı iddia qaldırırlar, irad tuturlar, ittiham edirlər. Biz qurub-yaradan xalqıq”. 

Bizim.Media xəbər verir ki, bu sözləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 26-da Laçın rayonunun Zabux kəndinə səfəri zamanı kənd sakinləri ilə görüşündə deyib.  
 

MÖVZU İLƏ BAĞLI:

Prezident 50 illik yubileyində laçınlılara verdiyi sözün artıq yerinə yetirildiyindən DANIŞDI


Ölkə başçısı qeyd edib ki,  bütün evlər darmadağın idi, hər yeri viran qoyub gediblər:

“Ağdamı, Füzulini, Cəbrayılı, Qubadlını. Siz indi o yolla – Qubadlıdan gəlmisiniz, görmüsünüz, bir dənə də salamat bina yoxdur, nə şəhərdə, nə kəndlərdə. Buranı ermənilər zəbt etmişdilər, burada qanunsuz məskunlaşma aparmışdılar, xaricdən erməniləri gətirmişdilər və burada özləri üçün evlər tikmişdilər. Onların heç biri də qalmayıb.

Mən dedim, buraya gələn zabuxlular Azərbaycan dövləti tərəfindən tikilən evlərdə qalmalıdırlar. O evlər artıq tarixin qara səhifəsində qaldı. Laçın şəhəri də tamamilə dağılmış vəziyyətdə idi. İndi yəqin ki, gedib görərsiniz, necə gözəl şəhər olub, dünya miqyasında.
Erməninin otuz il dağıtdığını biz iki ilə artıq qururuq, qurmuşuq, insanlar qayıdıblar. Biz öz torpağımızdayıq. Bura da əzəli Azərbaycan torpağı olub. İşğal dövründə hansı eybəcər ad verirsən-ver, onun əhəmiyyəti yoxdur. O ad da onların başına dəydi, elə onlarla da cəhənnəmə getdi”.

İlham Əliyev bildirib ki,  Laçın, Kəlbəcər rayonlarının strateji əhəmiyyəti çox böyükdür:

“Düzdür, ermənilər heç bir rayonu qaytarmaq fikrində deyildi. Amma danışıqlarda deyirdilər ki, bəli, beş rayonu biz qaytarmağa hazırıq, amma Laçın və Kəlbəcər bizim nəzarətimizdə qalmalıdır. Çünki bunların strateji yerləşməsi təhlükəsizlik nöqteyi-nəzərindən önəmlidir”. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Ceyhun Bayramovun ailəsinə AĞIR İTKİ - FOTO

Ceyhun Bayramovun ailəsinə AĞIR İTKİ - FOTO

Azərbaycan Ermənistana 887 ton dizel göndərib – FOTO/VİDEO

Azərbaycan Ermənistana 887 ton dizel göndərib – FOTO/VİDEO

Türkiyə parlamentinin keçmiş sədri VƏFAT EDİB

Türkiyə parlamentinin keçmiş sədri VƏFAT EDİB

Masazırdakı dəhşətli qətlin TƏFƏRRÜATI – Xalası qızına köməyə gələn də ÖLDÜRÜLDÜ

Masazırdakı dəhşətli qətlin TƏFƏRRÜATI – Xalası qızına köməyə gələn də ÖLDÜRÜLDÜ

Millimiz Gürcüstanla qarşılaşacaq

Millimiz Gürcüstanla qarşılaşacaq

AFFA bu oyunları təxirə saldı

AFFA bu oyunları təxirə saldı

Rusiya və Ukrayna müharibəni müvəqqəti dayandırır

Rusiya və Ukrayna müharibəni müvəqqəti dayandırır

Saunanın immuniteti gücləndirdiyi sübut edildi

Saunanın immuniteti gücləndirdiyi sübut edildi

Monika Bellucciyə bənzərliyi ilə gündəm olan polkovnik-leytenant təqaüdə çıxdı - VİDEO

Monika Bellucciyə bənzərliyi ilə gündəm olan polkovnik-leytenant təqaüdə çıxdı - VİDEO

Salyan yolunda AĞIR QƏZA – Yaralılar var - FOTO/VİDEO

Salyan yolunda AĞIR QƏZA – Yaralılar var - FOTO/VİDEO

Əcnəbi adlar övladlarımızın taleyini DƏYİŞİR, yoxsa millilikdən ÇIXARIR?

Əcnəbi adlar övladlarımızın taleyini DƏYİŞİR, yoxsa millilikdən ÇIXARIR?

Nikbinliyi necə öyrənək? - İNCƏ NÜANSLAR

Nikbinliyi necə öyrənək? - İNCƏ NÜANSLAR

Türkiyənin tanınmış müğənnisi Yunanıstandan deportasiya edildi

Türkiyənin tanınmış müğənnisi Yunanıstandan deportasiya edildi

Masazırda evdə qətlə yetirilən qadınların kimliyi məlum olub - ÖZƏL

Masazırda evdə qətlə yetirilən qadınların kimliyi məlum olub - ÖZƏL

Sabah hava necə OLACAQ?

Sabah hava necə OLACAQ?

“Şamaxı” “Qarabağ”la, “Sabah” “Zirə” ilə qarşılaşır

“Şamaxı” “Qarabağ”la, “Sabah” “Zirə” ilə qarşılaşır

Arıqlamaq istəyirsizsə, bu qidalardan UZAQ durun

Arıqlamaq istəyirsizsə, bu qidalardan UZAQ durun

Daha çox evli, yoxsa subay insanlar xərçəng olur?

Daha çox evli, yoxsa subay insanlar xərçəng olur?

Masazırda iki qadın qətlə yetirilib

Masazırda iki qadın qətlə yetirilib

Tərtərdə 7 yaşlı qız kanala düşərək boğulub

Tərtərdə 7 yaşlı qız kanala düşərək boğulub

Qubanın daha bir kəndində SÜRÜŞMƏ baş verib – FOTO

Qubanın daha bir kəndində SÜRÜŞMƏ baş verib – FOTO

Tərtərdə iki nəfər dönərdən zəhərlənib

Tərtərdə iki nəfər dönərdən zəhərlənib

Sumqayıt qəbiristanlığından meyit TAPILIB

Sumqayıt qəbiristanlığından meyit TAPILIB

Kişi qadının soyadını götürəndə niyə qınanır? – Ailələrin ad üzərindən GÜC GÖSTƏRİŞİ

Kişi qadının soyadını götürəndə niyə qınanır? – Ailələrin ad üzərindən GÜC GÖSTƏRİŞİ

End of content

No more pages to load

RADİO