Laçında “Mişni” və “Alxaslı” Kiçik Su Elektrik stansiyaları istifadəyə verildi - FOTO 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva avqustun 25-də Laçın rayonuna səfər ediblər. 

Bizim.Media xəbər verir ki, dövlətimizin başçısı Laçın rayonunda “AzərEnerji” Açıq Səhmdar Cəmiyyətinin “Mişni” və “Alxaslı” Kiçik Su Elektrik stansiyalarının açılışında iştirak edib. 
 

MÖVZU İLƏ BAĞLI:

Prezident və Xanımı “İstisu”da Müalicə-İstirahət Kompleksində görülən işlərlə tanış oldular


“AzərEnerji” ASC-nin prezidenti Baba Rzayev Prezident İlham Əliyevə görülən işlər barədə məlumat verdi. 

Laçın rayonunda Həkəri çayının ən böyük qolu olan Hoçaz çayı üzərində yerləşən və ermənilər tərəfindən tamamilə dağıdılan 14,25 meqavat gücündə “Ağbulaq”, 8,25 meqavat gücündə “Mişni” və 6 meqavat gücündə “Alxaslı” Su Elektrik stansiyaları Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq tam yenidən qurulub.

Hazırda “Ağbulaq” Su Elektrik Stansiyasında artıq son tamamlama işləri aparılır. “Mişni” və “Alxaslı” Kiçik Su Elektrik stansiyalarında isə işlər başa çatdırılıb. 

Qeyd olundu ki, “Mişni” Kiçik Su Elektrik Stansiyasının yenidən qurulması layihəsi çərçivəsində baş suqəbuledici qurğu, 7,2 kilometr uzunluğunda derivasiya boru xətti və maşın zalı yenidən qurulub. Stansiyada Avropa istehsalı olan yaşıl sertifikatlı iki müasir eko-turbin, generatorlar, idarəetmə və avtomatika panelləri quraşdırılıb.
Stansiyanın enerjisistemə inteqrasiyası üçün 25 meqavoltamper gücündə 110/10 kV-luq yarımstansiya tikilib, 18 kilometr uzunluğunda 110 kV-luq elektrik verilişi və optik kabel xətləri çəkilib. Bu yarımstansiya “Mişni” stansiyası ilə yanaşı, “Alxaslı” stansiyasında istehsal edilən elektrik enerjisinin ölkə enerjisisteminə ötürülməsi üçün qovşaq funksiyasını daşıyır.

Enerjisistemə tam inteqrasiya edilməklə məsafədən idarəetməyə imkan verən mərkəzləşdirilmiş SCADA sisteminə qoşulmuş “Mişni” Kiçik Su Elektrik Stansiyasında il ərzində 23 milyon kilovat-saatdan artıq elektrik enerjisi istehsal olunacaq. 

Bildirildi ki, “Alxaslı” Kiçik Su Elektrik Stansiyasının yenidən qurulması layihəsi çərçivəsində baş suqəbuledici qurğu, 4,3 kilometr uzunluğunda derivasiya boru xətti, maşın zalı yenidən qurulub.

Stansiyada Avropa istehsalı olan yaşıl sertifikatlı iki müasir eko-turbin, generatorlar, idarəetmə və avtomatika panelləri quraşdırılıb.

Stansiyanın enerjisistemə inteqrasiyası üçün “Mişni” Su Elektrik Stansiyasında tikilmiş 110/10 kV-luq yarımstansiyaya 8 kilometr uzunluğunda 10 kV-luq elektrik verilişi və optik kabel xətləri çəkilib. Enerjisistemə tam inteqrasiya edilməklə məsafədən idarəetməyə imkan verən mərkəzləşdirilmiş SCADA sisteminə qoşulmuş “Alxaslı” Su Elektrik Stansiyasında il ərzində 17 milyon kilovat-saatdan artıq elektrik enerjisi istehsal olunacaq. 

Dövlətimizin başçısı “Mişni” və “Alxaslı” Kiçik Su Elektrik stansiyalarını işə saldı. 

Qeyd edildi ki, “Ağbulaq”, “Alxaslı” və “Mişni” stansiyaları ilə yanaşı, bu günədək Laçın rayonunda ümumi gücü 40,5 MVt, illik enerji istehsalı potensialı 120 milyon kilovat-saat olan 5 kiçik su elektrik stansiyası yenidən qurularaq istismara verilib.

Hazırda 4 stansiyanın yenidən qurulması üzrə işlər davam etdirilir. Gələn ilin birinci rübündə artıq Laçın rayonunda ümumi gücü 65,5 MVt, illik elektrik enerjisi istehsal potensialı 194 milyon kilovat-saat olan 9 su elektrik stansiyası fəaliyyət göstərəcək. 

Bildirildi ki, su elektrik stansiyalarında ekoloji normalar tam qorunur. Bütün layihələr icra edilərkən çay balıqlarının derivasiya borusuna daxil olmasının qarşısının alınması və onların çay ekosistemində saxlanılması məqsədilə xüsusi balıqkeçirici qurğular tikilib.

Avropanın yaşıl sertifikatlı avadanlıqlarından istifadə etməklə çay ekosistemi, o cümlədən flora və fauna tam qorunur, çayların məcralarında ekoloji axımdan iki dəfə artıq miqdarda su saxlanılmaqla, aşağı axım zonasının su təminatı, eyni zamanda, məcraaltı su ehtiyatının formalaşması təmin edilib.
Bununla yanaşı, bu işlər görülərkən meşələrin qırılmasına, qayaların dağıdılmasına yol verilməyib, çay məcralarında hidromorfoloji dəyişikliklər edilməyib. Derivasiya boru xətləri çəkilən zaman beynəlxalq təcrübəyə uyğun xüsusi konstruksiyalardan istifadə edilməklə ətraf mühitə təsirlər minimallaşdırılıb. Su elektrik stansiyalarının karbon emissiyasının azaldılmasında rolunu təsdiqləmək üçün beynəlxalq sertifikat əldə edilməsi istiqamətində iş aparılır. 

Bu layihələrin sosial-iqtisadi əhəmiyyəti barədə məlumat verilərkən qeyd olundu ki, işğaldan azad edilən ərazilərdə 2021-2023-cü illərdə “AzərEnerji” ASC-nin icra etdiyi layihələr üzrə 3965 işçinin 2570-i yerli sakinlər olub.

Daimi iş yerləri ilə təmin edilmiş 197 nəfərin 170-ni Qarabağ və Şərqi Zəngəzur regionundan olan əhali təşkil edir. “AzərEnerji” ASC yerli sakinlərin işlə təminatı üçün tikinti-quraşdırma işlərinə paralel olaraq peşə hazırlığı kursları da təşkil edir.

Bu təşəbbüs regionda yeni energetika obyektlərinin tikintisi və istismarında yerli sakinlərin məşğulluğu üçün gələcəkdə də davam etdiriləcək. Bütün elektroenergetika obyektlərində çalışan işçilərin məişət şəraitinin yaxşılaşdırılması üçün mühəndis-yataqxana kompleksləri yaradılıb. 


Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Xaricdən sifariş edilmiş məhsullar niyə gecikir? – RƏSMİ AÇIQLAMA

Xaricdən sifariş edilmiş məhsullar niyə gecikir? – RƏSMİ AÇIQLAMA

"Kupça"sız evlər üçün tarixi mərhələ - Dövlət yaşıl işıq yandırdı

"Kupça"sız evlər üçün tarixi mərhələ - Dövlət yaşıl işıq yandırdı

Şeyma: “Bundan sonra bikinili fotolarımı görməyəcəksiniz!" – VİDEO

Şeyma: “Bundan sonra bikinili fotolarımı görməyəcəksiniz!" – VİDEO

Köhnə binalardan mənzil almaq istəyənlərin DİQQƏTİNƏ!

Köhnə binalardan mənzil almaq istəyənlərin DİQQƏTİNƏ!

Avropa Liqasında liqa mərhələsinə yekun vuruldu - NƏTİCƏLƏR

Avropa Liqasında liqa mərhələsinə yekun vuruldu - NƏTİCƏLƏR

Masallıda məktəbli qız sevgilisindən hamilə qalıb — "Uşağın əvvəlki sevgilimdən olduğunu sonradan bilmişəm"

Masallıda məktəbli qız sevgilisindən hamilə qalıb — "Uşağın əvvəlki sevgilimdən olduğunu sonradan bilmişəm"

Bu şəxslərə çuğundur YEMƏK OLMAZ

Bu şəxslərə çuğundur YEMƏK OLMAZ

Dünən hamıya gələn həmin mesaj tələdir — Məlumatlarınızı ələ keçirirlər – FOTO

Dünən hamıya gələn həmin mesaj tələdir — Məlumatlarınızı ələ keçirirlər – FOTO

Tramp ABŞ-ın Maliyyə Nazirliyini və Vergi Xidmətini MƏHKƏMƏYƏ VERDİ

Tramp ABŞ-ın Maliyyə Nazirliyini və Vergi Xidmətini MƏHKƏMƏYƏ VERDİ

Ölkənin ən gənc generalı bu şəxsin oğlu imiş

Ölkənin ən gənc generalı bu şəxsin oğlu imiş

Rusiyada donuzlar şəhəri “işğal etdi” – FOTO

Rusiyada donuzlar şəhəri “işğal etdi” – FOTO

Bakıda binada blok çökdü: Sakinlər evdən çıxa bilmirlər – VİDEO

Bakıda binada blok çökdü: Sakinlər evdən çıxa bilmirlər – VİDEO

Sürüclərə XƏBƏRDARLIQ – Bu halda 50 manat cərimələnəcəklər – VİDEO

Sürüclərə XƏBƏRDARLIQ – Bu halda 50 manat cərimələnəcəklər – VİDEO

Tarixi görüşlə bağlı İLK SİQNALLAR – Zelenski Putinlə görüşəcək? – EKSKLÜZİV

Tarixi görüşlə bağlı İLK SİQNALLAR – Zelenski Putinlə görüşəcək? – EKSKLÜZİV

Azərbaycanda şair və yazıçıların yenidən qeydiyyata alınması prosesi BAŞLADI

Azərbaycanda şair və yazıçıların yenidən qeydiyyata alınması prosesi BAŞLADI

Bir zamanların tanınmış aktrisası idi, indi borc içində "üzür" - FOTO

Bir zamanların tanınmış aktrisası idi, indi borc içində "üzür" - FOTO

ABŞ-da fövqəladə vəziyyət ELAN EDİLDİ

ABŞ-da fövqəladə vəziyyət ELAN EDİLDİ

SON DƏQİQƏ! Nəsimi Nəbizadə ilə gündəmə gələn reabilitasiya mərkəzinin rəhbəri SAXLANILDI

SON DƏQİQƏ! Nəsimi Nəbizadə ilə gündəmə gələn reabilitasiya mərkəzinin rəhbəri SAXLANILDI

AYB dediyini etdi: Üzvlük haqqı ödəməyənlər təşkilatdan ÇIXARILDI

AYB dediyini etdi: Üzvlük haqqı ödəməyənlər təşkilatdan ÇIXARILDI

Balıq tutmaq istədi, suya düşüb boğuldu

Balıq tutmaq istədi, suya düşüb boğuldu

Abşeronun prokuroru vəzifəsindən AZAD OLUNDU

Abşeronun prokuroru vəzifəsindən AZAD OLUNDU

Bakı və Sumqayıt taksilərinə qadağa DİLEMMASI - Sürücülər niyə geri müştəri götürə bilmir?

Bakı və Sumqayıt taksilərinə qadağa DİLEMMASI - Sürücülər niyə geri müştəri götürə bilmir?

Argentina Prezidentinin bu görüntüləri müzakirələrə səbəb oldu - Video

Argentina Prezidentinin bu görüntüləri müzakirələrə səbəb oldu - Video

Şəmkirdə 21 yaşlı oğlan dəm qazından zəhərlənərək dünyasını dəyişdi

Şəmkirdə 21 yaşlı oğlan dəm qazından zəhərlənərək dünyasını dəyişdi

End of content

No more pages to load

RADİO