Kəlbəcərdə “Soyuqbulaq” Kiçik Su Elektrik Stansiyasının açılışı olub - FOTO/VİDEO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva avqustun 25-də Kəlbəcər rayonuna səfər çərçivəsində “AzərEnerji” Açıq Səhmdar Cəmiyyətinin 5,3 MVA gücündə olan “Soyuqbulaq” Kiçik Su Elektrik Stansiyasının açılışında iştirak ediblər. 

Bizim.Media xəbər verir ki, “AzərEnerji” ASC-nin prezidenti Baba Rzayev dövlət başçısı İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya stansiyada görülən işlər barədə məlumat verib. 
 

MÖVZU İLƏ BAĞLI:

Prezident və birinci xanım Kəlbəcər rayonuna GETDİLƏR


Bildirilib ki, Kəlbəcər rayonunun ərazisindən keçən bol sulu Tərtər çayı üzərində yerləşən “Soyuqbulaq” Kiçik Su Elektrik Stansiyası “AzərEnerji” tərəfindən tamamilə yenidən qurulub.

Ərazini tərk edən düşmən tərəfindən tamamilə dağıdılan bu stansiyada bütün avadanlıq və yararlı hissələr sökülərək daşınıb, daşınması mümkün olmayan hissələr isə məhv edilib.

İşğaldan azad edilən ərazilərin “yaşıl enerji” zonasına çevrilməsi ilə bağlı dövlətimizin başçısının tapşırığına uyğun olaraq, əsasən “AzərEnerji” tərəfindən su elektrik stansiyasının baş suqəbuledici qurğusu, 6 kilometr uzunluğunda derivasiya boru xətti, maşın zalı yenidən qurulub.

Stansiyada Avropa istehsalı olan yaşıl sertifikatlı, iki müasir ekoturbin, generatorlar, idarəetmə və avtomatika panelləri quraşdırılıb. Stansiyanın enerjisistemə inteqrasiyası üçün uzunluğu 6 kilometr olan 6 kV-luq kabel xətti çəkilib və eyni zamanda, optik kabel xətti ilə də əlaqələndirilib.
Ərazidə fors-major hallar üçün ehtiyat dizel generatoru da quraşdırılıb. 

Dövlət başçısı “Soyuqbulaq” Kiçik Su Elektrik Stansiyasını işə salıb. 

Qeyd edilib ki, “Soyuqbulaq” Kiçik Su Elektrik Stansiyası enerjisistemə tam inteqrasiya olunmaqla məsafədən idarəetməyə imkan verən mərkəzləşdirilmiş SCADA sisteminə qoşulub.

Stansiyada il ərzində 15,5 milyon kilovat-saat elektrik enerjisi istehsal olunacaq. 
 











Bizim.Media
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Azərbaycan Ermənistana 887 ton dizel göndərib – FOTO/VİDEO

Azərbaycan Ermənistana 887 ton dizel göndərib – FOTO/VİDEO

Türkiyə parlamentinin keçmiş sədri VƏFAT EDİB

Türkiyə parlamentinin keçmiş sədri VƏFAT EDİB

Masazırdakı dəhşətli qətlin TƏFƏRRÜATI – Xalası qızına köməyə gələn də ÖLDÜRÜLDÜ

Masazırdakı dəhşətli qətlin TƏFƏRRÜATI – Xalası qızına köməyə gələn də ÖLDÜRÜLDÜ

Millimiz Gürcüstanla qarşılaşacaq

Millimiz Gürcüstanla qarşılaşacaq

AFFA bu oyunları təxirə saldı

AFFA bu oyunları təxirə saldı

Rusiya və Ukrayna müharibəni müvəqqəti dayandırır

Rusiya və Ukrayna müharibəni müvəqqəti dayandırır

Saunanın immuniteti gücləndirdiyi sübut edildi

Saunanın immuniteti gücləndirdiyi sübut edildi

Monika Bellucciyə bənzərliyi ilə gündəm olan polkovnik-leytenant təqaüdə çıxdı - VİDEO

Monika Bellucciyə bənzərliyi ilə gündəm olan polkovnik-leytenant təqaüdə çıxdı - VİDEO

Salyan yolunda AĞIR QƏZA – Yaralılar var - FOTO/VİDEO

Salyan yolunda AĞIR QƏZA – Yaralılar var - FOTO/VİDEO

Əcnəbi adlar övladlarımızın taleyini DƏYİŞİR, yoxsa millilikdən ÇIXARIR?

Əcnəbi adlar övladlarımızın taleyini DƏYİŞİR, yoxsa millilikdən ÇIXARIR?

Nikbinliyi necə öyrənək? - İNCƏ NÜANSLAR

Nikbinliyi necə öyrənək? - İNCƏ NÜANSLAR

Türkiyənin tanınmış müğənnisi Yunanıstandan deportasiya edildi

Türkiyənin tanınmış müğənnisi Yunanıstandan deportasiya edildi

Masazırda evdə qətlə yetirilən qadınların kimliyi məlum olub - ÖZƏL

Masazırda evdə qətlə yetirilən qadınların kimliyi məlum olub - ÖZƏL

Sabah hava necə OLACAQ?

Sabah hava necə OLACAQ?

“Şamaxı” “Qarabağ”la, “Sabah” “Zirə” ilə qarşılaşır

“Şamaxı” “Qarabağ”la, “Sabah” “Zirə” ilə qarşılaşır

Arıqlamaq istəyirsizsə, bu qidalardan UZAQ durun

Arıqlamaq istəyirsizsə, bu qidalardan UZAQ durun

Daha çox evli, yoxsa subay insanlar xərçəng olur?

Daha çox evli, yoxsa subay insanlar xərçəng olur?

Masazırda iki qadın qətlə yetirilib

Masazırda iki qadın qətlə yetirilib

Tərtərdə 7 yaşlı qız kanala düşərək boğulub

Tərtərdə 7 yaşlı qız kanala düşərək boğulub

Qubanın daha bir kəndində SÜRÜŞMƏ baş verib – FOTO

Qubanın daha bir kəndində SÜRÜŞMƏ baş verib – FOTO

Tərtərdə iki nəfər dönərdən zəhərlənib

Tərtərdə iki nəfər dönərdən zəhərlənib

Sumqayıt qəbiristanlığından meyit TAPILIB

Sumqayıt qəbiristanlığından meyit TAPILIB

Kişi qadının soyadını götürəndə niyə qınanır? – Ailələrin ad üzərindən GÜC GÖSTƏRİŞİ

Kişi qadının soyadını götürəndə niyə qınanır? – Ailələrin ad üzərindən GÜC GÖSTƏRİŞİ

“Windows”dan imtina edirlər

“Windows”dan imtina edirlər

End of content

No more pages to load

RADİO