Azərbaycan Ermənistanın BMT-də keçirdiyi gizli iclası PİSLƏDİ 

Ermənistanın BMT yanındakı Daimi Nümayəndəliyi Təşkilatın mənzil-qərargahında üzv ölkələrin əksəriyyətindən gizlincə iclas keçirib. Azərbaycanın BMT yanındakı Daimi Nümayəndəliyi erməni diplomatların bu davranışını pisləyərək onları dünya təşkilatının platformasından “sui-istifadə etməkdə” suçlayıb. 

Bizim.Media xəbər verir ki, bu barədə Azərbaycanın BMT yanındakı Daimi Nümayəndəliyinin avqustun 24-də yaydığı press-relizində bildirilib. 

"Avqustun 23-də Ermənistanın BMT yanındakı Daimi Nümayəndəliyi Laçın yolu ilə bağlı BMT-nin mənzil-qərargahında ədət üzrə dezinformasiya yaymaq və vəziyyəti təhrif etmək məqsədi daşıyan növbəti təxribat xarakterli tədbir keçirib.

Birləşmiş Millətlər Təşkilatının formalaşmış ənənələrini kobud şəkildə pozaraq Ermənistanın Daimi Nümayəndəliyi BMT üzvlərinin böyük əksəriyyətindən gizlincə yalnız kiçik bir qrup ölkələri və qərəzli ekspertləri dəvət edərək bütün digər BMT üzvlərinə qapıları bağlayaraq, hətta sadəcə olaraq nəyin bahasına olursa-olsun vicdanlı müzakirələrdən qaçınmaq və qaçılmaz ifşadan özünü qorumaq üçün iclas otağının qarşısında mühafizə qoyaraq qapalı iclas təşkil edib. 

Məlum olduğu kimi, BMT-nin divarları daxilində ictimai müzakirələr, həqiqətən də, qərəzsiz və vicdanlı fikir mübadiləsinə yönəldiyi hallarda, açıq formatda, üzv dövlətləri tədbirin vaxtı və yeri barədə öncədən bilgiləndirməklə və qatılmağa dəvət etməklə keçirilir.

Beləliklə, erməni diplomatların seçdiyi format bu platformadan mütəmadi olaraq yalan xəbərlər yaymaq üçün sui-istifadə edən Ermənistanın halında olduğu kimi getdikcə adətə çevrilməsəydi, BMT üçün misilsiz adlandırıla bilərdi.
Bu kontekstdə Ermənistanın Daimi Nümayəndəliyinin bütün BMT üzvlərinin müzakirəyə qatılmaq üçün elementar hüququndan nəinki imtina etdiyi, hətta onları polislə hədələdiyi bir neçə ölkənin diplomatlarının çaşqınlığını və hiddətini başa düşmək asandır. 

Xarakterikdir ki, bir neçə gün öncə BMT Təhlükəsizlik Şurasının iclasında olduğu kimi, Ermənistan həqiqətən də açıq və substantiv müzakirələr zamanı layiqli və faktiki dəqiq cavab aldıqdan sonra bu cür meyillər daha da güclənir. 

Təəccübləndirmir ki, açıq debatlarda Azərbaycana növbəti dəfə böhtan atmaq cəhdlərinin nəticəsizliyi ilə üzləşən Ermənistanın Daimi Nümayəndəliyinin bunu gizli, bağlı qapılar arxasında etməkdən başqa çarəsi yoxdur. 

Aydındır ki, bu cür yanaşma BMT Nizamnaməsinin ruhu və hərfi, Təşkilatın məqsədləri ilə bir araya sığmır.

Beləliklə, təsadüfi deyildi ki, BMT Katibliyi konfrans zalının məlumat ekranında bu tədbirin sponsor ölkəsi olan Ermənistanın təşəbbüsü və yalnız məsuliyyəti ilə keçirildiyi barədə xüsusi qeyddə bunun BMT tərəfindən təsdiqlənmədiyi və çoxtərəfli prosesin bir hissəsi olmadığını bildirib. 
Azərbaycanın Daimi Nümayəndəliyi bu qəbildən olan təxribat xarakterli hərəkətləri, o cümlədən münasibətlərin normallaşdırılması və regionda davamlı sülh və sabitliyin bərqərar edilməsi səylərinə xələl gətirən yanlış interpretasiyaların formalaşdırılması və təşviq edilməsi üçün BMT platformasından sui-istifadəni pisləyir", - məlumatda qeyd olunub. 


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Azərbaycan Ermənistana 887 ton dizel göndərib – FOTO/VİDEO

Azərbaycan Ermənistana 887 ton dizel göndərib – FOTO/VİDEO

Türkiyə parlamentinin keçmiş sədri VƏFAT EDİB

Türkiyə parlamentinin keçmiş sədri VƏFAT EDİB

Masazırdakı dəhşətli qətlin TƏFƏRRÜATI – Xalası qızına köməyə gələn də ÖLDÜRÜLDÜ

Masazırdakı dəhşətli qətlin TƏFƏRRÜATI – Xalası qızına köməyə gələn də ÖLDÜRÜLDÜ

Millimiz Gürcüstanla qarşılaşacaq

Millimiz Gürcüstanla qarşılaşacaq

AFFA bu oyunları təxirə saldı

AFFA bu oyunları təxirə saldı

Rusiya və Ukrayna müharibəni müvəqqəti dayandırır

Rusiya və Ukrayna müharibəni müvəqqəti dayandırır

Saunanın immuniteti gücləndirdiyi sübut edildi

Saunanın immuniteti gücləndirdiyi sübut edildi

Monika Bellucciyə bənzərliyi ilə gündəm olan polkovnik-leytenant təqaüdə çıxdı - VİDEO

Monika Bellucciyə bənzərliyi ilə gündəm olan polkovnik-leytenant təqaüdə çıxdı - VİDEO

Salyan yolunda AĞIR QƏZA – Yaralılar var - FOTO/VİDEO

Salyan yolunda AĞIR QƏZA – Yaralılar var - FOTO/VİDEO

Əcnəbi adlar övladlarımızın taleyini DƏYİŞİR, yoxsa millilikdən ÇIXARIR?

Əcnəbi adlar övladlarımızın taleyini DƏYİŞİR, yoxsa millilikdən ÇIXARIR?

Nikbinliyi necə öyrənək? - İNCƏ NÜANSLAR

Nikbinliyi necə öyrənək? - İNCƏ NÜANSLAR

Türkiyənin tanınmış müğənnisi Yunanıstandan deportasiya edildi

Türkiyənin tanınmış müğənnisi Yunanıstandan deportasiya edildi

Masazırda evdə qətlə yetirilən qadınların kimliyi məlum olub - ÖZƏL

Masazırda evdə qətlə yetirilən qadınların kimliyi məlum olub - ÖZƏL

Sabah hava necə OLACAQ?

Sabah hava necə OLACAQ?

“Şamaxı” “Qarabağ”la, “Sabah” “Zirə” ilə qarşılaşır

“Şamaxı” “Qarabağ”la, “Sabah” “Zirə” ilə qarşılaşır

Arıqlamaq istəyirsizsə, bu qidalardan UZAQ durun

Arıqlamaq istəyirsizsə, bu qidalardan UZAQ durun

Daha çox evli, yoxsa subay insanlar xərçəng olur?

Daha çox evli, yoxsa subay insanlar xərçəng olur?

Masazırda iki qadın qətlə yetirilib

Masazırda iki qadın qətlə yetirilib

Tərtərdə 7 yaşlı qız kanala düşərək boğulub

Tərtərdə 7 yaşlı qız kanala düşərək boğulub

Qubanın daha bir kəndində SÜRÜŞMƏ baş verib – FOTO

Qubanın daha bir kəndində SÜRÜŞMƏ baş verib – FOTO

Tərtərdə iki nəfər dönərdən zəhərlənib

Tərtərdə iki nəfər dönərdən zəhərlənib

Sumqayıt qəbiristanlığından meyit TAPILIB

Sumqayıt qəbiristanlığından meyit TAPILIB

Kişi qadının soyadını götürəndə niyə qınanır? – Ailələrin ad üzərindən GÜC GÖSTƏRİŞİ

Kişi qadının soyadını götürəndə niyə qınanır? – Ailələrin ad üzərindən GÜC GÖSTƏRİŞİ

“Windows”dan imtina edirlər

“Windows”dan imtina edirlər

End of content

No more pages to load

RADİO