““Laçın” dövlət sərhədindən buraxılış məntəqəsinin təsis olunmasını həzm edə bilməyən Ermənistan hərbi və siyasi təxribatlara əl atır”.
Bizim.Media xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov avqustun 24-də Belçikanın xarici işlər naziri Hadija Labib ilə birgə keçirdiyi brifinq zamanı deyib.
Humanitar yükün gətirilməsi istiqamətində Ermənistanın siyasi manipulyasiya xəttini tutduğunu deyən nazir bildirib:
“Humanitar yardımın siyasiləşdirilməsi yolverilməzdir. Əgər bir tərəf humanitar yardımı yalnız bir yolla qəbul edib, digər yoldan imtina edirsə, bu, humanitar yardımın siyasiləşdirilməsidir ki, Ermənistan tərəfi belə addım atır”.
Bizim.Media