Füzulidə Mirzə Uluqbəy adına 1 nömrəli tam orta məktəbin açılışı oldu - FOTO-VİDEO

Avqustun 23-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev, xanımı Ziroatxon Mirziyoyeva Füzulidə inşa olunan Mirzə Uluqbəy adına 1 nömrəli tam orta məktəbin açılış mərasimində iştirak ediblər.

Bizim.Media xəbər verir ki, dövlət başçıları və xanımları əvvəlcə yeni dərs ilində bu məktəbdə təhsilə başlayacaq şagirdlərlə və burada işləyəcək müəllimlərlə görüşüb söhbət ediblər.

Prezident İlham Əliyev: Salam uşaqlar, necəsiniz?

Uşaqlar: Salam, yaxşıyıq.

Qadın sakin: Xoş gördük, cənab Prezident.

Prezident İlham Əliyev: Salam, xoş gördük.

Prezident Şavkat Mirziyoyev: Salaməleyküm.

Qadın sakin: Salam, xoş gəlmisiniz.

Birinci xanım Mehriban Əliyeva: Güllər var, çiçəklər var, salam balalar, salam.

Qadın sakinlər: Salam, xoş gördük, Mehriban xanım.

Prezident İlham Əliyev: Uşaqlar, bu məktəbi mənim qardaşım, hörmətli Şavkat Miromonoviç Füzuli şəhərinə hədiyyə edib. Xahiş edirəm ki, mənim qardaşımı səmimiyyətlə salamlayaq.

Məktəbin direktoru Həcər Mahmudova: Cənab prezidentlər, mən də icazənizlə, Sizi burada olan müəllimlərimiz, şagirdlərimiz, valideynlərimiz adından salamlayıram. Sizləri bu möhtəşəm məktəbdə görməkdən qürur duyuruq. Otuz il öncə 26 yaşında bu şəhəri tərk edən sakini kimi mən demək olar ki, eyni tarixlərdə, - bir gün fərqi var, - buraya qayıtmışam. Bu anları bizə yaşatdığınıza görə Sizə təşəkkür edirik, qalib Ordumuza minnətdarıq. Bu gözəl məktəbi tikib bizə bəxş etdiyinə görə Özbəkistan Prezidenti cənab Şavkat Mirziyoyevə və onun timsalında Özbəkistan xalqına minnətdarıq. Cənab Mirziyoyevdən xahiş edirik ki, bizim Füzuli sakinlərinin bu minnətdarlığını öz xalqına, özbək xalqına çatdırsın.

Prezident Şavkat Mirziyoyev: Çox sağ olun.

Həcər Mahmudova: Biz pedaqoji kollektivin üzvləri birlikdə sizləri əmin edirik ki, bu məktəbdə təhsil alacaq şagirdlərin gələcəkdə yüksək bilik-bacarığa, eyni zamanda, milli-mənəvi dəyərlərə sahib bir vətəndaş olaraq yetişməsində var qüvvəmizlə çalışacağıq. Sizə minnətdarıq, bir daha çox sağ olun.

Prezident Şavkat Mirziyoyev: Sağ olun.

Prezident İlham Əliyev: Sağ olun. Məktəbə Mirzə Uluqbəyin adı verilib.

Həcər Mahmudova: Bəli, Əmir Teymurun nəvəsi.

Prezident İlham Əliyev: Bəli, Əmir Teymurun nəvəsi, özbək xalqının böyük oğlunun adı verilib. Bu məktəb Özbəkistan-Azərbaycan dostluğunun, qardaşlığının bir mərkəzi olacaq.

Həcər Mahmudova: Biz buna çalışacağıq. Təşəkkür edirik Özbəkistan Prezidentinə, təşəkkür edirik özbək xalqına, minnətdarıq.

Prezident Şavkat Mirziyoyev: Sağ olun.

x x x

Dövlət başçıları məktəbin rəmzi açılışını bildirən lenti kəsiblər.

x x x

Prezident İlham Əliyev: Xeyirli, uğurlu olsun.

Prezident Şavkat Mirziyoyev: İnşallah, uğurlu olsun.

Sonra xatirə şəkli çəkilib. Dövlət başçılarına və xanımlarına məktəbdə yaradılan şərait barədə məlumat verilib.

Bildirilib ki, Özbəkistan Prezidenti Şavkat Mirziyoyev tərəfindən özbək xalqı adından hədiyyə olaraq Füzulidə inşa edilən məktəb 960 şagird yerlikdir. Ötən il başlanılan tikinti işləri yüksək keyfiyyətlə həyata keçirilib. Üç hektar ərazidə inşa edilən məktəb binası iki mərtəbə və zirzəmidən ibarətdir. Məktəbdə 40 sinif otağı, 6 laboratoriya, 2 informatika otağı, 5 funksional tədris otağı, 500 yerlik akt zalı, idman zalı, 320 yerlik yeməkxana, kitabxana var. Məktəbin həyətyanı ərazisində futbol meydançası, istirahət və keçiriləcək tədbirlər üçün yerlər, qaçış zolaqları, söhbətgahlar, nəzarət-buraxılış məntəqəsi, qazanxana, su çənləri, transformator yarımstansiyası inşa edilib. Tikinti işləri yüksək keyfiyyətlə həyata keçirilib.

Sonra görülən işlərlə bağlı məktəbin akt zalında videoçarx nümayiş etdirilib.

Qeyd edək ki, Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin “Azərbaycan bizim üçün yaxın dost və zamanın sınağından çıxmış etibarlı strateji tərəfdaşdır” sözlərinin təsdiqi olan bu məktəbin inşası qardaş ölkələrimiz arasında münasibətlərin yüksək səviyyəsindən xəbər verir.

Azərbaycan Prezidenti İlham Əliyev də Özbəkistanın Füzuli rayonunda böyük məktəb inşa etmək təşəbbüsünü ölkələrimiz arasında həmrəyliyin, dostluğun, qardaşlığın növbəti addımı kimi qiymətləndirib.


Şavkat Mirziyoyevin Füzuliyə səfəri ilə bağlı "Özbəkistan 24" televiziyasının hazırladığı videonu sizə təqdim edirik:

 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Xankəndi və Xocalıya növbəti köç – FOTO

Xankəndi və Xocalıya növbəti köç – FOTO

Yanvarın son gününə olan HAVA PROQNOZU

Yanvarın son gününə olan HAVA PROQNOZU

Bu hallarda media subyektləri məsuliyyət daşıyacaq – YENİ QƏRAR

Bu hallarda media subyektləri məsuliyyət daşıyacaq – YENİ QƏRAR

Azərbaycanlı aktrisanın şəkli “Temu”da: Bizi aldadırlar? - VİDEO

Azərbaycanlı aktrisanın şəkli “Temu”da: Bizi aldadırlar? - VİDEO

Prezident daha iki səfirin etimadnaməsini qəbul etdi – FOTO

Prezident daha iki səfirin etimadnaməsini qəbul etdi – FOTO

Azərbaycana külli miqdarda dərman və siqaret gətirən gömrükçülərin məhkəməsi BAŞLADI

Azərbaycana külli miqdarda dərman və siqaret gətirən gömrükçülərin məhkəməsi BAŞLADI

“Fənərbağça” səfərdə heç-heçə etdi - VİDEO

“Fənərbağça” səfərdə heç-heçə etdi - VİDEO

Prezident İndoneziyanın yeni səfirinin etimadnaməsini qəbul etdi – FOTO

Prezident İndoneziyanın yeni səfirinin etimadnaməsini qəbul etdi – FOTO

Yunanıstanın yeni səfiri İlham Əliyevin qəbulunda – FOTO

Yunanıstanın yeni səfiri İlham Əliyevin qəbulunda – FOTO

Azərbaycanda ov mövsümünün müddəti UZADILDI – BU TARİXƏDƏK

Azərbaycanda ov mövsümünün müddəti UZADILDI – BU TARİXƏDƏK

AYNA əməkdaşı qaydanı pozdu – VİDEO

AYNA əməkdaşı qaydanı pozdu – VİDEO

“Bu günümdə belə şeylər yazanların özləri bilər, bir də Allahları...”

“Bu günümdə belə şeylər yazanların özləri bilər, bir də Allahları...”

Vəzifəli şəxs 18 kq qızılla tutuldu - Evindən silah çıxdı

Vəzifəli şəxs 18 kq qızılla tutuldu - Evindən silah çıxdı

“Qəbələ” Turan Manafovu TRANSFER ETDİ

“Qəbələ” Turan Manafovu TRANSFER ETDİ

Sosial müavinət və təqaüdlə bağlı MÜHÜM AÇIQLAMA

Sosial müavinət və təqaüdlə bağlı MÜHÜM AÇIQLAMA

Banka əmanət yatıranların NƏZƏRİNƏ – Faizlərlə bağlı YENİ QƏRAR

Banka əmanət yatıranların NƏZƏRİNƏ – Faizlərlə bağlı YENİ QƏRAR

Biləcəridə qorxu filmlərini xatırladan TUNEL – Niyə qaranlığa qərq olub? – VİDEO

Biləcəridə qorxu filmlərini xatırladan TUNEL – Niyə qaranlığa qərq olub? – VİDEO

Beş BÜRC üçün var-dövlət və firavanlıq dövrü BAŞLADI

Beş BÜRC üçün var-dövlət və firavanlıq dövrü BAŞLADI

Putin Melaniya Trampa məktub YAZDI

Putin Melaniya Trampa məktub YAZDI

Sahibə Qafarovaya AĞIR İTKİ

Sahibə Qafarovaya AĞIR İTKİ

Tanınmış iş adamı HƏBS OLUNDU - Ana və oğluna narkotik tələsi qurub...

Tanınmış iş adamı HƏBS OLUNDU - Ana və oğluna narkotik tələsi qurub...

Xaricdən sifariş edilmiş məhsullar niyə gecikir? – RƏSMİ AÇIQLAMA

Xaricdən sifariş edilmiş məhsullar niyə gecikir? – RƏSMİ AÇIQLAMA

"Kupça"sız evlər üçün tarixi mərhələ - Dövlət yaşıl işıq yandırdı

"Kupça"sız evlər üçün tarixi mərhələ - Dövlət yaşıl işıq yandırdı

Şeyma: “Bundan sonra bikinili fotolarımı görməyəcəksiniz!" – VİDEO

Şeyma: “Bundan sonra bikinili fotolarımı görməyəcəksiniz!" – VİDEO

End of content

No more pages to load

RADİO