Çexiyanın xarici işlər naziri Yan Lipavskinin Laçın yolunda “blokada”nın olması ilə bağlı avqustun 22-də səsləndirdiyi reallıqdan uzaq və qərəzli iddialarını qınayırıq.
Bizim.Media xəbər verir ki, bu fikirlər Qərbi Azərbaycan İcmasının yaydığı məlumatda yer alıb.
Məlumatda deyilir:
“Biz Çexiyanı Ermənistanın yalan siyasətinə aldanmamağa, Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə hörmət etməyə və onun daxili işlərinə müdaxilə etməməyə çağırırıq. Biz, həmçinin Çexiyanı Ermənistandan qovulmuş azərbaycanlıların öz evlərinə qayıtmalarına imkan yaratmaq üçün bu ölkəyə təzyiq göstərməyə çağırırıq”.
Bizim.Media