İlham Əliyevin səfəri Macarıstan KİV-lərində geniş işıqlandırıldı - FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Macarıstana işgüzar səfəri bu ölkə KİV-lərində geniş işıqlandırılıb.

Bizim.Media xəbər verir ki, yerli mətbuatda yayımlanan xəbərlərdə dövlətimizin başçısının səfər çərçivəsində Macarıstanın Baş naziri Viktor Orban ilə görüşünə geniş yer verilib.
 

MÖVZU İLƏ BAĞLI:

İlham Əliyev Macarıstanda səfərdədir - FOTO/VİDEO


“Origo”, “Pesti Stacok”, “Baon”, “24.hu”, “kuruc.info”, “Mahyar Hirlap” və digər xəbər portallarında yayımlanan məqalələrdə Azərbaycan Prezidenti İlham Əliyevin Macarıstanın Baş naziri Viktor Orban ilə görüşündən bəhs olunub.

Məqalələrdə iki liderin görüşündə Macarıstanın və Avropanın enerji təhlükəsizliyi, bölgədəki vəziyyət, iqtisadi əməkdaşlığın daha da dərinləşdirilməsi məsələlərinin müzakirə edildiyi vurğulanıb.


“Portfolio.hu” xəbər saytında dərc olunan məqalədə də Azərbaycan Prezidenti ilə Macarıstanın Baş naziri arasında görüşdə müzakirə olunan məsələlərdən danışılıb. Yazıda, həmçinin Macarıstan hökumətinin hər il 200 azərbaycanlı tələbəyə bu ölkədə təhsil almaq üçün təqaüd verdiyi qeyd olunub.

Bundan başqa, Azərbaycan Prezidentinin səfər çərçivəsində Budapeştdə keçirilən atletika üzrə dünya çempionatının yarışlarına baxacağı və Macarıstanın milli bayramı münasibətilə təşkil olunan tədbirdə iştirak edəcəyi bildirilib.

“Baon” portalında yayımlanan “Macarıstan ilə Azərbaycan arasında enerji əməkdaşlığı yeni mərhələyə qədəm qoyub” sərlövhəli məqalədə isə Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyartonun Prezident İlham Əliyev və Baş nazir Viktor Orbanın görüşü ilə bağlı fikirləri təqdim olunub.


Xəbərdə iki ölkə arasında strateji əməkdaşlığın uzun müddət mövcud olduğu vurğulanıb, iqtisadi-ticari əlaqələrin son vaxtlar sürətlə inkişaf edərək yeni mərhələyə qədəm qoyduğu bildirilib.

Yazıda Macarıstanın regionda ən böyük təbii qaz anbarına malik olduğu və iki ölkə arasında qazın nəqlinə dair əməkdaşlığın qurulduğu vurğulanıb. Qeyd olunub ki, bu, qarşıdakı dövrdə qazın Macarıstana təhlükəsiz şəkildə nəql olunmasına böyük töhfə verəcək.
Avropanın enerji təhlükəsizliyində mühüm oyunçuya çevrilən Azərbaycan ilə Macarıstan arasında bu sahədə əməkdaşlığın qurulmasına 2010-cu illərin əvvəllərində başlanmasının xatırlandığı məqalədə P.Siyartonun bu barədə fikirləri diqqətə çatdırılıb:

“Biz 2010-2011-ci illərdə Azərbaycanla gələcək enerji əməkdaşlığı ümidi ilə əlaqələr qurmağa başlayanda Avropada - Avropa İttifaqında nəinki gülüşlə qarşılandıq, hətta bu əlaqəyə görə bizi tənqid edirdilər.


Bu gün bütün Avropa İttifaqının rəhbərliyi müntəzəm olaraq Bakıya səfər edir və bir çox hallarda istənilən Avropa İttifaqı ölkəsi lideri Azərbaycan Prezidenti ilə şəkil çəkdirmək üçün çox şey verərdi”.

Məqalədə nazirin işğaldan azad olunmuş ərazilərin bərpası prosesində Macarıstan şirkətlərinin iştirakının ölkələrimiz arasında əməkdaşlığın dərinləşməsinə mühüm töhfə verəcəyi barədə fikri də qeyd olunub. O, Soltanlı kəndinin Macarıstan şirkətləri tərəfindən yenidən qurulacağını və bu işlərə gələn il başlanılacağını qeyd edib.






Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Qaraj almaq istəyənlərə XƏBƏRDARLIQ

Qaraj almaq istəyənlərə XƏBƏRDARLIQ

İrandan TƏKZİB: “Heç bir gəmi Hörmüz boğazından keçməyib”

İrandan TƏKZİB: “Heç bir gəmi Hörmüz boğazından keçməyib”

Sabiq ədliyyə naziri vəfat edib

Sabiq ədliyyə naziri vəfat edib

Keşlədə çökən kollektorun qəzalı hissəsi dəyişdirilir - FOTO

Keşlədə çökən kollektorun qəzalı hissəsi dəyişdirilir - FOTO

Tramp: Hörmüz boğazının minalardan təmizlənməsinə başlayırıq

Tramp: Hörmüz boğazının minalardan təmizlənməsinə başlayırıq

ABŞ hərbi gəmiləri Hörmüz boğazından KEÇDİ

ABŞ hərbi gəmiləri Hörmüz boğazından KEÇDİ

Xocalıda hər iki valideynini itirən Nigar 39 yaşında vəfat etdi

Xocalıda hər iki valideynini itirən Nigar 39 yaşında vəfat etdi

İki gün hava küləkli olacaq - XƏBƏRDARLIQ

İki gün hava küləkli olacaq - XƏBƏRDARLIQ

İlham Əliyevin Tbilisidə İrakli Kobaxidze ilə görüşündən YENİ VİDEO

İlham Əliyevin Tbilisidə İrakli Kobaxidze ilə görüşündən YENİ VİDEO

Masazırda iki qadının qətlə yetirilməsi ilə bağlı RƏSMİ MƏLUMAT

Masazırda iki qadının qətlə yetirilməsi ilə bağlı RƏSMİ MƏLUMAT

Ərazilərdən hələ də yağış suları çəkilir - VİDEO

Ərazilərdən hələ də yağış suları çəkilir - VİDEO

ABŞ-İran sülh danışıqları BAŞLADI

ABŞ-İran sülh danışıqları BAŞLADI

İmişlidə kişinin evdə yanaraq ölməsinin TƏFƏRRÜATI

İmişlidə kişinin evdə yanaraq ölməsinin TƏFƏRRÜATI

“Sülh Körpüsü” təşəbbüsü çərçivəsində NÖVBƏTİ GÖRÜŞ - FOTO

“Sülh Körpüsü” təşəbbüsü çərçivəsində NÖVBƏTİ GÖRÜŞ - FOTO

Rusiya və Ukrayna əsir mübadiləsi aparıblar - VİDEO

Rusiya və Ukrayna əsir mübadiləsi aparıblar - VİDEO

Masazırda iki qadını qətlə yetirməkdə şübhəli bilinən şəxslə bağlı YENİ DETALLAR

Masazırda iki qadını qətlə yetirməkdə şübhəli bilinən şəxslə bağlı YENİ DETALLAR

İmişlidə yataq xəstəsinin evdə yanmış meyiti tapılıb

İmişlidə yataq xəstəsinin evdə yanmış meyiti tapılıb

“İçərişəhər”in qala divarlarında yenidən aşınma ola bilər – RƏSMİ

“İçərişəhər”in qala divarlarında yenidən aşınma ola bilər – RƏSMİ

Daşınmaz əmlak sığortasında KƏSKİN AZALMA – Nə baş verir?

Daşınmaz əmlak sığortasında KƏSKİN AZALMA – Nə baş verir?

Məktəb yeməkxanasına hücum etdi - Qadınlar əlbəyaxa oldu - VİDEO

Məktəb yeməkxanasına hücum etdi - Qadınlar əlbəyaxa oldu - VİDEO

Sağlamlıq üçün gizli RİSK – Bu qidalarda süni şəkərdən istifadə olunur

Sağlamlıq üçün gizli RİSK – Bu qidalarda süni şəkərdən istifadə olunur

Nazim İsayevə yüksək VƏZİFƏ verildi

Nazim İsayevə yüksək VƏZİFƏ verildi

Ağdamda FACİƏ – Fəhlə iş yerində həyatını itirdi

Ağdamda FACİƏ – Fəhlə iş yerində həyatını itirdi

İraq Prezidenti namizədliyini geri götürdü

İraq Prezidenti namizədliyini geri götürdü

End of content

No more pages to load

RADİO