İran Azərbaycanla bağlı mövqeyini dəyişir, yoxsa manevr edir?- Abdullahiandan ikibaşlı açıqlama

Molla-fars rejimi yeni fon yaratmaq, mehriban qonşuluq oyunu oynamaq istəyir. Görünür rəsmi Tehran gec də olsa başa düşür ki, Azərbaycanla güc dilində danışmağın zamanı keçib. Ona görə buzların əriməsini istəyir. İran bu istəyində nə qədər səmimidir? Bunu zamanla biləcəyik. Amma molla-fars rejimi son günlər bəyanatlar verir ki, Azərbaycanla münasibətlərin normallaşmasında, Tehrandakı səfirliyin fəaliyyətinin bərpasında maraqlıdır.  

Məsələ ilə bağlı yerli jurnalistlərə açıqlama verən İranın XİN rəhbəri Hüseyn Əmir Abdullahian diplomatik nümayəndəliklərin təhlükəsizliyinin təmin edilməsində məsuliyyətlərini dərk etdiklərini bildirib:  

“Bu, şəxsi qisas xarakteri daşısa da,  diplomatik  nümayəndəliklərin təhlükəsizliyinin təmin edilməsinin məsuliyyətinin ev sahibinin üzərinə düşdüyünü qəbul edirik.  Lakin, belə hadisələr heç də bir ölkənin səfirliyinin bağlanmasına səbəb ola bilməz. Ümid edirik ki, tezliklə bu işlə bağlı məhkəmə qərarı veriləcək. Məhkəmənin hökmündən və İranla Azərbaycan arasında əlaqələrin bərpasına maneə aradan qaldırıldıqdan sonra növbəti addımlar atılacaq”.  

O həmçinin, Azərbaycan səfirliyinə hücum edən şəxsin ən ciddi şəkildə cəzalandırılacağını deyib.  

Görəsən, İran XİN rəhbəri dediklərində nə qədər səmimidir? 

Bizim.Media-ya açıqlamasında Milli Məclisin deputatı Hikmət Babaoğlu bildirir ki, İran XİN rəhbərinin açıqlaması o qədər də səmimi açıqlama deyil:  

“Azərbaycan İrandakı səfirliyimizin açılmasında şübhəsiz ki, maraqlıdır. Çünki İran qonşu ölkədir. Ancaq ortada terror aktı hadisəsi var. Səfirliyimizin əməkdaşı həlak olub. Belə olan halda müxtəlif açıqlamalara baxmayaraq, terroru törədən və onu təşkil edənlər nə qədər ki, cəzalandırılmayıb, İranın səmimiyyətinə inanmaq olmaz. İran XİN rəhbərinin açıqlaması müsbət qiymətləndirilməlidir. Amma dediklərinə əməl olunsa. Yalnız ondan sonra İran XİN rəhbərinin gedişlərində səmimi olduğuna inanmaq olar”. 

Hikmət Babaoğlu təəssüflə qeyd edib ki, terror hadisəsindən xeyli vaxt keçsə də, onunla bağlı İran XİN-in mövqeyi fərqli olub: 

“Bəzən bu hadisəni onlar ailə zəminində baş verən münaqişə kimi dəyərləndiriblər, bəzən də hadisəni törədən terroçunun ruhi-psixoloji problemlərinin olması barədə açıqlama veriblər. İndi isə Azərbaycanın qətiyyətli mövqeyi qarşısında bu cür açıqlama verirlər. Bu o qədər də səmimi açıqlama deyil. Nə vaxt  terrorçular cəzalandırılar, yalnız ondan sonra İran xarici işlər nazirinin səmimiyyətinə inanmaq olar”. 

Rüfət Sultan,  Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Qaraj almaq istəyənlərə XƏBƏRDARLIQ

Qaraj almaq istəyənlərə XƏBƏRDARLIQ

İrandan TƏKZİB: “Heç bir gəmi Hörmüz boğazından keçməyib”

İrandan TƏKZİB: “Heç bir gəmi Hörmüz boğazından keçməyib”

Sabiq ədliyyə naziri vəfat edib

Sabiq ədliyyə naziri vəfat edib

Keşlədə çökən kollektorun qəzalı hissəsi dəyişdirilir - FOTO

Keşlədə çökən kollektorun qəzalı hissəsi dəyişdirilir - FOTO

Tramp: Hörmüz boğazının minalardan təmizlənməsinə başlayırıq

Tramp: Hörmüz boğazının minalardan təmizlənməsinə başlayırıq

ABŞ hərbi gəmiləri Hörmüz boğazından KEÇDİ

ABŞ hərbi gəmiləri Hörmüz boğazından KEÇDİ

Xocalıda hər iki valideynini itirən Nigar 39 yaşında vəfat etdi

Xocalıda hər iki valideynini itirən Nigar 39 yaşında vəfat etdi

İki gün hava küləkli olacaq - XƏBƏRDARLIQ

İki gün hava küləkli olacaq - XƏBƏRDARLIQ

İlham Əliyevin Tbilisidə İrakli Kobaxidze ilə görüşündən YENİ VİDEO

İlham Əliyevin Tbilisidə İrakli Kobaxidze ilə görüşündən YENİ VİDEO

Masazırda iki qadının qətlə yetirilməsi ilə bağlı RƏSMİ MƏLUMAT

Masazırda iki qadının qətlə yetirilməsi ilə bağlı RƏSMİ MƏLUMAT

Ərazilərdən hələ də yağış suları çəkilir - VİDEO

Ərazilərdən hələ də yağış suları çəkilir - VİDEO

ABŞ-İran sülh danışıqları BAŞLADI

ABŞ-İran sülh danışıqları BAŞLADI

İmişlidə kişinin evdə yanaraq ölməsinin TƏFƏRRÜATI

İmişlidə kişinin evdə yanaraq ölməsinin TƏFƏRRÜATI

“Sülh Körpüsü” təşəbbüsü çərçivəsində NÖVBƏTİ GÖRÜŞ - FOTO

“Sülh Körpüsü” təşəbbüsü çərçivəsində NÖVBƏTİ GÖRÜŞ - FOTO

Rusiya və Ukrayna əsir mübadiləsi aparıblar - VİDEO

Rusiya və Ukrayna əsir mübadiləsi aparıblar - VİDEO

Masazırda iki qadını qətlə yetirməkdə şübhəli bilinən şəxslə bağlı YENİ DETALLAR

Masazırda iki qadını qətlə yetirməkdə şübhəli bilinən şəxslə bağlı YENİ DETALLAR

İmişlidə yataq xəstəsinin evdə yanmış meyiti tapılıb

İmişlidə yataq xəstəsinin evdə yanmış meyiti tapılıb

“İçərişəhər”in qala divarlarında yenidən aşınma ola bilər – RƏSMİ

“İçərişəhər”in qala divarlarında yenidən aşınma ola bilər – RƏSMİ

Daşınmaz əmlak sığortasında KƏSKİN AZALMA – Nə baş verir?

Daşınmaz əmlak sığortasında KƏSKİN AZALMA – Nə baş verir?

Məktəb yeməkxanasına hücum etdi - Qadınlar əlbəyaxa oldu - VİDEO

Məktəb yeməkxanasına hücum etdi - Qadınlar əlbəyaxa oldu - VİDEO

Sağlamlıq üçün gizli RİSK – Bu qidalarda süni şəkərdən istifadə olunur

Sağlamlıq üçün gizli RİSK – Bu qidalarda süni şəkərdən istifadə olunur

Nazim İsayevə yüksək VƏZİFƏ verildi

Nazim İsayevə yüksək VƏZİFƏ verildi

Ağdamda FACİƏ – Fəhlə iş yerində həyatını itirdi

Ağdamda FACİƏ – Fəhlə iş yerində həyatını itirdi

İraq Prezidenti namizədliyini geri götürdü

İraq Prezidenti namizədliyini geri götürdü

End of content

No more pages to load

RADİO